23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hacı Məhərrəmin kürəkənini nə gözləyir? – 4 nəfər həlak olub…

17 İyun 2021, 10:58
Seçmə
A A
Hacı Məhərrəmin kürəkənini nə gözləyir? – 4 nəfər həlak olub…

 

Novxanı-Sumqayıt yolunda “Qurtuluş 93″ yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin ”Range-Rover” markalı maşınla ağır qəza törətməsi nəticəsində dörd nəfər vəfat edib.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir: “Yəni bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməyi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir”.

Hüquqşünas bildirir ki, əgər sürücü qəza zamanı sərxoş olubsa, qəza zamanı ölənlərin sayı 1-dən artıqdırsa və sürücü hadisə yerindən qaçıbsa, bu halda sürücünü ağır cəza gözləyir: “Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yol qəzası törətmə adlanır. Bu halda sürücünü 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Cinayət Məcəlləsinin 264-cü maddəsi yol-nəqliyyat hadisəsi yerindən qaçmanı nəzərdə tutur. Bu halda sürücü 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sürücü sərxoş halda qəza törədərək 2 və ya daha artıq şəxsin ölümünə səbəb olarsa, bu halda həmin şəxsi 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qeyd etdiyimiz kimi, həmin sürücü 5 il müddətinə sürücülük hüququndan məhrum edilir. Yol qəzalarında avtotexniki ekspertiza təyin olunur. Yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin ediləndən sonra ölümlə yol-nəqliyyat hadisəsi arasında səbəblə əlaqənin olması müəyyənləşdirilir. Əgər bu, müəyyən olunursa, xəsarətlər varsa, ölən şəxslər həqiqətən toqquşma nəticəsində ölübsə, bu halda 263-cü maddənin tərkib hissəsi yaranır. Hadisə yerindən qaçma Cinayət Məcəlləsinin 264-cü maddəsidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnədək şəxsə kömək etmək halı xaric, istənilən halda hadisə yerindən qaçmaq Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəzalandırılır. Bu maddə ilə şəxs 2 ilədək azadlıqdan məhrum edilə bilər. Bu məqam həm də qəza törətmiş şəxsin məhkəməyə qədərki dövrdə azadlıqda qalması, barəsində seçiləcək qətimkan tədbirini müəyyən edir. Əgər şəxs hadisə yerindən qaçıbsa, əməli qəsdən törədilən cinayətlər sırasına daxil olur. Bu məqam sonradan şəxsə cəza təyin olunarkən xüsusilə nəzərə alınır və praktika belədir ki, şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza verilməsində mühüm rol oynayır”.

Hüquqşünas deyir ki, baş vermiş qəza ilə bağlı xəbərlər ortada 2 ağırlaşdırıcı halın olmasından xəbər verir: “Xəbərlərdə deyilir ki, sürücü qəza zamanı sərxoş olub və hadisə yerindən qaçıb. Bu, doğrudursa, praktikaya görə ona qanunun ən sərt tərəfi tətbiq olunacaq. Lakin şəxsin əməllini könüllü etiraf etməsi, himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici hal kimi götürülə bilər”.

Xatırrladaaq ki, Elnur Kərbalayevin idarə etdiyi “Range-Rover” markalı avtomobil Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobilə çırpılıb. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

Əvvəlki yazı

İtkin düşən kişinin minaya düşərək öldüyü məlum oldu (FOTO)

Sonrakı yazı

Laçındakı qəzada həlak olan hərbçilərin fotosu

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.