27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nərminin atasından ziddiyyətli ifadələr – Təlim itlərinin düşdüyü mübhəm iz

17 İyun 2021, 12:52
Manşet
A A
Nərminin atasından ziddiyyətli ifadələr – Təlim itlərinin düşdüyü mübhəm iz

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.
REPORTYOR.info xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın atası Şərif Quliyevin ifadəsi dinlənilib.

Şərif Quliyev bildirib ki, qızı itkin düşəndən təxminən 6 saat sonra onun axtarışına başlayıb. Onun sözlərinə görə, ilk addımı DİN-nin “102 xidməti”nə zəng vurması olub.
Bundan sonra polis əməkdaşları kəndə gələrək axtarışlara başlayıblar.
Hakimin “Nərmin yandırılmamışdan neçə dəqiqə əvvəl həmin ərazidən keçmisiniz?” sualına cavab olaraq Şərif Quliyev bildirib ki, təxminən 20 dəqiqə əvvəl həmin ərazidən keçib.
İfadəsini davam etdirən Nərmin Quliyevanın atası deyib ki, İlkin Süleymanov əvvəllər onun qızına kitablar verirmiş.
Şərif Quliyev ifadəsini bitirdikdən sonra hakimin və vəkillərin suallarını cavablandırıb.

Hakim: Nərminin ölüm xəbərini haradan eşitdiniz?
Şərif Quliyev: Tovuzun polis rəisi Şirzad müəllim məni şöbəyə dəvət etdi. Bütün kəndin Nərminin ölümündən xəbəri varmış.
İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov isə müttəhimin Nərminə hansı kitablar verdiyini soruşub. Şərif Quliyevin cavabı belə olub:
Bilmirəm hansı kitablardır, yadımda deyil.
Vəkil suallarını davam etdirib.
Zabil Qəhrəmanov: Nərmini qardaşınızın evinə niyə göndərmişdiniz?
Şərif Quliyev: “Kurtka”mı gətirmək üçün getmişdi.
Zabil Qəhrəmanov: Nə üçün məhz o “kurtka”nı istəyirdiniz? Deyirsiniz ciyəraxşamı olacaqdı, ora qardaşınızgildən gedəcəkdiniz. Uşağı niyə göndərirdiniz?
Şərif Quliyev: İstədim ki, o “kurtka”nı geyinim.
Zabil Qəhrəmanov: Bəs Nərminin arxasınca bacısını niyə göndərdiniz?
Şərif Quliyev: “Sumka” var idi. Onu gətirəcəkdilər.
Zabil Qəhrəmanov: Bəs qızınız artıq bir saatdır yoxdursa, niyə yığıb əmsigildən maraqlanmadınız?
Şərif Quliyev: Konrurum yox idi.
Zabil Qəhrəmanov: Siz İlkinlə orta məktəbdə bir sinifdə oxumusuz. Münasibətləriniz necə idi?
Şərif Quliyev: Yaxşı
Zabil Qəhrəmanov: İlkin sizə kitab göndərmişdi, oxudunuz onları?
Hakimin müdaxiləsindən sonra Zabil Qəhrəmanov növbəti suala keçib:
– Nərmin tapılan günü harada olmusunuz?
Şərif Quliyev: Dağlarda uşağı axtarırdım.
Zabil Qəhrəmanov: Deyə bilərsiniz qızınızın əynində hansı paltarlar olub?
Şərif Quliyev: Bəli. Başında qırmızı papaq, əynində qırmızı “kurtka”, ayağında hərbi geyim rəngində ayaqqabı olub.
Zabil Qəhrəmanov: Əynində şalvar olubmu?
Şərif Quliyev: Yox, yubka olub.
Zabil Qəhrəmanov: Siz hardan bilirsiniz ki, qızınızın qatili İlkin Süleymanovdur?
Şərif Quliyev: Hardan biləcəm?! Evə gələn məktublardan bilirəm.
Zabil Qəhrəmanov: Siz meyiti təhvil alanda ondan iy gəlirdimi? Hansısa yağ iyi filan…
Şərif Quliyev: Yox .

Bundan sonra İlkin Süleymanovun digər vəkil Əlibaba Rzayev Şərif Quliyevə suallar verməyə başladı. Lakin hakim Dadaş İmanov vəkili təkrar suallar verməkdə suçlayaraq ona xəbərdarlıq edib.
Bundan sonra 20 dəqiqə fasilə elan olunub. Fasilədən sonra Əlibaba Rzayev məhkəməyə yazılı etiraz təqdim edib. Eyni zamanda hakimə onların çıxışına şərait yaratmadığına görə iradını bildirib.
Vəkilin etirazı yenidən mübahisəyə səbəb olub. Dövlət ittihamçısı etirazın hüquqi əsasının olmadığını bildirib. Hakimlər də vəkilin deyil, dövlət ittihamçısının mövqeyinə üstünlük verib. Beləliklə, Əlibaba Rzayevin etirazı qəbul olunmayıb.

Bununla belə, Əlibaba Rzayev Şərif Quliyevə suallar verməkdə israr edib.

Əlibaba Rzayev: Tovuz Rayon Polis şöbəsinin rəisi Şirzad müəllim sizə neçə dəfə gəlib?
Şərif Quliyev: Dəqiq yadında deyil. Deyəsən, iki dəfə. Mənə dedi ki, niyə Nərmini axtarmırsınız? Boş durmayın axtarışları davam edin.
Əlibala Rzayev: Bəs axşam, yəni, sizə ikinci dəfə gələndə nə dedi?
Şərif Quliyev: Dedi ki, maşın göndərəcəm polis şöbəsinə gəl.
Əlibala Rzayev: Meyit tapılan yerdə qazıntı aparmısınız?
Şərif Quliyev: Polislər məndən “lapatka” istədi. Amma,mən qazıntı aparmadım.
Əlibaba Rzayev: Kimin qazıntı apardığı yadınızdadır?
Şərif Quliyev: Tanımadığım polislər.
Bu zaman hakim Şərif Quliyevə “O “lapatka” ilə orada nə iş gördülər?” sualını ünvanlayıb. Nərmin Quliyevanın atası “Bilmirəm” deməklə kifayətlənib.
Hakim növbəti sualını verib: Nə zaman “lapatkanı” verib ora geri qayıtdın? Axı dedin ki, “lapatkanı” verib polis şöbəsinə getmisən.
Şərif Quliyev: Yadimda deyil.
Daha sonra Əlibala Rzayev suallarını davam etdirib.
Əlibala Rzayev: Siz hardan bilirsiz ki, İlkinin əmisi oğlu Murad Süleymanov polisləri onların evində axtarış aparmağa qoymayıb?
Şərif Quliyev: Bilmirəm. Tanımadığım polis əməkdaşı dedi.
Əlibala Rzayev: Təlim görmüş itlər kənddə axtarış aparırdı?
Şərif Quliyev: Hə, bütün qonşuların “padvallarında” belə.
Əlibala Rzayev: Bax, o təlim görmüş itlər İlkingilin evinə kimi getdimi?
Şərif Quliyev: Bilmirəm. Düz getdilər, evin yanını da, keçib getdilər.
Əlibala Rzayev: Bax, uşağın geri qayıtmaması sizi narahat etmədimi? Niyə gece saat 9 kimi gözlədin?
Şərif Quliyev: Bilmirəm, nə bilim.
Əlibala Rzayev: Siz yanvarın 6-na qədər, yəni Nərminin meyiti tapılana qədər İlkinlə görüşmüsünüz?
Şərif Quliyev: Yox

Bu zaman İlkinə söz alıb. Müttəhim Şərif Quliyevə xitabən deyib: “Şərif, siz Xəzər TV-dən çıxanda biz görüşdük. Dəfələrlə Nərmin haqqında danışmışıq. Uşağa görə narahat olduğumu bildirdim”.
İlkin Süleymanovun bu sözlərindən sonra Əlibala Rzayev Şərif Quliyevə növbəti suallarını ünvanlayıb:
Əlibala Rzayev: Nərmin nece uşaq idi? Savadlı idimi?
Şərif Quliyev: Ən çox idmana maraq edirdi.
Əlibala Rzayev: Onu hardasa, məcbur saxlamaq olardımı?
Şərif Quliyev: Yox, cəld idi
Vəkil suallarını bitirdikdən sonra məhkəmə iyun ayının 30-na təxirə salınıb.

Arifə

Reportyor.info

Əvvəlki yazı

Rafael Cəbrayılov hakim qarşısında: Vəkildən imtina edib

Sonrakı yazı

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.