Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası keçirlib. Seçki Komissiyası tərəfindən müsabiqə zamanı təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları olan namizədlərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb.
Mədəniyyət Nazirliyindən verilən məlumatda qeyd olunur ki, nazirlik yanında İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.
Qeyd edək ki, İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (02.07.2021 saat 18:00-dək) davam edəcək.
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinin birinci mərhələsi ötən ilin 21 sentyabr-20 oktyabr tarixlərində həyata keçirilib. Belə ki, 27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin 22 aprel-26 may tarixlərində yenidən sənəd qəbulu elan olunub. Qeyd edək ki, əvvəlki mərhələdə müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalıb.
Namizədlərin siyahısını təqdim edirik:
Məmmədov Fuad Teyyubb oğlu – “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti
Paşayev İlqar Əli Abas oğlu – şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi
İsmayılov Faiq İslam oğlu – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri
Vəliyev Seymur Namazəli oğlu – Teatr Xadimləri, Kinematoqrafçılar, Reklamçılar ittifaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü
Əliyev Elçin Tofiq oğlu – Azərbaycan Memarlar İttifaqı, Sədr müavini
Gülməmmədli Rafail Rasim oğlu – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin Baş Direktoru
Yolçuyev Əkbər Mehdi oğlu – Dünya gənc türk yazarlar birliyinin Məsləhət Şurasının başqanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti
Zeyni Rauf Xurşud oğlu – Azərbaycan Milli Qeyri–Hökumət Təşkilatları Forumunun prezidenti
Bağırov Saleh Eldar oğlu – İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyinin sədri
Qafarov Vidadi Ramiz oğlu – AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri
Mir–Qasım Oktay Mir–Əsədulla oğlu – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi
Verdiyeva Bəyimxanov İsfəndiyar qızı – Xan Şuşinski Fondunun prezidenti
Məmmədov Nəriman Kamileviç – Nərimanfilm MMC–nin baş direktoru
Qəribov Tələt Yusif oğlu – Sağlam Yaşa Gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədr müavini
Əli–zadə Tofiq Məhərrəm oğlu – Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri
Xəlilov Aslan Əkbər oğlu – “Sənətşunaslığın Təbliği” İctimai Birliyinin sədr müavini
Zeynalov Aydın İsa oğlu – “Milli Dəyərlərin qorunmasına ziyalıların dəstəyi” İctimai Birliyinin sədri
Əbilov Aydın Əhməd oğlu – “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri
Rəhimli Davud Səid oğlu – “Əlil Təşkilatları İttifaqı”nın prezidenti
Çobanzadə Elçin Əlişah oğlu – “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri
Talışinski Elvin Bəhruz oğlu – “Elin səsi” Milli–Mənəvi Dəyərlərimizin Qoruması İctimai Birliyinin sədri
Hacıyeva Fatimə Siyavuş qızı – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin üzvü
Əlibəyov Gəray Ayaz oğlu – “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri
Tağıyev Hasil Feyruz oğlu – “Qayıdış” İctimai Birliyinin sədri
İbrahimov Hüseyn Qasım oğlu – “Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyinin sədri
Məmmədova Xəyalə Akif qızı – “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri
Hüseynov Müzəffər Maqsud oğlu – “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin sədr müavini
Qədirov Şahin Kərim oğlu – “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyinin sədri
Mustafayeva Samirə Vəli qızı – “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri
Muxtarova Könül Muxtar qızı – “Milli Dəyərlərin Qorunması İctimai” Birliyinin sədri
Cəfərova Səriyyə Müslüm qızı – “Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri
Xudiyev Tahir Bərxudar oğlu – “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri
Qədirov Vuqar Kərim oğlu – “Aydınlar ocağı” humanitar İctimai Birliyinin sədri
Səfərova Zəminə Yediyar qızı – Beynəlxalq Avroasiya Mətbuat Fondunun üzvü
Mansurova Zərəngiz Dəmirçi qızı – Jurnalist Qadınlar Assosiasiyası İctimai Birliyinin üzvü
Abdulov Fərha