26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Səngərdə konyak içirdik. Birdən vıyıltı və-paart!..” – İrəvandan reportaj

13 Mart 2021, 15:15
Seçmə, Manşet
A A
“Səngərdə konyak içirdik. Birdən vıyıltı və-paart!..” – İrəvandan reportaj

Yerevanda tez-tez arxa şüşəsinə hərbi formada gəncin iri ağ-qara fotosunun yapışdırıldığı avtomobillərə rast gəlirsən. Bu, kiminsə Dağlıq Qarabağa görə Azərbaycanla aparılmış 444 günlük müharibədə həlak olmuş oğlu, atası və qardaşıdır. Rəsmi məlumata görə ölənlərin sayı 4 mindən çoxdur, amma qeyri-rəsmi məlumata görə 7 mindir. Əhalisi 3 milyon nəfərə də çatmayan ölkə üçün bu, dəhşətli itkidir.

Reportyor.info xəbər verir ki, bu sətirlər “Arqumenti i Faktı” nəşrnin şərhçisi Georgi Zotovun İrəvandan hazırladığı reportajdan götürülüb.

“Başdan ayağa bəla hökm sürürdü. Mən heç döyüşməyə imkan tapmadım. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşduq, konyak içirdik, birdən yüngül vıyıltı və-paart! Bir də hospitalda ayıldım, Türkiyə pilotsuz təyyarəsi zərbə endirmişdi. Mənim dostlarımdan ikisi parça-parça olmuşdu, mən isə möcüzə sayəsində sağ qaldım. Budur, əlim zədələnib”,-könüllü kimi Qarabağda olmuş Armen Mnatsakanyan iki barmağı qopmuş əlini göstərir.

Müəllif yazır ki, Qarabağ müharibəsi bunu əla nümayiş etdirdi: silahlı münaqişədə qalib gəlmək üçün təkcə cəsarət bəs eləmir. Rəqibin imkanlarını ayıq qiymətləndirmək, ciddi intizam və müasir texniki təchizat da lazımdır. Döyüş meydanına yüzlərlə tank və gənc əsgərlər çıxarıb “Ura!” deyə irəli getmək daha işləmir.

“Azərbaycan 1994-cü ildən ardıcıl şəkildə silahlanırdı”,-erməni ordusunun keçmiş kapitanı Suren Ter-Gukasyan köks ötürüb deyir. Əlavə edir ki, təkcə son 9 ildə Azərbaycan silahlanmaya 24 milyard dollar sərf edib. Ermənistanın isə belə imkanı yox idi və cəmi 4 milyard dollar xərcləyə bilmişdi.

“Biz sərsəmləmişdik. Erməni cəmiyyətində eyforiya hökm sürürdü. Belə səslər eşidilirdi: “Axı bu azərbaycanlılar döyüşə bilir? Qoy bir yerlərindən tərpənsinlər, düz Bakıya qədər gedəcəyik!. Bax belə getdik, qısaca desək”,-Suren deyir.

Məqalədə deyilir ki, əslində təmas xətttində atışmalar 26 ildir davam edirdi. Yəni arxayınlaşmaq üçün əsas yox idi. Lakin məlum oldu ki, ermənilər azərbaycanlıların irimiqyaslı hücumuna qətiyyən hazır deyil. Onlar keçmişdəki uğurların təsiri altında yaşayırdılar və hesab edirdilər ki, rəqiblə asanlıqla haqq-hesab çəkəcəklər. Azərbaycanda isə Qarabağın qaytarılması milli ideya idi.

“Mən Bakıda olanda buna özüm əmin oldum. Azərbaycanlılar uşaqlıqdan yeni döyüşə can atırdılar və mənəvi olaraq qurbanlar verməyə hazır idilər. Ermənilər uzun illərdir Azərbaycanın müasir silahlar almasına baxırdılar və hesab edirdilər ki, bütün bunlar onları qorxutmaq üçündür, başqa heç nə. Rəqibi əvvəlcədən aşağılayırdılar və ona açıq-aşkar gülürdülər: “Onlar qorxaqdır, cəsarət etməzlər”.

Amma Livanda, Beyrutun erməni məhəlləsində doğulmuş Levon Mnatsakanyan deyir ki, azərbaycanlılar elə ilk günlərdən havada hökmranlıq eləməyə başladılar. Tanklar və zirehli maşınlar işə yaramırdı, pilotsuz təyyarələr texnikanı az qala onlarlasını birdən məhv edirdi. Raketlər blindajları və komanda məntəqələrini dağıdırdı. Ön xəttə sursat aparmaq mümkün deyildi: pilotsuz təyyarələr yük maşınlarını ovlayırdı. 

“Mən sərhəddə bir aya yaxın toplanış məntəqəsində oturdum, bizi heç yerə göndərmədilər: istənilən maşını yolda havadan vururdular”,-Levon deyir”.

Yerevanda deyirlər ki, ermənilər on minlərlə könüllü toplayıb, amma onları daha sonra necə etməyi bilməyib. Çünki cəbhəyə qüvvə göndərmək məqamı əldən verilmişdi. Digər məqam isə döyüş zonasında hərbi intizamdır.

“Söhbətləşdiyim könüllü gizlətmir ki, onlar səngərdə oturub konyak içirdilər. Aydındır ki, müharibədə alkaqolsuz keçinmək çətindir. Amma “cəsurluq” üçün müntəzəm içdinsə cəld reaksiyadan və soyuq başla mühakimədən danışmaq yersizdir.

“Bizdə səngərlərdə zabitlərdə də babat vururdular. Axı qorxulu idi. Mən özüm səhər açılandan içirdim, əks halda adamın əsəbləri pilotsuz aparatların partlayışına dözmür”,-Qarabağdan qayıtmış əsgər Araik Xaçikyan deyir. Bildirir ki, komandirlər tez-tez rəhbərliyin əmrlərinə məhəl qoymurdu, necə lazım bilsələr elə hərəkət edirdi. Ümumən, büsbütün “bardak” hökm sürürdü.

Sonda rusiyalı şərhçi bu qənaətə gəlir ki, Qarabağda baş verənlərdən Rusiya özü də dərs çıxarmalıdır. Çünki ən yeni Türkiyə pilotsuz təyyarələrinin tətbiqi göstərdi ki, indiki dövrdə müharibə metodları sürətlə dəyişir.

“Ümid edirəm ki, Rusiyada tezliklə pilotsuz təyyarələrin istehsalına başlayacaqlar. Arxayınlaşmaq olmaz. Ermənistana bu kömək eləmədi”,-o yazır.

Əvvəlki yazı

Gəncədə kuryoz: oyuncaq tapança ilə basqın etdi – Video

Sonrakı yazı

Türkiyəyə getmək istəyənlərin nəzərinə: Martın 15-dən yeni qayda qüvvəyə minir

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.