06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda bir milyardlıq kriminal: Bu işdə kimlərin əli var?

12 Aprel 2021, 10:10
Araşdırma
A A
Azərbaycanda bir milyardlıq kriminal: Bu işdə kimlərin əli var?

Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta çıxıb. Bu barədə Hesablama Palatasının son hesabatında bildirilir. Hesabata görə, həmin vəsaiti 7 rezident bank xaricə “müxbir hesaba göndəriş” adı altında ixrac edib: “Bu pul vəsaitlərinin də son təyinat ünvanı – xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb”.

Aprelin əvvəlində Mərkəzi Bank Azərbaycanın ötənilki tədiyə balansına dair göstəriciləri açıqlamışdı. Bankın məlumatına görə, ölkənin tədiyə balansında 1 milyard 987 milyon 700 min dollar kəsir yaranıb. Qurumun açıqlamasına görə, tədiyə balansında kəsirin ən önəmli səbəbi 2.4 milyard dollar həcmindəki xalis kapital çıxışıdır. Bildirilir ki, kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiya formasında, 1.4 milyard dollarıq hissəsi isə “digər investisiyalar” (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir.

10 ildə 95 milyard dollar…

Vaşinqtonda mənzillənən “Global Financial Integrity” təşkilatının son hesabatına görə, 2004-2013-cü illər ərzində Azərbaycandan orta hesabla hər il 9.5 milyard dollar kapital qanunsuz çıxarılıb. Təşkilatın məlumatına görə, bununla bağlı Azərbaycan 144 ölkə arasında 17-ci yerdədir. Ümumilikdə isə həmin 10 ildə Azərbaycandan qanunsuz 95 milyard dollar pul çıxarıldığı vurğulanıb.

Azərbaycandan 1.1 milyard manat dəyərində xarici valyuta vəsaitlərinin ixrac olunması ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, Hesablama Palatasının hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir: “Qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir”.

“Həmin vəsaitlər hər hansı bir müştərinin deyil”

Qurumdan qeyd olunub ki, həmin məsələ rəsmi qaydada və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib: “Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşımışdır. Həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olmuşdur”.

Mərkəzi Bankdan vurğulanıb ki, ixrac olunan nağd xarici valyutanın 90 faizdən çoxunu avroda olan vəsaitlər təşkil edib:

“Avropa Mərkəzi Bankının 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinaslar kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilmişdi. Bu səbəbdən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb”.

Azərbycan Dövlət Gömrük ( DGK) isə fərqli açıqlama yayıb

Qurum bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması prosesində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsində natamamlıqların olduğu barədə məlumatlar yayımlanıb:

“Dövlət Gömrük Komitəsi bildirir ki, bu iddialar tamamilə əsassızdır və gömrük orqanları qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri tam yerinə yetiriblər”

Açıqlamaya görə, hüquqi şəxs olan rezidentlərin valyuta sərvətlərinin Azərbaycana köçürülməsi, nağd şəkildə gətirilməsi, habelə ölkədən köçürülməsi və nağd şəkildə çıxarılması “Valyuta tənzimi haqqında” Qanununun 8.3 maddəsinə uyğun olaraq həyata keçirilir:

“Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən təqribən 1.1 milyard manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin ölkədən kənara çıxarılması rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib, bütün ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.”

Açıqlamaya görə, Azərbaycan Mərkəzi Bankının da təsdiq etdiyi kimi bu növ əməliyyatlar bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi (müxbir hesabın möhkəmləndirilməsi) məqsədini daşıyıb:

“Yerli kommersiya bankları xarici müxbir banklardakı hesablarının tələb olunan qalıq həcmini (cash collateral) təmin etməsə öz müştərilərinin idxal əməliyyatları üzrə ödəniş tapşırıqlarını, o cümlədən sənədli əməliyyatlar üzrə tranzaksiyalarını yerinə yetirə bilməzlər. Yəni, kommersiya banklarının xarici müxbir banklardakı öz hesablarına nağd vəsait aparması normal bank fəaliyyəti praktikasına və milli qanunvericiliyə tamamilə uyğundur”

Açıqlamada habelə bildirilir ki, Dövlət Gömrük Komitəsinin ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur:

“Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyəti qurumun funksiyalarına aiddir”

“Kriminal tərəf axtarmaq lazım deyil”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan” agentliyinə deyib ki, bütün uyğunsuzluqlarda kriminal tərəf axtarmaq lazım deyil: “Məsələ ilə bağlı Mərkəzi Bank açıqlama verib və bu əsaslandırmanı təkzib edən hər hansı sənəd yoxdur. Azərbaycan dünya ticarət sahəsinə inteqrasiya edir. Maliyyə sistemi sahəsində çatışmazlıqlar hətta ən müdafiə olunmuş ölkələrdə də var. Bu, həm ABŞ-a, həm İngiltərəyə, həm aparıcı Asiya ölkələrinə də aiddir”.

“Əgər nöqsanlar olsaydı…”

Komitə üzvünün fikrincə, Azərbaycandan 1.1 milyard manatın çıxarılmasında ciddi nöqsanlar olsaydı, dünya maliyyə sistemləri bunu qeyd edərdi: “”Money World” adlı proqram var. O, qanunsuz, şəffaf olmayan maliyyə əməliyyatların aparılması ilə bağlı proseslərin qarşısını alır. Əgər nöqsanlar olsaydı, ABŞ-da və digər ölkələrdə olan xüsusi maliyyə orqanları bunu qeydə alardı”.

Deputat qeyd edib ki, beynəlxalq maliyyə sisteminin Azərbaycana münasibəti çox loyaldır:

“Yəni, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və aparıcı dünya bankları bizə kreditləri ayırır, məmnuniyyətlə bizimlə əməkdaşlıq edir, layihələrimizi maliyyələşdirirlər. Bir ciddi problem olsaydı, həmin təşkilatlar, o cümlədən pul köçürüldüyü ölkələr buna reaksiya verərdi, hər hansı materiallar üzə çıxardı, yoxlamalar başlayardı”.

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, ölkə ərazisindən kənara vəsait köçürülməsi üzərində Mərkəzi Bankın nəzarəti var:

O qeyd edib ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, 2019-2020-ci illərdə Azərbaycandan xaricə rəsmi yollarla 3.2 milyard dollar vəsait çıxıb: “Bəzən pul rəsmi yolla çıxır, yəni, ölkəyə malları idxal etməsi adı ilə xaricə köçürülür. Sonra isə həmin pul xaricdə idxal malı alınmadan təyinatdan kənarlaşdırılaraq başqa məqsədlər üçün istifadə olunur”.

“O sənədlər olmayanda həmin pul ölkəyə qayıtmır”

İqtisadçının sözlərinə görə, idxal malı almaq üçün pul köçürülürsə və xaricdəki hər hansı bir hesabda oturursa, sonra bundan ötrü müşayiətedici sənədlər olmalıdır: “O sənədlər olmayanda həmin pul ölkəyə qayıtmır”.

Q.İbadoğlu vurğulayıb ki, 7 rezident bankların adı açıqlanmalıdır. Həmin bankların adı açıqlanmadığından məsələyə onlardan isə münasibət almaq mümkün olmayıb.

Əvvəlki yazı

Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi

Sonrakı yazı

Ukrayna: “Donbasa hücum etməyimiz mümkün deyil”

Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.