Baş nazirin birinci müavini Yaqub Eyyubovun Qusarda böyük torpaq sahələri və fındıq bağları alması haqqında məlumat yayılmışdı. Reportyor.info bildirir ki, jurnalist Cavanşir Həsənli bununla bağlı bəzi təfərrüatlar öyrənib.
Onun sözlərinə görə, Yaqub Eyyubov həmin bağları və torpaq sahələrini “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərik alıb: “Söhbət ümumilikdə 344 hektar sahədən gedir.
Onun 98 hektarı Qusarın Çubuqlu, 246 hektarı Həsənqala kəndinin torpaqlarını əhatə edir, hansı ki, həmin ərazilər adıçəkilən kəndlərin sakinlərinə məxsus olub və xeyli əvvəl “QRANT QARDEN” MMC tərəfindən zəbt edilib.
“QRANT QARDEN” MMC-nin rəsmi təsisçisi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı işadamı Xaliq Abbasovdur.
Xaliq Abbasovun müxtəlif şəxslərin adına banklara böyük miqdarda borcu olduğu haqqında dəfələrlə məlumat yayılıb. Görünür Xaliq Abbasov bu səbəbdən torpaq sahələrini Yaqub Eyyubova satmalı olub.