M8 ekspress marşrut xətti (Maştağa qəsəbəsi – “Gənclik” metrostansiyası) adi rejimə keçirilib. REPORTYOR.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli “Twitter” hesabında yazıb.
“Vətəndaşlarımızın rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib. Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib”, – deyə o bildirib.