03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Hansı pulun hesabına cangüdən saxlayırlar?” – “Qeyri-qanuni hərəkətlərdir”

07 İyul 2018, 12:43
Cəmiyyət, Banner
A A
“Hansı pulun hesabına cangüdən saxlayırlar?” – “Qeyri-qanuni hərəkətlərdir”

Cangüdənlik müasir dövrdə özünü təsdiqləmiş peşədir. Azərbaycanda da cangüdənlə gəzən vəzifə adamları, imkanlı şəxslər az deyil. Bu sırada siyasətçilər, müğənnilər, məmurlar, rektorlar, iş adamları çoxdur. Bir sıra şəxslər də var ki, onlar özlərinə imic formalaşdırmaq məqsədilə cangüdən tuturlar.

İyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və onun mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalması cangüdən mövzusunu bir xeyli aktuallaşdırıb. Yeri gəlmişkən, Milli Məclisdə təmsil olunan bir neçə deputatın da cangüdəni var.

Bəs digərləri?.. Elmar Vəliyev olayından sonra onlar da özlərinə cangüdən tutmaq haqda düşünüblərmi?…

Modern.az saytının əməkdaşı mövzuyla bağlı bir neçə deputatın fikrini öyrənib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov heç vaxt cangüdəndən istifadə etmədiyini və indi də bu haqda düşünmədiyini deyib:

“Mənim əlimdə imkan olan zaman ancaq kiməsə köməklik etmişəm. Kiminləsə ədavətim olmadığına görə də cangüdənə ehtiyacım yoxdur. Nə də cangüdəni saxlamağa imkanım var. Mən dükana, bazara və ürəyim istədiyi yerə rahat şəkildə gedə bilirəm. İnanmıram ki, kimsə mənə nəsə etmək istəsin, mən də cangüdən saxlayım. Hər zaman xalqın arasında olan biriyəm. Elə bilirəm ki, hamı məni çox istəyir. Xüsusilə də kənd adamları. Bu günə kimi heç kəsə sataşmamışam, bir söz belə deməmişəm. Hər zaman çalışmışam ki, deputat seçildiyim bölgədə, yaşadığım ərazidə, ümumiyyətlə insanlarımız arasında hörmət-izzət qazanım. Şükürlər olsun ki, bu hörməti qazanmışam. Ona görə də mənim cangüdənlə gəzməyə zərrə qədər ehtiyacım yoxdur”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov vaxtilə yüksək vəzifələrdə işləsə də, heüç vaxt cangüdəndən istifadə etməyib.

“Mən ən çətin vaxtlarda, 1992-1993-cü illərdə Baş nazirin birinci müavini işləmişəm. Ancaq heç vaxt da cangüdəndən istifadə etməmişəm. Çünki həmişə xalqın arasında olmuşam. Mənim xalqdan gizli heç nəyim yoxdur. İnsanlara yaxın olmaq, onların dərdini dinləyib, problemnlərinə köməklik etmək lazımdır”.

Deputat bildirib ki, bu gün bəzi məmurlar öz işləriylə məşğuldur, nəinki dövlətin işləriylə:

“Qanuna əsasən, 3 şəxs dövlət hesabına cangüdəndən istifadə edə bilər. Bunlar Prezident, Baş nazir və Milli Məclisin sədridir. Qalan şəxslər hansı pulun hesabına cangüdəni saxlayırlar? Ümumiyyətlə, bunların hamısı qeyri-qanuni hərəkətlərdir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuuluğu komitəsinin üzvü Fəzail Ağamalı vaxtilə cangüdəndən istifadə etdiyini bildirib.

“Əvvəla, insana verilən ömrü Allah alır. İkinci tərəfdən isə mən elə bir əməlin sahibi deyiləm ki, cangüdənlərlə gəzim. Bir ara istisna olunmaqla. Keçmiş deputat Hüseyn Abdullayevlə aramızda problem yaranan zaman özüm şəxsən Daxili İşlər Nazirliyinə müraciət etdim ki, mənim təhlükəsizliyim təmin olunsun. Çünki Hüseyn Abdullayevin ətrafında quldur dəstəsi vardı. O, hər şeyə əl ata bilərdi. Haradasa 2 aya yaxın Çevik Polis Alayı tərəfindən mən mühafizə olundum. Vəssalam. Bir də 1990-cı illərin əvvəllərində hadisələrin gərgin vaxtında partiyadaşlarımın çox böyük təkidi ilə 10-15 gün hara getmişəmsə, partiya üzvlərinin bir neçəsi məni müşayiət edib”.

Deputat deyib ki, kimsə adamın qəsdinə dayanıbsa, 1 və 2 cangüdənlə canını qoruya bilməz:

“Mərhum prezident Heydər Əliyevin həyata keçirmiş olduğu cinayətkarlığa qarşı sərt mübarizə, daxili işlər orqanlarının peşəkar fəaliyyəti nəticəsində 1990-cı illərn sonundan başlayaraq Azərbaycanda cangüdənlə gəzməyə ehtiyac görülmədi. Bu gün də ölkəmizdə cangüdəndən istifadə etməyə ehtiyac yoxdur. Ona görə də mən nə silah, nə də cangüdən gəzdirməyə ehtiyac duyuram”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli də vaxtilə cangüdəndən istifadə edib.

“Azərbaycan Xalq Cəbhəsi hərəkatı yarananda İsmayıllıda hakim işləyirdim. O zaman mənə Əliheydər adlı şəxsi cangüdən ayırmışdılar. Bunu mənə qərarla İsmayıllıdakı xalq hərəkatı ayırmışdı. Hətta həmin şəxs Ali Məhkəmədə işləyəndə də məni müşayiət etdi.
Vəhdət Partiyası yarananda da Zahid adlı şəxs könüllü olaraq mənə cangüdənlik edirdi. Mən o zaman cangüdəndən mitinqlər zamanı istifadə edirdim. Adi vaxtlarda isə heç vaxt cangüdəndən istifadə etməmişəm. Onlara isə əməkhaqqı verməmişəm. İndi isə cangüdənim yoxdur və ehtiyac belə duymuram. Bu gün mən işə piyada gəlmişəm”.

Əvvəlki yazı

Naxçıvanda 3 hərbiçimiz həlak oldu, 11-i yaralandı

Sonrakı yazı

YUNUS SƏFƏROV KİMDİR və NİYƏ ELMAR VƏLİYEVİ GÜLLƏLƏDİ? – ŞOK iddialar, yeni faktlar

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.