21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

YOL POLİSİ QARABAĞ ƏLİLİNİN OĞLUNU DÖYÜB? – Anası şikayət etdi

17 İyul 2018, 10:52
Cəmiyyət
A A
YOL POLİSİ QARABAĞ ƏLİLİNİN OĞLUNU DÖYÜB? – Anası şikayət etdi

“Mənim həyat yoldaşım bu torpaq uğurunda öz sağlamlığından ona görə keçmədi ki, Rəşadət kimilər onun oğlunu döysünlər…”

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Qarabağ əlilinin oğlunu döyüb. Bu barədə “AzPolitika.info”ya mərhum əlilin həyat yoldaşı Elza Qılıncxanova məlumat verib.

Onun sözlərinə görə,  hadisə iyun ayının 25-də Neftçilər prospektində baş verib.  Belə ki, 99 YP 400 dövlət nömrə nişanlı yol polisi avtomobilli yolda hərəkətdə olan 99 HJ 343 dövlət nömrə nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsünə “saxla” əmri verib. Sürücü Qılıncxanov Şəmsəddin Saday oğlu avtomobili saxlayıb. Polis əməkdaşı ondan sənədlərini tələb edib. Hadisə də bundan sonra olub.

Elza Qılıncxanova deyir:  “Oğlum həm də evakuator sürür. “Naz Lifan”ın sənədlərini axtararkən əlinə evakuatorun sənədləri keçib. O da götürüb sənədi qoyub maşının üstünə. Başlayıb “Naz Lifan”ın sənədlərini axtarmağa. Bu vaxt polis əməkdaşı maşının üstündəki sənədə əl atıb.

Oğlum deyib ki, o başqa sənəddir, götürməyin. Bu vaxt DYP maşınındakı o biri polis (Rəşadət Babayevi nəzərdə tutur – red.) düşüb, oğluma deyib ki, nə “tirpaşlıq” edirsən. Bundan sonra Şəmsəddini təpikləməyə başlayıb. Oğlum da əsəbiləşib vurub öz maşınının ön şüşəsini sındırıb”.

Lakin hər şey bununla bitməyib. R. Babayev Ş. Qılıncxanovu “polisin qanuni əmrinə tabe olmama” ittihamı ilə həbs etdirib və ona 10 sutka həbs cəzası verilib. E. Qılıncxanova deyir ki, avtomobil mərhum Qarabağ əlili Saday Qılıncxanova prezident İlham Əliyev tərəfindən hədiyyə edilib: “Mənim həyat yoldaşım 5 il döyüşüb, axırda ağır yaralanıb. Onu Ağdamda hamı tanıyır. Çox hörmətli oğlan olub. Döyüşdə fərqləndiyinə görə mükafatlar alıb. Axırda cənab prezident ona avtomobil də hədiyyə edib. Oğlum həmin maşını etibarnamə ilə sürür. Polis özü də görür ki, avtomobil əlil ailəsinə prezident tərəfindən verilib. Amma yenə də belə əməllər edirlər. Oğlum təpiyin izinin şəklini də çəkib. Bütün bunlar şəhərin təhlükəsizlik kameralarına da düşüb. Məsələ ilə bağlı Mehriban xanım Əliyevanın qəbuluna düşmək istədim, amma oğlum imkan vermədi”.

Əlil yoldaşı Rəşadət Babayevin oğlundan üzr istədiyini əlavə edib: “Amma mən üzr istədiyini görməmişəm. Deyirlər ki, guya üzr istəyib. Mən isə bu məsələ ilə bağlı apellyasiya şikayəti vermişəm. Araşdırsınlar. Niyə mənim oğlum günahsız yerə 10 sutka həbs yatmalı idi ki? Onu 10 gün içəridə qanunsuz və günahsız yerə saxlayıblar. Həmi gunlərdə işıqlar da söndü, oğlum bişməcə oiub. Hazırda müalicə olunur. Mənim həyat yoldaşım bu torpaq uğurunda öz sağlamlığından ona görə keçmədi ki, Rəşadət kimilər onun oğlunu döysünlər… Əvvəla mənim oğlum çox sakit adamdı. Fevralda atasını itirdi, yas içindəyik. O heç vaxt polisin əmrinə tabesizlik göstərməz. Amma tutaq ki, belə bir hadisə baş verib. Onda qanuni tədbirini gorun. Yoxsa siz kimsiniz ki, mənim oğluma təbik, sillə atasınız”.

Qeyd edək ki, Rəşadət Babayevin sürücülərə qarşı zor tətbiq etməsi, nalayiq ifadələr işlətməsiylə bağlı mətbuatda bundan əvvəl də yazılar gedib, hətta videolar paylaşılıb. Onun tabeliyində çalışan polis əməkdaşlarına qarşı da kobud davrandığı bildirilir.

Elza Qılıncxanovannın fikirlərilə bağlı Rəşadət Babayevin də mövqeyini işıqlandırmağa hazırıq.

Rasim
AzPolitika.info

Əvvəlki yazı

Deputatın ölümlə əlləşənlərin antiMilli Onkologiya Mərkəzindən tükürpədici dosye – Video

Sonrakı yazı

GƏNCƏDƏ YENİ HƏBSLƏR – Daha dörd nəfər saxlanılıb

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.