Füzuli rayonu ərazisində minatəmizləmə əməliyyatları davam etdirilir.
REPORTYOR.info xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən rayonun Qaraxanbəyli kəndi ərazisində aşkarlanan tank əleyhinə minalar partlayış üsulu ilə zərərsizləşdirilib.
Qeyd edək ki, hazırda Füzulidə asfalt yolunun genişləndirilməsi işləri həyata keçirilir. Ən çox çirklənmiş 13 km-lik ərazinin 8 km-i təmizlənib. Təmizlənmə işləri əl, itlər və mexaniki üsulla həyata keçirilir.(report)