07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HƏBSDƏ OLAN JURNALİSTDƏN SENSASİON İDDİA – Mirkənan Seyidov “fövqəlnazir” Kəmaləddin Heydərovun göstərişi ilə həbs olunduğunu bildirir

07 İyun 2021, 16:33
Cəmiyyət
A A
HƏBSDƏ OLAN JURNALİSTDƏN SENSASİON İDDİA – Mirkənan Seyidov “fövqəlnazir” Kəmaləddin Heydərovun göstərişi ilə həbs olunduğunu bildirir

Jurnalist hansı səbəbdən azadlıqdan məhrum edildiyini Prezident İlham Əliyevə və “Hürriyyət”ə məktubunda açıqlayır…

Ötən saylarımızın birində də qeyd etdiyimiz kimi, 2019-cu ildə sifarişlə azadlıqdan məhrum edilən jurnalist, Bakunews.az saytının təsisçisi və baş redaktoru Mirkənan Seyidovun həbsi ilə bağlı sensasion detallar üzə çıxıb. Daha doğrusu, hazırda həbsdə olan jurnalist baş verən hadisələri bütün çılpaqlığı ilə qələmə alaraq, məktubunu redaksiyamıza göndərib. Jurnalist məktubda nazirlərdən birinin sifarişi ilə həbs olunduğunu yazır. Üstəlik, o, hansı səbəbdən azadlıqdan məhrum edildiyini də bütün detalları ilə açıqlayır.

Jurnalist iki illik səssizliyini pozdu…

Öncəki yazımızda da bildirmişdik ki, haqqında çıxarılan ədalətsiz məhkəmə hökmlərindən sonra Mirkənan Seyidov iki illik səssizliyini pozmaq qərarına gəlib və onun qanunsuz olaraq həbsinə səbəb olan bütün hadisələri qələmə alıb. Jurnalistin yazısından bəlli olur ki, ona qarşı irəli sürülən ““Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənovdan pul tələb etməsi” haqda iddia sadəcə işin görünən tərəfidir. Əslində isə, jurnalistin həbsinin arxasında daha ciddi səbəblər dururmuş. Hansı ki, Mirkənan Seyidov bu işdə Azərbaycanın ən nüfuzlu nazirlərindən birinin adını çəkir və baş verənləri nəqli edir…

DTX-ya dəfələrlə rəsmi müraciət etdi…

Jurnalistin məktubundan belə aydın olur ki, o, 2015-ci ildə Dövlət Təhülkəsizlik Xidmətinə (DTX) rəsmi şəkildə müraciət edərək, hədə və şantajla susdurulmasına cəhd olunduğunu və rəhbərlik etdiyi Bakunews.az saytının fəaliyyətinə maneçilik törədildiyini bildirir. Baş redaktorun müraciəti əsasında DTX tərəfindən araşdırma başladılır və işin icrası müstəntiq Mətləb Mehdiyevə tapşırılır…

Jurnlaistin həbsinə cəhd…

Bundan sonra qarşı tərəf jurnalisti susdurmağın başqa yollarını axtarır və belə qənaətə gəlinir ki, polisdəki və məhkəmədəki adamları vasitəsilə Mirkənan Seyidovun üzünə yalançı şahidlər durdurub, onu həbs etdirsinlər. Bu məqsədlə 2015-ci ilin dekabr ayında DİN-in 102 xidmətinə, daha sonra isə Xətai Rayon Polis İdarəsinə yalan, uydurulmuş məlumatlar ötürərək, jurnalistin barəsində cinayət təqibi yaratmağa nail olurlar. İlkin mərhələdə onların niyyəti baş tutmur. Belə ki, 2016-cı ildə Xətai Rayon Polis İdarəsinin müstəntiqi Səbuhi Mehbalıyev qeyd olunan şikayətlərdə cinayət əməli hesab olunacaq heç bir dəlil tapmadığından, cinayət işinə xitam verir.

İkinci cəhd…

Sonradan M.Seyidovun öz peşə fəaliyyəti çərçivəsində apardığı jurnalist araşdırmaları qarşı tərəfi yenidən narahat edir. Çünki bu araşdırmalarda ölkədəki bir sıra əxlaqsızlıq yuvarlarının kimlərə məxsus olması və onların hansı məmurlar tərəfindən himayə edilməsi faktlarla ortaya çıxarılır. Odur ki, qanunsuz yollarla hər il milyonlarla manat əldə edən məlum şəbəkə bu dəfə jurnalisti həbs etdirməkdə israrlı olur. Hətta bunun üçün “yuxarı”nın, yəni bağlı olduqları məmurun “dobrosu” da alınır. Beləliklə, 2017-ci ilin fevral ayında Mirkənan Seyidova məlum olur ki, həmin şəbəkə ya tanışlıq, ya da pul hesabına onun barəsində yenidən cinayət işi açdırmağa nail olub. Çünki həmin vaxt jurnalist Xətai Rayon Polis İdarəsinin müstəntiqi Elnur Əsədov tərəfindən dəvət edilərək, Azərbycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham olunduğunu bildirir. Hətta bu iş üçün “şahidlər” olduğu da M.Seyidovun diqqətinə çatdırılır. Lakin şikayətçinin və yalançı şahidlərin iddiları tamamilə əsassız olduğundan və ortada heç bir maddi sübut olmadığından, Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işinə xitam verilir.

Üçüncü cəhd…

2018-ci il, sentyabın 11-də M.Seyidov bu dəfə Bakı Şəhəri Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Rüfət Allazov tərəfindən ifadə verilməsi üçün idarəyə dəvət edilir. Jurnalist BŞBPİ-yə getdikdə ona aydın olur ki, ortada hər hansı fakt olmamasına rəğmən, artıq onun saxlanılmasına qərar verilib. Çünki onun ifadəsi dinlənilmədən, prokurorluq tərəfindən əvvəlcədən həbs edilməsi ilə bağlı qərar çıxarıldığı məlum olur. Beləliklə, baş redaktor ilkin olaraq 48 saat müddətinə saxlanılır. Bu müddət ərzində isə yalançı şahdilərin ifadələri və qurama iddialar toplanaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Lakin ortada heç bir dəlil olmadığından, hakim Eldar Mikayılov, özünün də etiraf etdiyi kimi, “yuxarı”dan gələn sifarişi icra etmək, yəni Mirkənan Seyidov barəsində həbs qərarı çıxarmaq üçün 11 ay götür-qoy edir. Nəticədə, 33 məhkəmə baxışı sonrası, məhkəmədə jurnalisti tanımayan “şahidlər”in bir-birinə zidd ifadələrinə rəğmən, M.Seyidov barəsində əsassız olaraq 5il müddətinə azadlıqdan məhrum etmə hökmü qəbul edir. Halbuki, E.Mikayılovun özünün zalda şahidə ünvanladığı “Mirkənan hansıdır” sualına cavab olaraq, o, Cəlal Məmmədovu göstərir. Bu zaman hakim başını bulayaraq gülümsəyir və çox güman ki, ürəyində müstəntiq Rüfət Allazovu söyür ki, “heç olmasa üzünə durdurduğunuz adamı şahidlərə tanıdın”. Üstəlik, məhkəmə zamanı ilkin istintaqda 3 dəfə ifadə verdiyi qeyd edilən şahidlər “hansı polis idarəsində ifadə vermisiniz” sualına da cavab verə bilmirlər və hakimə etiraf edirlər ki, heç bir polis bölməsində və ya idarədə olmayıblar, sadəcə müstəntiqin düşüb-qoşduğu ifadəyə imza atıblar.

Təbii ki, bütün bunlar hakim Eldar Mikayılovun işini xeyli çətinləşdirir. Çünki o, Mirkənan Seyidov barəsində həbs qərarı çıxarmaq üçün, heç olmasa, ortada bir şahid ifadəsi olmalı idi. Lakin şahidlər məhkəmə zamanı istintaqa verdikləri ifadəni təsdiq etmədiklərindən və şikayətçi öz iddiasını geri götürdüyündən, baş redaktoru qazamata göndərə bilməzdi. Bu səbəbdən, o, məhkəmə istintaqının deyil, müstəntiq R.Allazovun istintaq materiallarını olduğu kimi hökmə əlavə edir. Hansı ki, məhkəmədə şahid qismində tanınan Bayramov Bayram həmin vaxt ölkədə olmadığı halda, onun istintaqa verdiyi ifadə “məhkəmədə verdiyi kimi” hökmdə yer alır. Sonradan M.Seyidovun vəkili Ramin Məmmədli bu məsələyə etiraz etdiyindən, hökmün çıxarılmasından 21 gün keçməsinə baxmayaraq, hakim E.Mikayılov öz qərarını dəyişdirir və Apellyasiya Məhkəməsinə göndərilən sənədlərin içərisindən şahid ifadələrini çıxarır.

Beləliklə, daha bir prosesdə Azərbaycan məhkəmələrinə xas, “analoqu olmayan” bir qərar çıxarılır və hətta şikayətçi öz iddiasını geri götürməsinə və ortada kiçicik bir dəlil belə olmamasına baxmayaraq, hakim Eldar Mikayılov jurnalistin yaşlı anasını və azyaşlı övladlarını göz yaşlarına boğur. Daha sonra isə, geydiyi mantiyadan utanmayaraq, “mənlik bir şey yoxdur, sifariş “yuxarı”dan gəlmişdi” – deyə, özünə “bəraət” qazandırmağa çalışır.

Ən dəhşətlisi odur ki, sonrakı məhkəmə instansiyaları da Azərbaycanın hüquq sistemi üçün utanc bir hadisə olan bu hökmü qüvvədə saxlayır. Belə ki, qərardan verilən apellyasiya şikayəti zamanı hakim Həsən Əhmədov da “dəlil qıtlığı” yaşamasına, daha dəqiq desək, ortada heç bir sübut olmamasına və iddiaçı Mehman Həsənovun “Mirkənan Seyidova qarşı heç bir iddiam yoxdur, xahiş edirəm onu azad edin”, – deyə hakimə müraciətinə əhəmiyyət vermədən, qərarı qüvvədə saxlayır. Həmçinin Ali Məhkəmənin hakimi Şahin Yusifov da 2020-ci il, 30 iyunda baş tutan məhkəmə prosesində onun və vəkilinin prosesdə iştirakını təmin etmədən, hökmün qüvvədə saxlanılmasına qərar verir. Ali Məhkəmənin Plenimu isə “şikayətin əsassız olduğunu” iddia edərək, işi icraata götürməkdən imtina edir.

Hakimlərin müəmmalı davranışı…

Bütün bunlardan sonra, istər-istəməz ortaya bir sual çıxır: şikayətçi öz iddiasını geri götürdüyü, hətta məhkəmə prosesində Mirkənan Seyidovu azad etmək üçün müraciət etdiyi halda, yuxarıda adları qeyd olunan hər üç hakimin baş redaktorun həbsində nə kimi marağı olub? Bəlkə, bu prosesdən başqa hansısa qüvvələr istifadə edərək, jurnalisti susdurmağa nail olublar?! Mirkənan Seyidovun prezident İlham Əliyevə və “Hürriyyət” qəzetinə ünvanladığı məktubda bu və digər suallara cavab tapmaq olur. Jurnalist yazır:

“Mənim həbsimin səbəbi “Mehman Həsənova qarşı hədə-qorxu” məsələsi deyil. Əsas məqsəd dövlət gömrük xidmətləri ilə bağlı rəhbəri olduğum Bakunews.az saytında və Bakunews.tv xəbər portalında iş adamlarına və sahibkarlara qarşı edilən haqsızlıqları işıqlandırmağım olmuşdur.

Cənab Prezident!

Dərc edilən yazılara görə, vaxtilə Sizin şəxsiyyətinizə toxunan, Ulu öndərin ölüm xəbərini verənə öz nişan üzüyünü bağışlayan jurnalist Aynur Camalqızı fəaliyyətimə müdaxilə etməyə cəhd göstərib. O, bunu fövqəladə hallar naziri Kəmalədin Heydərovun tapşırığı əsasında etdiyini bildirməkdə və mənə hədə dolu ismarıclar göndərməkdə idi…”

(Davamı növbəti sayımızda)

Hazırladı: RƏŞAD

P.S. Qeyd edək ki, jurnalist Prezident İlham Əliyevə məktubunda çox ciddia faktlar açıqlayır. Həmin məktubu növbəti sayımızda tam şəkildə dərc edəcəyik. Bizi izləyin.

(Hürriyyət.az)

Əvvəlki yazı

Azərbaycanda bu da OLDU! Qız ögey atasına ərə gedib, anasını küçəyə atdı – VİDEO

Sonrakı yazı

Baş həkim dələduzluq yolu ilə vətəndaşın 280 min manat pulunu ələ keçirib

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.