21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” – MÜSAHİBƏ

06 Aprel 2021, 19:17
Cəmiyyət
A A
“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” – MÜSAHİBƏ

sharethis sharing button

Gülər Əhmədova: “İlqar Məmmmədov isə vaxt var idi Milli Məclisə “zoopark” deyirdi və…”

 

Gələcəyin təminatçısı olan uşaqların sağlam, bilikli və dövlətin əsl kapitalı olaraq yetişdirilməsi zərurəti hər bir dövrün, zamanın aktual tələbi kimi meydana çıxır. Gələcək bu gündən başlayırsa, bu gün gələcəyimizə doğru strateji addımlar sırasında hansı imkanlar yaradılır. Uşaqlar üçün maddi-mənəvi baxımından hansı sosial proqramlar işlənib hazırlanıb. Bu barədə müəyyən siyahı olsa da, valideyn himayəsində olan körpələrə sosial müavinətlərin – uşaqpullarının verilməməsi bu prosesin ləngidiyini və uşaqların diqqətdən kənarda qaldığını ifadə edən əsas faktor kimi önə çəkilir.

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Gülər Əhmədova maraqlı nüanslara toxunub.

– Gülər xanım, son günlər uşaqpulunun verilməsi ilə bağlı müxtəlif rakuslu çıxışlar gündəmi zəbt etməklə yanaşı, ictimaiyyətdə birmənalı qarşılanmır. Uşaqpulunun verilməsi ilə bağlı sizin mövqeyiniz nədir?

 

– Bu barədə fikrim birmənalıdır. Mən hələ Milli Məclisdə olan dövrlərdən demişəm ki, əgər dövlət gələcəyi güclü vətəndaş yetişdirmək istəyirsə, ilk növbədə onun valideyninə hörmət, kömək eləməlidir. Birmənalı şəkildə şərat yaratmaq lazımdır ki, fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün 3 yaşına kimi uşaqların anaları işləməsin, uşaqlarının yanında olsunlar.

Məsələn, Çexiyada 12 yaşına kimi dövlət ailələrə uşaqpulu verir. 12 yaşına kimi analara verilən pul sonrakı proseslərdə dövlətin xeyrinə işləyir. Əlillik – əqli və fiziki qüsurlarla bağlı  faktları ciddi şəkildə aşağı düşür və bununla da dövlətin büdcəsi qorunur. Əgər dövlət uşaqların körpəlikdən qorunması üçün o pulu verməsəydi, sonradan yaranan fəsadlarla əlil uşaqlara ömrünün sonuna qədər müavinət olardı. Amma 12 yaşına qədər pulu valideynə verir ki, ananın uşaqların əqli, fiziki inkişafı ilə bağlı məşğul olmasına şəraiti olsun. Bununla də gələcək büddəcəsini mühafizə edir, eyni zamanda dövlət sağlam vətəndaş yetişdirir.

 

– Cəmiyyədə gedən sosial müzakirələrə baxanda görünür ki, vətəndaşlar uşaqpulunun verilməsini istəyir. Deputatlar, iqtisadçılar da bunun zəruriliyini ortaya çəkirlər. Eyni zamanda, bəzi siyasətçi və məmurların buna qarşı çıxdığı da müşahidə olunur. İctimaiyyət arasında yaradılan bu ziddiyyət, qarşudurma nəyə yönəlir?

 

– Çox təəssüflə demək istəyirəm ki, Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var. Hesab edirlər ki, onların dediyi söz ən ağıllı, ən mütərəqqi sözdür. Amma dəfələrlə cənab Prezident də öz sərəncamları ilə sübut edib ki, o məmurların verdiyi qərarlar nə müasir dövrün tələblərinə uyğundur, nə də inkişaf edən Azərbaycanın tələblərinə. O baxımdan mənə elə gəlir ki, artıq onlar eqolarından birdəfəlik geri çəkməlidirlər və doğurdan da məsələyə sağlam yanaşmalıdırlar. Cənab Prezidentin sözləri ilə desəm, məmurlar xalqın quludurlar. Əgər quludurlarsa, bu xalqa qulaq asmalıdırlar. Onlar özlərini ağa kimi aparmağa öyrəşiblər. Bu da uzun illərdir davam edir. Mən təəsüf edirəm ki, hələ də məmurlar Azərbaycanda baş verən məxməri inqilabın  nəticələrini hiss eliyə bilmirlər. Onlar müasir Azərbaycanda baş verən iqtisadi, siyasi, mənəvi prosesləri  düzgün qiymətləndirə bilmir. Ona görə də cənab Prezidentin çıxışlarına diqqətlə qulaq asmaq lazımdır. Və onun məmur ordusunun, ümumiyyətlə demokratiyanın qarşısında qoyduğu vəzifələri başa düşmək lazımdır. Bunun hamısı ondan irəli gəlir ki, onlar Prezidentin çıxışlarına diqqətlə qulaq asıb, onun ciddiliyinə varmırlar. Ona görə də bu cür problemlər yaranır. Əminəm ki, cənab Prezident bu məsələ ilə məşğul olacağı təqdirdə məsələ müsbət həllini tapacaq. Amma çox yaxşı olardı ki, heç olmasa bu yükü məmurlar öz üstlərinə götürəydilər və problemi birdəfəlik həll edəydilər. Çünkü belə hallarla cəmiyyətdə daxili narazılıq yaradırlar.

 

– Gülər xanım ReAal Partiyasının sədri İlqar Məmmədov özünəməxsus şəkildə çıxış edərək, uşaq pulu məsələsini qaldıran şəxsləri, deputatları “debil” adlandırıb və onların büdcədən xəbərsiz olduğunu önə çəkib. Bir sözlə, uşaqpulunun verilməsinin mümkünsüzlüyünü deyib. Bu barədə nə deyərdiniz?

 

– İlqar Məmmmədov vaxt var idi Milli Məclisə “zoopark” deyirdi və qarşı tərəfi “qoyun” adlandırırdı. Mənə belə gəlir ki, siyasətdə belə belə təhqiramiz ritorikalardan çəkinmək lazımdır. Ümumiyyətlə, kimsə hər hansı belə fikir bildirsə də, ona təmkin nümayiş etdirmək lazımdır. Bu, siyasətçi üçün ən böyük xüsusiyyətlərdən biridir.

 

– Uzunmüddətli siyasi təcrübəsi olan siyasətçi xanım olaraq necə hesab edirsiz, ölkəmiz beynəlxalq iqtisadi layihələrə ev sahibliyi etdiyi bir zamanda doğrudanmı iqtisadi potensialımız uşaqpulunu vermək üçün yetməz?

 

– İqtisadi potensialımızın buna imkan verib-verməməsi məsələsində bu gün birmənalı şəkildə kimlərinsə fikir bildirməsini doğru hesab eləmirəm. Əlbəttə ki, bu fikri söyləyəcək insanlar birbaşa büdcə ilə məşğul olanlar, büdcənin paylaşdırılmasında səsi olan insanlar ola bilər. Bunlar birinci sırada millət vəkilləridir, Nazirlər Kabinetidir və sözsüz ki, cənab Prezidentdir. Hesab edirəm ki, mənfur qonşusu olan Azərbaycan geopolitik vəziyyəti daimi təhlükəsizliyinin qorunması baxımından müharibə vəziyyətinə uyğun olaraq hazırlanmalıdır.

Ona görə də bizə sağlam düşüncəli, sağlam fiziki gücə sahib uşaqlar vacibdir. Ümumiyyətlə, hər bir işin strategiyası olmalıdır. Əgər strategiyaya əsasən gələcək nəsilləri 30 il  bundan sonra güclü görmək istəyiriksə, bu gün həmin məsələ ilə məşğul olmalıyıq. Amma bu gün yalnız meyxana deyən, yalnız xırda ticarətlə şəşğul olan bir xalq haqqında düşünürüksə, uşaqpulu verməyə bilərik. Bu gün sözün bütün mənalarında təhsilə və kiçik yaşlı uşaqların valideynlərinə yönəlik sosial proqramlar olmalıdır. Bu cür sosial proqramların nümunəsini  birmənalı şəkildə Fillandiya, İsveçin, Çexiyanın proqramlarını götürə bilərik. Çünkü bu dövlətlər bizə həm əhali sayına görə, həm müəyyən məsələlərdə tən gələ bilirlər.

Biz çox sürətlə sovet dövründə qazandığımız elmi nailiyyətləri, təhsil səviyyəsini itiririk. Bu gün adi orta məktəb dərsliklərində çox ciddi səhvlərə rast gəlirik. Gələcəyimizin uğurlu qurulması ilə bağlı problemə yanaşma təkcə uşaqpulu ilə bağlı deyi, ümumiyyətlə uşaqlarla bağlı olan bütün sahələr bir daha nəzərdən keçirilməlidir. Mütəxəssislər bu sahədə ciddi işləməlidir.

Əvvəlki yazı

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olunub

Sonrakı yazı

Dilqəmlə Şahbaz: “Yeməyə çörək belə tapmırıq”

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.