23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanlı tələbə dünyanın ən böyük hüquq gənclər təşkilatına vitse-prezident seçilib

30 Aprel 2021, 15:27
Cəmiyyət
A A
Azərbaycanlı tələbə dünyanın ən böyük hüquq gənclər təşkilatına vitse-prezident seçilib
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, o cümlədən 54 500-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulmuşdur. ELSA-nın əsas fəaliyyəti gənclər üçün hüququn müxtəlif sahələrinə dair faydalı yerli və beynəlxalq tədbirlər, müsabiqələr, ölkələrarası təcrübə proqramları keçirməklə onların inkişafına dəstək göstərməkdir.
ELSA-nın Azərbaycandakı Milli İdarə Heyəti üzvü Samirə Səfərova 11-17 aprel 2021-ci il tarixlərində keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti vəzifəsinə seçilmişdir.
Qeyd edək ki, BİH təşkilatın ali icra orqanıdır və BİH-in 8 üzvü Belçikanının Brüssel şəhərindəki ELSA-nın baş ofisində bir illik müddətə fəaliyyət göstərir. Onların əsas işi üzv ölkələrdən verilən məlumatları toplamaq, onları müvafiq olaraq hazırlamaq, o cümlədən Ölkə və Şəhər qrupların əlaqələndirilməsi və idarə edilməsidir. Həmçinin, BİH beynəlxalq təşkilatlar, firmalar, hökumətlər, digər gənclər assosiasiyaları və s. ilə peşəkar əməkdaşlığı həyata keçirir.
Bununla yanaşı, Samirə Səfərova Vəkillər Kollegiyası və ELSA Azərbaycanın təşəbbüsü ilə fəaliyyətə başlamış “ProDemos – Xalq üçün” təşkilatının İdarə Heyəti üzvüdür və bu gün keçirilmiş görüşdə də Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu uğur münasibətilə Samirə xanımı təbrik etmiş, Kollegiyanın hər zaman gənclərin yanında olduğunu bildirmiş və sonda Azərbaycan vəkilliyinin 100 illik yubileyinə həsr olunmuş markalar hədiyyə edilmişdir.
Məlumat üçün bildiririk ki, Vəkillər Kollegiyası ilə ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin dünən, yəni 28.04.2021 tarixində keçirilmiş iclasında sözügedən təşkilatın bu dönəm layihələrindən “Moot Court” – Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə, o cümlədən hüquqi mübahisənin müzakirəsi və vəkilliyə marağın artırılması ilə bağlı Danışıqlar Müsabiqəsinə maddi dəstəyin göstərilməsi qərara alınmışdır.
Əvvəlki yazı

Şimşək çaxacaq, yağış yağacaq – Sabahın hava proqnozu

Sonrakı yazı

Taleh Qaraşovun tender oyunları – Vergi borcu olan və yeni yaranan şirkətlərlə yarım milyonluq müqavilə

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.