24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zaqatalada xəzinə tapıldı: fayton, çoxlu qızıl və… – Ətraf qoşunlarla əhatələndi, əraziyə giriş qadağan olundu

13 Mart 2021, 13:04
Araşdırma
A A
Zaqatalada xəzinə tapıldı: fayton, çoxlu qızıl və… – Ətraf qoşunlarla əhatələndi, əraziyə giriş qadağan olundu

Bu günlərdə Gürcüstan KİV-lərində, belə demək olarsa, qəribə məlumat dərc edilib. Reportiori.ge adlı saytda yer alan məlumatda (“Mtavari” agentliyinə istinadən) deyilir ki, Azərbaycanın Zaqatala rayonu ərazisində “böyük miqdarda qızıl və digər xəzinə” aşkarlanıb.

Reportyor.info nın məlumatına görə, xəzinənin tapıldığı ərazi iki ölkə sərhədinə yaxındır və ətraf qoşunlarla əhatələnib, əraziyə giriş qadağan edilib.

“Əldə olunan informasiyaya görə bir neçə gün əvvəl Zaqatala rayonunun Faldarlı kəndində əkin sahəsini şumlayıblar. Şumlama zamanı torpaq çöküb. Traktor gətiriblər və qazmağa başlayıblar. Xəzinə tapılıb: fayton, çoxlu qızıl və ölülərin qalıqları”, – xəbərdə belə deyilir.

Bildirilir ki, əraziyə giriş bağlanıb, xüsusi bölmələr gətirilib, tapıntı əraziində yerli arxeoloqlar işləyir.

“Şübhə var ki, söhbət böyük, sensasion və tarixi tapıntıdan gedir. Ərazi Alazan çayının iki-üç kilometrliyində yerləşir. “Mtavari” agentliyinə deyiblər ki, baş verənlər haqda XİN-ə də (yəqin ki, söhbət Gürcüstan XİN-dən gedir,-red.) xəbər veriblər. Yerli sakinlər tələb edirlər ki, söhbət böyük tarixi tapıntıdan getdiyi üçün qazıntılara gürcü arxeoloqları da cəlb edilsin, tarixi izlər silinməsin və ya məhv edilməsin”, – həmin məlumat bu qəribə sonluqla bitir.

Həmin ərazidə nəyin tapıldığı barədə rəsmi məlumata rast gəlinməsə də bir neçə gün əvvəl həqiqətən Faldarlı kəndi yaxınlığında qaz çəkilişi ilə bağlı hansısa torpaq işlərinin aparıldığını dəqiqləşdirə bildik. Yəni söhbət arxeoloji qazıntılardan getmir. Lakin məsələ orada hansı məqsədlə qazıntıların aparılmasında, hansısa xəzinənin aşkarlanmasında da deyil. “Xəzinə tapıntısı” barədə xəbərlər xalq arasında ilk dəfə deyil ki, dolaşır və əsasən kənd yerlərində, bu və ya digər rayonda vaxtaşırı olaraq belə söz-söhbətlər yayılır.

Məsələ bundadır ki, Azərbaycanın Zaqatala rayonu ərazisində qazıntı və “xəzinə aşkarlanması” barədə şaiyələr Gürcüstan KİV-lərində bu cür qəribə reaksiya doğurub. Yəni söhbət Azərbaycan ərazisindən gedirsə orada hansısa arxeoloji qazıntının aparılması və ya “xəzinənin tapılması” qonşu ölkənin Xarici İşlər Nazirliyini niyə maraqlandırmalıdır?

Əlbətdə, Gürcüstan xəbər agentliyinin bu məlumata olan marağı anlaşılandır, dünyanın bu və ya başqa yerində hansısa “sensasion xəzinə tapıntısı” barədə xəbərlər həmişə KİV-lər üçün maraqlı sayılıb. Amma “xəzinə” Azərbaycan ərazisində tapılıbsa və ya arxeoloji qazıntılar Azərbaycan ərazisində aparılırsa bu işə gürcü arxeoloqlarını cəlb etmək çağırışı niyə səslənir ki? Yaxud  onlar hansı “tarixi izlərin” silinməsinin qarşısını almalı idilər?

Axı Gürcüstan ərazisində hansısa arxeoloji tapıntı barədə xəbərlər eşidəndə Azərbaycanda bu işlərə qarışmaq, ora arxeoloqlar göndərməyi təklif etmək heç kimin ağlına da gəlməzdi. Bir sözlə, Zaqatala rayonunda nəyin tapıldığını dəqiq bilməsək də “Mtavari” agentliyinin bu məzmunlu xəbəri əsl “tapıntıdır”… (Virtualaz.org)

Əvvəlki yazı

Ata Abdullayev dələduzluğa görə tutulub – Saxta sənəd…

Sonrakı yazı

Hesablama Palatasında istefaların səbəbi – Açıqlama

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.