19-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şuşa Qala divarı bərpa olundu 

18 Mart 2021, 14:53
Gündəm
A A
Şuşa Qala divarı bərpa olundu 
Şuşa Qala divarı bərpa olundu 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidənqurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlanıb.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, işlər dövlət başçısının göstərişinə əsasən həyata keçirilir.

 

Rəsmi məlumata görə, Prezidenti tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunmuş Şuşanın hazırlanacaq baş planının əsas prioritetlərindən biri şəhərin olduqca zəngin tarixi-memarlıq irsinin, əsrlərlə formalaşmış tarixi simasının qorunub saxlanmasıdır:

 

“Bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.

 

Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və Qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılıb.

 

Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə Komitə tərəfindən məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan və 2010-cu ildən etibarən Azərbaycanda Qız Qalası, Məhəmməd Məscidi və bir sıra digər dünya və ölkə əhəmiyyətli abidələrin bərpa və konservasiyasını həyata keçirmiş “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erix Pumer cəlb edilmişdir. Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli “Conco” (Konko) QSC tərəfindən həyata keçirilir. Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə olunaraq aparılmışdır. Həmçinin, layihənin növbəti mərhələsinə hazırlıq işləri çərçivəsində müasir texnologiyalardan istifadə edilərək Şuşa Qala divarlarının üçölçülü (3D) modelinin yaradılması üçün lazer skaner cihazı ilə çəkilişlər və müayinə aparılmışdır ki, hazırlanan model layihələndirmə və bərpa prosesinin daha səmərəli və yüksək dəqiqliklə aparılmasına imkan verir”.

 

“Bərpa işlərinin başa çatmış birinci mərhələsində Qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənmiş, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişlər əhəng-qum məhlulu ilə doldurulmuşdur. Qapının xarici tağının yuxarı səmti, həmçinin, Qala divarlarının dörd zədələnmiş hissəsi, kontrforsun dağıdılmış tərəfi, Qala divarlarının fasad hissəsində müdafiə məqsədilə tüfəng atəşi üçün nəzərdə tutulmuş 9 mazğal bərpa edilmişdir. Eyni zamanda, Qala divarlarının gözətçi qülləsinin altındakı zirzəminin divarları və köməkçi otağı da sement-qum suvağından təmizlənərək əhəng-qum məhlulu ilə doldurulmuş, iki gözətçi qülləsi arasındakı divarın bütün perimetri üzrə yuxarı ətəyinə eyni səviyyə verilmiş, divar üzərində yad yazılar təmizlənmişdir. Tarixi abidənin xarici və daxili həyətlərində mövcud olan yad metal elementlər də demontaj edilmiş, əsgər yolunun bir hissəsi təmizlənərək bərpa olunub.

 

Bununla yanaşı, Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal dövründə sökülmüş məşhur “Şuşa” yazısı da yenidən bərpa edilib. Bu məqsədlə Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yüngül metal konstruksiya əsaslı və Qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərtilə layihələndirilmiş və alüminiumdan istehsal olunmuş “Şuşa” yazısı tarixi yerində quraşdırılıb”,-deyə rəsmi məlumatda bildirilib.

Əvvəlki yazı

Paşinyan növbədənkənar seçkilərə gedir

Sonrakı yazı

Qəbiristanlıqdakı gülləri oğurlayıb satdılar – Video

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.