21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Qol-qola bloka giriblər, on iki dəqiqə sonra…” – Foto

10 Mart 2021, 16:55
Gündəm, Manşet
A A
“Qol-qola bloka giriblər, on iki dəqiqə sonra…” – Foto

Qobu qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olan iki yeniyetmə qızın özlərini Lökbatan qəsəbəsində yerləşən 9-mərtəbəli yaşayış binalarından birindən ataraq intihar etməsi ictimaiyyəti sarsıtdı.

Xəbər verildiyi kimi, həyatları faciəli sonluqla bitən 2005-ci il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı və 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı rəfiqə olublar.

Onların özlərini binanın damından atmasının bəzi təfərrüatları məlum olub.

Virtualaz.org-un əməkdaşları intihar hadisəsinin baş verdiyi əraziyə gedib şahidlərlə söhbətləşiblər.

Hadisənin baş verdiyi bina təxminən altı il əvvəl istifadəyə verilib. Bir-birinin yaxınlığında yerləşən doqquzmərtəbəli binaların giriş qapıları kodlaşdırılıb. Bina sakinlərinin dediklərinə görə, bəzi binaların lift şaxtalarının ətrafı dəmir barmaqlıqlarla hasarlanıb. İntiharın baş verdiyi blokda isə lift şaxtası açıq vəziyyətdə olub.

İntiharın baş verdiyi yer

“Bütün binaların girişində kameralar quraşdırılıb. Kamera görüntülərinə mən də baxdım. Həyəti süpürən xadimələrdən biri qapını açır, bloka daxil olur. Onun arxasınca qızlar qol-qola girib, söhbət edə-edə qapıdan içəri girirlər. Düz on iki dəqiqədən sonra isə intihar edirlər”- hazırda istintaq getdiyindən adını söyləmək istəməyən yaşlı bina sakini deyib. Əlavə edib ki, qızların yalnız birinin çantasında mobil telefon olub. Kamera qeydləri, qızların əşyaları polis əməkdaşları tərəfindən götürülüb.

Digər bina sakini isə deyib ki, qızların intihar üçün bu bloku seçməsi təsadüfə oxşamır. Çünki onlar diqqət çəkmədən binaya daxil olublar, doqquzuncu mərtəbəyə qədər qalxa biliblər. Əvvəlcə biri (16 yaşlı Mətanət Quliyevanı nəzərdə tutur-red.) yerə çırpılıb. Onun ardınca isə digəri özünü atıb.

“Qəfildən tappıltı səsi gəldi. Qız bu gördüyünüz yerə çırpıldı. Həmin vaxt həyətdə valideynlər azyaşlı, körpə uşaqlarını gəzdirirdilər. Hamı sanki birdən-birə şoka düşdü. Ardınca digər bir qız da yerə çarpıldı. Yerimizdəcə donub qalmışdıq. Heç birimiz bu qızları tanımırıq. Kim olduqlarını, niyə özlərini damdan atdıqlarını bilmirdik. Deyirlər ki, guya hündürlüyə çıxıb tik-tok üçün video çəkirmişlər. Amma telefon qızın çantasında qalmışdı. Sonradan dedilər ki, qızlardan biri dəftərinə “depressiyadayam” yazıbmış. Amma o qarışıqlıqda kim onların dəftər-kitabına baxdı, yazılanları necə oxudu bilmədim”,-sakin deyib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib. Həmin əraziyə kənar şəxslərin daxil olmaması tapşırılıb. Sakinlər onu da deyiblər ki, dünəndən hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

“Deyirlər ki, qızlardan biri intihar etmək istəyib, digəri ona mane olmağa çalışıb. Amma heç kim baş verənlərin səbəbini bilmir, çünki kamera görüntülərində diqqət çəkən heç nə yoxdur. Mən beş ilə yaxındır bu binada yaşayıram. Hələ bir dəfə də olsun binanın damına çıxmamışam. Qızlar həmin yeri açıq olduğunu haradan bilirmişlər? Bəlkə əvvəldən bu bloka gəliblər? Deyilənlərə görə, kamera görüntüləri qısa müddəti yaddaşda saxlayır”,-sakinlərdən biri söhbətində əlavə edib.

Qızlar bu blokdan içəri giriblər…

İntihar edən qızların ailəsini  tanıyanlardan biri virtualaz.org-a açıqlamasında bildirib ki, hər iki yeniyetmə dərslərini yaxşı oxuyub, ali məktəbə birlikdə hazırlaşırblar. “Hər iki ailə Qobuda, qızların təhsil aldıqları məktəbin yaxınlığında yaşayır. Əfruz evin tək övladıdır, anası bağçada çalışır, heç kimlə problemi olmayan biridir. Əfruzun həm də yaxşı əl qabiliyyəti vardı, sinif yoldaşları arasında hörməti olub.  Buna görə də baş verən hadisədən təkcə ailəsi deyil, onu tanıyan hər kəs, dostları, müəllimləri şoka düşüb. Mətanətin atası neft sahəsində çalışır, anası da işləyir, ailədə 3 uşaq böyüyüb. Yəni hər ikisinin maddi problemlərə, ya təhsilə  görə intihar etmələri mümkün deyil”,-həmin mənbə bildirib.

İntihar edən yeniyetmələr bu gün torpağa tapşırılıb. Ailələri gərgin olduqlarından jurnalistlərlə görüşməkdən imtina ediblər, çəkiliş aparılmasına icazə verilməyib.

Əvvəlki yazı

BNA bu küçədə piyada keçidi təşkil etdi – Fotolar

Sonrakı yazı

Ölkədə yoluxma kəskin artdı: 515 nəfər, 7 ölü…

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.