Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında çıxış edən Əfqan Xalaşov bürünc medal qazanıb.
“Reportyor.info” xəbər verir ki, 57 kq-da mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə belaruslu Aryan Tsiutrinə qalib gəlib.
Qeyd edək ki, Xalaşov həm də Vətən Müharibəsi iştirakçısıdır.

