21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəhidimizin ruhunu rahatladacaq bir Cənnət gəldi dünyaya

25 May 2021, 14:35
Cəmiyyət
A A
Şəhidimizin ruhunu rahatladacaq bir Cənnət gəldi dünyaya

 

 

Bu gün şəhid Qərib Baxşəliyevin doğum günüdür. Budəfəki ad günü onsuz olsa da, ölümündən sonra dünyaya göz açan qızı QƏRİBSİZliyi öz gəlişi ilə QƏRİBLİ etdi…

 

Qərib İnqilab oğlu Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb tarixini tədris edib.

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Polkovnik-leytenant Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində mühasirəyə düşüb, düşmənə əsir düşməmək üçün özünə başından atəş açaraq şəhid olub. Onun nəşi 32 gün sonra II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Atası İnqilab Baxşəliyevin sözlərinə görə, üç övladı yadigar qalan qəhrəman döyüşçümüzün arzularından biri çoxövladlılıq olub. Elə bu səbəbdən də dördüncü övladının dünyaya gələcəyi günü səbirsizliklə gözləyirdi. Lakin həm də ata-baba yurdu olan Laçın rayonunun işğaldan azad olunacağı günün ümidi ilə yaşayırdı:

“Kaş hər kəs Qərib kimi hörmət qazana bilsin. Hər kəs bu gün onun hörmətini saxlayır. Elə hiss edirəm, oğlum ölməyib. Mən özüm Laçın rayonundanam. Rayonum işğaldan azad olunub. Elə bilirəm dünya mənimdir”.

 

22 may həm də şəhid Qərib Baxşəliyevin doğum günüdür. Ailəsi, yaxınları kədərli olduqları qədər də qürurlu olduqlarını deyiblər. Şəhidin böyük oğlu Əli yeni doğulan bacısını atasının onlara göndərdiyi cənnət hədiyyəsi adlandırıb:

“Bu gün atam bizə cənnətdən bacımı göndərdi. Mən atamla fəxr edirəm. Fəxr edirəm ki, belə bir qəhrəmanın övladıyam. Atam çox mehriban, qayğıkeş insan idi. Bizi hər zaman gəzdirərdi”.

 

Şəhidin bacısı Sevinc Baxşəliyeva qardaşının doğum günündə onun körpəsini evə apardıqlarını vurğulayıb:

“Kədərlənirik ki, bu gün Qərib yanımızda yoxdur. Sevinirik ki, Qərib 44 yaşını cənnətdə öz əsgərləri, zabit yoldaşları, şəhid hərbiçilərimizlə qeyd edir və bizə cənnətdən Cənnəti göndərib. Biz onun qızını evimizə aparırıq. Heç nə təsadüfi deyil. Bu bir təsadüfdür ki, biz onun ad günündə qızını evimizə aparırıq”.

 

Ölümü də həyatı qədər qürurlu olan Qərib Baxşəliyevi həm də şəhidliyin ölümsüzlük olmasının isbatı kimi görmək olar. O, iş yoldaşı Ramilə Əliyevanın yuxusuna gələrək, qızının doğulmasından sevindiyini bildirib:

“Biz onunla uzun müddət Hərbi Liseydə bir yerdə işləmişik. Bilirsiz ki, orada təhsil alanlar 13-14 yaşlı yeniyetmələr olur. Qərib onların hamısına ata kimi olub. Çox gözəl insan idi. Qızı dünyaya gələn gün mən onu yuxuda gördüm. Dedi, “Ramilə, bax qızım dünyaya gəlib, hamı onu alqışlayır”. İnanıram ki, şəhidlər bizi görür. Allah o dünyasını versin. Xoş gəlib Cənnət qızımız”.

 

Şəhidin həyat yoldaşı Gülnarə Baxşəliyeva övladları ilə birlikdə bu adı seçdiklərini söyləyib:

“Çünki onun atası cənnətdədir. Əlbəttə, qürur hissi duyuram. Fəxr edirəm. Özü olmasa da… YAŞAT Fonduna təşəkkür edirəm. Hər zaman maraqlanırlar. Həkimim Vüsalə İskəndərovaya təşəkkürümü bildirirəm”.

 

Həkimlər yeni doğulan körpənin sağlıq durumunun tam normal olduğunu bildirib. Körpə Cənnət Qərib qızı Baxşəliyeva dövlət himnimizin sədaları altında evə yola salınıb.

 

Qeyd edək ki, şəhid Qərib Baxşəliyevin doğum gününü onun məzarı önündə qeyd edənlər arasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova da olub.

 

Əvvəlki yazı

“Neftçi“də 3 illik müqavilə – Rəsmi

Sonrakı yazı

Həftəsonları ictimai nəqliyyat işləyəcək?

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.