04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

02 Mart 2021, 08:50
Cəmiyyət
A A
Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

Dövlət Sərhəd Xidmətinin tabeliyində olan “Sərhədçi” İdman Kompleksinin keçmiş rəis müavini, polkovnik-leytenant Elxan Nağıyev haqqında yenidən cinayət işi başlanıb.

Dələduzluqda suçlanaraq 2020-ci ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən polkovnik haqqında bu ilin fevralında yenə eyni ittihamla cinayət işi başlanıb. Çünki birinci cinayət işinin istintaqı yekunlaşandan sonra yeni şikayətlər ortaya çıxıb.

Adıçəkilən polkovnik Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, ötən ilin mayında həbs olunub avqustda buraxılan, daha sonra müharibədə iştirakına görə “Qarabağ” ordeni ilə mükafatlandırılan general Əfqan Nağıyevin qardaşıdır.

Nağıyev 6 illik həbs hökmündən apellyasiya şikayəti versə də, təmin olunmayıb. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimov hökmü qüvvədə saxlayıb. Fevralın 12-də isə hərbi prokurorun müavini Fuad Məmmədovun qərarı ilə onun barəsində dələduzluq və rüşvət verməyə təhrik ittihamları ilə yenidən cinayət işi başlanıb.

“O bizdə elə böyük bir təəssürat yaratdı ki…”

İddia olunur ki, Nağıyev rəis müavini işlədiyi dövrdə – 2019-cu ilin iyulunda birgə biznes qurmaq adıyla “Sərhədçi”nin binasında Asif Qurbanovdan 100 min, DSX-da gizir kimi işə düzəltmək üçün Əlamət Bəşirovdan 6 min, tikinti ilə bağlı tenderdə qalib olmaqdan ötrü Ağayar Süleymanovdan 10 min manat pul alıb.

“Elxan Nağıyevlə görüş zamanı o bizdə elə böyük bir təəssürat yaratdı ki, sanki həmin şəxs həqiqətən də öz kiçik kabinetində oturub bütün Azərbaycanı idarə edir. Prezident Administrasiyasının məsul şəxsləri, nazirlər, icra başçıları ilə yaxın münasibətləri olduğunu, istənilən problemi həll edə biləcəyini deyirdi”, – zərərçəkmiş qismində tanınan şəxslərdən Asif Qurbanov belə deyir.

Onun sözlərinə görə, Nağıyevə verdiyi puldan 55 min qaytarılıb – bir dəfə 40 min, ikinci dəfə 15 min: “Maaş kartını da mənə verib demişdi ki, içində 10 min pul var. Amma kartı itirdim. Xahiş etdim ki, yenisini çıxarıb versin, eləmədi”.

“Faiz, borc içində batıram”

O, general Nağıyevə də müraciət edərək qardaşına verdiyi pulları sələmlə götürdüyünü vurğulayıb. Qalan 45 min manatın qaytarılması üçün yardım istəyib: “Bilirəm ki, Dövlət Sərhəd Xidmətində vəzifənizə bərpa olunmusunuz. Xahiş edirəm, pulun qaytarılmasına kömək edin. Faiz, borc içində batıram…”.

Təqsirləndirilən polkovnik özünü qismən təqsirli bilib. O, müəyyən adamlardan pul aldığını təsdiqləsə də, kimsəni aldatmaq niyyəti olmadığını vurğulayıb.

Ə.Nağıyev 2020-ci ilin mayında CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələri ilə suçlanaraq həbs edilib. O, avqustda həbsdən buraxılıb.

Prokurorluq onun cinayət məsuliyyətindən azad edilmədiyini, sadəcə, barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləndiyini açıqladı. Oktyabrda AzadlıqRadiosu general Nağıyev haqqında cinayət işinə xitam verildiyi haqda məlumat əldə etsə də, Baş Prokurorluq bunu təkzib etdi. Bildirildi ki, Nağıyev haqqında cinayət işinin istintaqı davam edir. Dekabrda isə prezidentin sərəncamı ilə “Qarabağ” ordeni ilə mükafatlandırıldıqda məlum oldu ki, ev dustaqlığında olan Nağıyev müharibədə iştirak edibmiş. Daha sonra onun haqqında cinayət işinə xitam verildiyi və DSX-da işini davam etdirdiyi haqda məlumat yayıldı.

Əvvəlki yazı

YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq

Sonrakı yazı

“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.