20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əhmədovun eks-xanımı 318 milyonluq yaxtanı qaçırmaq üçün muzdlular tutub

22 May 2021, 14:43
Araşdırma
A A
Əhmədovun eks-xanımı 318 milyonluq yaxtanı qaçırmaq üçün muzdlular tutub
Azərbaycanlı milyarder Fərhad Əhmədovun London Ali Məhkəməsinin 635 milyon dollar təzminat ödəməsi qərarını yerinə yetirməkdən imtina etməsindən sonra iş adamı ilə keçmiş həyat yoldaşı Tatyana arasında sərvət bölgüsü müharibəsi yeni bir mərhələyə qədəm qoyub.
“Qafqazinfo”nun məlumatına görə, “The Daily Mail” qəzeti yazır ki, Tatyana keçmiş həyat yoldaşının ona yarım milyard dollar ödəməkdən imtina etməsindən sonra dinc oturmur. Belə ki, nəşr onun hazırda Dubay limanında lövbər salmış “Luna” adlı yaxtanı qaçırmaq üçün Britaniyanın Kral Dəniz Donanmasının xüsusi təyinatlı bölməsi olan SBS-in (Special Boat Service) veteranlarından ibarət muzdluları cəlb etdiyini yazıb.
Tatyananın iddialarına görə, 318 milyon dollar dəyərində və 115 metrlik olan yaxta boşanma sonrası əmlak bölgüsünün bir hissəsi olaraq onun mülkiyyətinə daxil edilib. Bildirilir ki, Tatyananın maraqlarını “Burford Capital” müdafiə edir və sözügedən hüquq şirkəti illərdir yaxtanı ələ keçirməyə çalışır.
“Times”a görə, muzdlular yaxtanı Əhmədova üçün qaçırmalıdırlar. Qəzet Əhmədovanın bunun müqabilində onlara nə qədər ödəməli olduğunu açıqlamayıb.
Bildirilir ki, o, hakimin 27 yaşlı oğlu Teymur Əhmədov atasına İngiltərədəki ən böyük boşanma ödənişinin qarşısını almağa kömək etmək üçün anasından gizlətdiyi 100 milyon dolları ödəməsi barədə qərar çıxardıqdan sonra bu addımı atmağa qərar verib.
Xatırlatma: Hakim Qvinnet Noulz belə bir qənaətə gəlmişdi ki, kiçik Əhmədov atasına kömək edib və əmlak bölgüsünə əsasən anası üçün nəzərdə tutulan 453 milyon funt (600 milyon dollardan çox) vəsaiti almasına mane olmaq üçün “əlindən gələni” edib. Noulz demişdi ki, indi o, anasına 100 milyon dollardan çox pul ödəməli olacaq. Məhkəmə onu həm də “atasına kömək etmək üçün hər şey edəcək vicdansız bir adam” adlandırıb.
Ailənin nümayəndəsinin sözlərinə görə, ana-oğulun münasibətləri hazırda da gərgindir: “Tatyananın Teymurla münasibətləri indi həqiqətən çox qəribədir.  Tatyana tərəfdən ümid var, zaman keçdikcə bu münasibətlər bərpa oluna bilər. Əlbəttə ki, o, oğlunu sevir”.
“The Daily Mail” yazır ki, Tatyananın qərarı ilə əməliyyata keçmiş Kral Donanması Dəniz Qüvvələri rəhbərlik edəcək. Daha əvvəl böyük dəniz gəmilərini ələ keçirmək üçün əməliyyatlarda iştirak edən döyüşçülərdən ibarət bir vahid qurulacaq.
Tatyananın vəkilləri qəzetə açıqlamalarında məlumatı təsdiqləyiblər: “Marşall adaları məhkəməsi yaxtanı müştərimizə verdiyindən əmlakın qanuni həll yolu ilə geri qaytarılması üçün əlimizdəki bütün variantları istifadə edəcəyik. Bu səbəbdən müştərimizə aid bütün əmlakları geri qaytarmaq üçün ixtisaslaşmış bir şirkətin xidmətlərindən istifadə etdik”.
F. Əhmədovun nümayəndəsi “The Daily Mail”ə açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib: Dubayda “Luna”nı ələ keçirmək üçün edilən bütün cəhdlər Dubayın ən yüksək məhkəmələri tərəfindən qanunsuz elan edildi”.
Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 635 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.
Məhkəmənin milyarderin eks-xanımına geri qaytarılması üçün təsdiq etdiyi siyahıdan bəzi əmlaklar artıq ona qaytarılıb. Bunlar 7 milyon dollar dəyərində bir helikopter, 2 milyon dollarlıq bir “Torpedo” gəmisi, həmçinin 57 milyon dollar məbləğində xüsusi jetdir.
“Luna” hələ də Port-Rəşid limanında həbsdədir. Yaxta Fərhad Əhmədovun onu beynəlxalq sulara aparmaq istəməsindən sonra həbs olunub.
Yaxta 2010-cu ildə “Çelsi”nin sahibi Roman Abramoviçin əmri ilə inşa edilib. Abramoviç onu 2014-cü ildə 318 milyon dollara Əhmədova satıb.
9 göyərtəli yaxta 52 nəfərlik heyət üzvü üçün nəzərdə tutulub. 2 helikopter meydançası, lüks bir hovuz və kiçik bir sualtı qayığı ilə təchiz edilib. Dünyada hər biri 2.8 milyon funt-sterlinq dəyərində qiymətləndirilən, xüsusi hazırlanmış çox məqsədli limuzin-xilasetmə qayıqları ilə təchiz olunmuş 2 yaxta var və “Luna” da onlardan biridir.
Əvvəlki yazı

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Sonrakı yazı

Kardaşyan qızının onun videolarını gördüyünü etiraf etdi: “Çox şeyi izah etməliyəm”

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.