Dünyada son sutka ərzində 675 707 nəfər koronavirusa yoluxub, 11 746 nəfər ölüb.
Reportyor.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 135 646 617 yoluxma hadisəsi, 2 930 732 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Şimali və Cənubi Amerikanın (234 785) payına düşür. Digər yerləri isə Avropa (181 865) ilə Cənub-Şərqi Asiya (180 579) bölüşür.