“İnsanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çoxlu insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar.
Reportyor.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında deyib.
Teatrlar da qaydalara riayət etmək şərti ilə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir”, – deyə o qeyd edib.