17-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“YAP-ın yeni strateji hədəfləri var” – Kamaləddin Qafarov

10 Mart 2021, 11:37
Siyasət
A A
“YAP-ın yeni strateji hədəfləri var” – Kamaləddin Qafarov

“Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında baş vermiş çox mühüm bir hadisədir. Hakim partiyanın ali forumunun keçirildiyi hazırkı dövr Azərbaycan üçün son dərəcə əlamətdardır. İlk növbədə ölkəmiz Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etmişdir.  Bu hadisə Cənubi Qafqazda yeni reallıqların yaranmasına və bütün region ölkələrinin, o cümlədən Azərbaycanın inkişafında tamamilə yeni perspektivlərin açılmasına səbəb olmuşdur. Vətən müharibəsində tarixi Qələbəmizi təmin edən əsas amillərdən biri də ölkədə siyasi həmrəyliyə nail olunmasıdır. Məhz bu baxımdan da Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir.” Bu sözləri yap.org.az saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən son dərəcə zəif olduğu və bir çox səbəblərdən yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qaldığı bir vaxtda xalqın ən fədakar və vətənpərvər övladlarının ulu öndər Heydər Əliyevin ətrafında birləşməsindən yaranmış Yeni Azərbaycan Partiyası həm də əsl ümumxalq birliyinin bariz təcəssümü kimi formalaşmış bir siyasi qüvvədir: “Prezident İlham Əliyevin də öz giriş nitqində qeyd etdiyi kimi, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar ulu öndər Heydər Əliyevə müraciət etməklə, əslində, Azərbaycanı məhv olmaqdan qurtarmış oldular. Bu hadisədən bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezident vəzifəsinə seçildi və bundan sonra ölkəmizin böhrandan çıxma prosesi başladı. Biz bu tarixi davamlı olaraq öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Çünki bizim əsl müstəqillik tariximizin başlanğıc nöqtəsi məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışıdır. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də bir dövlət kimi mövcud olmazdı. Mən bu məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm ki, 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında formalaşmış birlikdən yaranan Yeni Azərbaycan Partiyası, əslində, bu gün ölkəmizdə müşahidə olunan milli birliyimizin bariz təcəssümüdür. Həqiqətən də, 1993-2003-cü illər Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarının qurulması baxımından ölkəmiz üçün həlledici illər olmuşdur. 2003-cü ildə Azərbaycan xalqı yenə də Heydər Əliyev siyasətinə səs verərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etimad göstərmişdir. Bu gün isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəyliyimiz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeganə düzgün siyasəti nəticəsi olaraq indiyə qədər müşahidə olumayan bir səviyyədə təzahür etməkdədir.”
Kamaləddin Qafarov həmçinin 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasını da dövlət başçısı tərəfindən həyata keçirilən mütərəqqi siyasi islahatların bir nəticəsi və eyni zamanda da hakim partiyaya qarşı olan inam və etimad göstəricisi kimi dəyərləndirmişdir: “Aydındır ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir. Hələ keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək  siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda, demək olar, bütün siyasi qüvvələr iştirak edir. Diqqətəlayiq haldır ki, müharibədən əvvəl başlamış bu siyasi dialoq müharibə dövründə daha da güclənmişdir. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır. Təbii ki, bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə və ilk növbədə ümummilli maraqlara bağlı məsələlərdə vahid baxış və mövqelərin formalaşması tamamilə məntiqə uyğun bir haldır. O cümlədən, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsi, dövlət başçısının “Biz birlikdə güclüyük!” konsepsiyasının əsl ümumxalq ideologiyasına çevrilməsinin əsaslı sübutudur. Eyni zamanda da etiraf olunmalıdır ki, bu siyasi inteqrasiya  birbaşa iqtidar partiyasına olan etibar və inamdan irəli gəlmişdir.”
Millət vəkili K.Qafarov belə bir məqamı da vurğulayıb ki, Prezident İlham Əliyev öz yekun çıxışında Zəngəzur dəhlizi ilə bağlı mövcud vəziyyətə toxunmaqla Azərbaycanın heç kəsə Vətən müharibəsinin nəticələri ilə spekulyasiya etmək imkanı verməyəcəyinə dair bütün dünyaya daha bir xəbərdarlıq mesajı ünvanlamış oldu:
“Bu gün təəssüflər olsun ki, Ermənistan tərəfindən mövcud reallıqlara, Azərbaycanın yaratdığı yeni reallıqlara hələ də qeyri-konstruktiv yanaşma sərgilənməkdədir. O cümlədən, məlum Üçtərəfli Bəyanatın bəzi müddəalarına əməl olunması ləngidilir və onlarıa yenidən baxılmasına cəhdlər olunur. Lakin Prezident İlham Əliyev Azərbaycanın bu xüsusda mövqeyinin qəti və birmənalı olduğunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir. YAP-ın VII qurultayındakı yekun çıxışında da bu məsələyə toxunan dövlət başçısı bu dəfə ölkəmizin konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı planları barədə  açıqlama vermişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Zəngəzur dəhlizi açılması ideyası tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır. Beləliklə də, ölkə Prezidenti növbəti dəfə Azərbaycanın öz qanuni haqqının təmin olunmasında heç kimə güzəştə getməyəcəyini açıq şəkildə bəyan etmişdir.”

Əvvəlki yazı

Şəbnəm Tovuzlu həyatındakı Həcidən danışdı: Bu, mənim sənətimdir

Sonrakı yazı

Başına daş düşən işçi hadisə yerində öldü

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.