Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərə k şəxsi igidlik və şücaət nümayiş etdirən bir qrup hərbçini təltif edib.
Reportyor.info xəbər verir ki, mükafatlandırılanlar arasında general-mayor Mayis Bərxudarovun iki qardaşı da var.
Bərxudarov Bayram Şükür oğlu və Bərxudarov Niyaməddin Şükür oğlu Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər. Əsgər olan hər iki qardaş müharibəyə könüllü yollanıblar.
Qeyd edək ki, Birlik komandiri Mayis Bərxudarov özü Vətən Müharibəsindən sonra 6 medal, 1 ordenlə təltif edilib.