12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ÖLÜMÜN QARŞISINDA ACİZ QALAN MƏMUR QALALARI… – Fotolar

27 İyun 2018, 13:39
Gündəm, Cəmiyyət
A A
ÖLÜMÜN QARŞISINDA ACİZ QALAN MƏMUR QALALARI… – Fotolar

Sosial şəbəkələrdə mərhum müdafiə sənayesi naziri Yavər Camalovun dəfnindən çəkilmiş fotolar geniş müzakirələrə və mübahisələrə yol açıb. Səbəb isə sabiq nazirin nəşinin götürüldüyü məkanın, yaşadığı evin 6-7 metr hündürlükdə hasarla əhatələnmiş möhtəşəm bir imarət olmasıdır.

İlk baxışdan hansısa strateji əhəmiyyətli dövlət obyektinin inzibati binası və onu əhatə edən ərazisini xatırladan bu məkan sabiq nazirin Bakıdakı eviymiş. Təkcə fotolardakı hasarın ölçüləri və ümumi görüntüsü bu ev haqda ümumi təsəvvür yaratmağa tam imkan verir. Elə sosial şəbəkə istifadəçiləri də mərhum nazirin özünü, həyatını və xidmətlərini bir kənara qoyaraq, həmin imarəti müzakirə edirlər…

Əlbəttə ki, kimliyindən asılı olmayaraq, dünyasını dəyişən insanın ruhuna ehtiram milli, mənəvi və dini dəyərlərimizə görə, boynumuzun borcudur. Ancaq bəzən insanlarımız yazdıqları şərhlərdə əndazəni aşaraq, bu dəyərlərimizə məhəl qoymurlar. Sözsüz ki, bu yanaşma yolverilməzdir. Çünki ən azından bu şəxsin ölkəmizin müdafiə sənayesinin qurulmasında danılmaz xidmətləri olub və ümumiyyətlə, dəyərlərimiz haqq dünyasına qovuşan insana qarşı yalnız müsbət münasibəti tələb edir.

1529835976_yaver2

Ancaq eyni zamanda, bu müzakirələr bir daha hazırda vəzifədə olan, gözü ayağının altını görməyən, hamımızın olmalı olan sərvətlərimizə qənim kəsilən, insanlarımızın haqqını yeyərək, hesabını itirdikləri milyonlara sahiblənən və gözü doymaq bilməyən, bir sözlə, dünyanın faniliyini görməzdən gələnlərə bir dərs olmalıdır. Bu gün imarəti Y.Camalovun mülkündən çox-çox böyük və möhtəşəm, hasarları isə daha hündür və əzəmətli olanlar var. Onlar anlamalıdırlar ki, ölüm maneələr, hasarlar tanımır, kasıbın qapısını döydüyü kimi, istənilən an varlıya da qonaq gələ bilər və bu zaman tikdirdikləri hasarların nə eni, nə də hündürlüyü onları xilas etməyəcək.

Eyni zamanda, bu hasarlar hazırkı Azərbaycan məmurunun acgözlüyünün, görməmişliyinin və kasıb camaata meydan oxuyurcasına harınlıq nümayişinin təzahürüdür. Onların hündürlüyü isə məmləkətimizdə varlı ilə kasıbın arasına hörülmüş gözlə görünməyən divarın materiyadakı inikasıdır.

Hamı bilir ki, bu hasarlar nazir, məmur maaşına tikilmir və bütün bu imarətlərin arxasında xalqdan oğurlanmış pullar dayanır. Ancaq cəzasızlıq və arxayınçılıq o həddə çatıb ki, oğurladıqlarını gizlətməyi belə özlərinə yaraşdırmırlar. Bircə həmin hasarların üzərinə “əcəb edirəm!” yazmaları qalıb. Hansı ki, bu məmurlar və onların ətrafındakıların hərəsi təkcə hasarlarının hündürlüyünü 20-cə santimetr az etsələr və buradan qənaət edilən vəsaitlər toplansa, pul dərdindən əməliyyata girə bilməyən, valideynləri ixtiyar sahiblərinə yalvaran, televiziyalara çıxıb varlılardan mərhəmət uman, gözü xəstəxana qapılarında qalan neçə-neçə xəstə uşağın həyatını xilas etmək olar…

nazir_defni_(14)

Əslində, bu hasarların hər biri Azərbaycandakı sosial ədalətsizliyin şərəfinə ucaldılmış bir “abidədir”. Ancaq belə mülklər əgər məmurların özləri üçün qürur mənbəyidirsə, korrupsiya, çirkli pulların yuyulması, məmur özbaşınalığı ilə mübarizə aparmalı və sosial ədaləti təmin etməli olan hüquqi dövlət və cəmiyyət üçünsə sadəcə, utanc yeri olmalıdır. Ümumiyyətlə, əksər məmurlarımızın istər toy, istərsə də yas mərasimləri çox vaxt bütün əndazələri aşır. Belədə gərəkdir ki, korrupsiyanın qarşısı alınmırsa, heç olmasa onun nəticələrinin millətin gözünə soxulmasının qarşısı alınsın…

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

MTK RƏHBƏRİ JURNALİSTƏ RÜŞVƏT TƏKLİF ETDİ – “Camaatın dərdi sənə qalıb?” + VİDEO

Sonrakı yazı

GÖMRÜK KOMİTƏSİNDƏ ŞOK DƏYİŞİKLİK – Bakı gömrüyünün rəisi yenə dəyişdi! (Yeniləndi)

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.