Müğənni İlhamə Qasımova karantin müddətində aldığı kilolardan danışıb.
REPORTYOR.info xəbər verir ki, “MTV” kanalında yayımlanan “6/8” verilişinin qonağı olan ifaçı kökəldiyini bildirib. O, nə az, nə çox düz 25 kiloqram artıq çəki aldığın qeyd edib:
“1 ildir karantinə görə evdən çölə çıxmıram. İdman da edə bilmirəm. Yeyirəm və yatıram. Ona görə də çəkim artıb. Hazırda 25 kiloqram artıq çəkim var. Hərəkət edəndə əziyyət çəkirəm”.