09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

01 Mart 2021, 00:03
Seçmə
A A
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

 

“Gecəsini gündüzə, gündüzünü də gecəyə qatıb dünyanın dörd bir yanından Azərbaycana mal gətirən sahibkarların, iş adamlarının, müəssisə və təşkilatların, sadə insanların gömrükdə dərisini soyublar” .

Reportyor.info xəbər verir ki, bu barədə iqtisadçı Nemət Əliyev faktlar əsasında hazırladığı araşdırmasında açıqlayıb. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin topladığı vergilərin həcmi ilə idxal göstəriciləri arasındakı asılılığın təhlili belə nəticəyə gəlməyə əsas verir.

İqtisadçı ekspert qeyd edir ki, faktiki bazar qiymətləri ilə 2019-cu ildə 13,7 milyard, 2020-ci ildə isə 10,7 milyard dollarlıq mal gətirilib Azərbaycana (bax: mənbə-1; mənbə-2). İdxal göstəricisi 2020-ci ildə 3 milyard dollar azalıb. Gömrük Komitəsinin topladığı vergilər (gömrük rüsumu+ƏDV+aksiz+yol vergisi) isə 2020-ci il ərzində 4,4 milyarddan 3,9 milyarda düşərək 500 milyon manat məbləğində azalıb (bax: mənbə-3; mənbə-4).
N. Əliyev bildirir ki, idxaldakı nominal azalmanın yığılan vergilərin azalması ilə müşayiət olunması dərhal gözə çarpdığına görə burada sanki hər şey qaydasında görsənir:


“Lakin bu, aldadıcı təəssüratdır. Əgər hər 1000 dollar idxal malına düşən vergiləri hesablayıb müqayisəyə çəksək, məlum olar ki, bu göstərici 2019-cu ildə 321 manat olduğu halda 2020-ci ildə 365,0 manat təşkil edib (4,4/13,7∙1000≈321; 3,9/10,7∙1000≈365). Yəni hər 1000 dollar idxal malından Gömrük Komitəsinin tutduğu vergi 2020-ci ildə orta hesabla 44 manat və ya 14% artıb.

Vergilərin bu dərəcədə artması, sözün həqiqi mənasında, heyrət doğurur.

Düzün-dünyanın canı ilə əlləşdiyi bir vaxta, pandemiya-karantin səbəblərindən istehsalın və idxal-ixrac əməliyyatlarının kəskin ixtisar olunduğu bir ilə, əhali və sahibkar gəlirlərinin gözlə görüləcək dərəcədə azaldığı bir zəmanəyə təsadüf etdiyinə görə “Gömrük Komitəsinin qaz vurub, qazan doldurmaq “istedadı”, görəsən, nəyin hesabına mümkün olub?” kimi suallar əsaslı şəkildə aktuallaşır”.

Ekspert deyir ki, dünya iqtisadiyyatı üçün çox ağır il sayılan 2020-ci ildə hər şeyin tənəzzül etdiyi bir dövrdə Gömrük Komitəsinin vergi yığımlarında əks-diametral trend nümayiş etdirməsi xeyli əlavə suallar oyadır: “Lakin bu 14%-lik artım Komitənin ortaya qoyduğu nəticələrin hələ hamısı deyil. “1000 dollar idxala düşən vergi” göstəricisi müəyyən qədər aydınlıq yaratsa da, vergilərin nə dərəcədə artıb-azalması və vergi yükünün miqyası haqqında tam təəssürat yarada bilmir. Bu məsələyə əhatəli şəkildə aydınlıq gətirmək üçün idxalın fiziki həcmi ilə konkret vergi yığımları arasındakı əlaqəni nəzərdən keçirmək, analiz etmək gərəkdir.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlardan məlum olur ki, 2019-cu ilin qiymətləri ilə 2020-ci ildə 8,8 milyard dollar, 2019-cu ildə 13,7 milyard həcmində mal idxalı həyata keçirilib (bax: mənbə-5). Bu iki göstərici eyni qiymətlərlə hesablandığına görə aradakı fərq idxalın fiziki çəkisinin (kütləsi də demək olar) 2020-ci ildə necə dəyişməsini ifadə edir. Göstəricilərin müqayisəsi göstərir ki, idxal mallarının fiziki çəkisi 2020-ci ildə 36% və ya 5 milyard dollar dəyərində azalıb (8,8/13,7∙100-100≈-36%). İdxalın fiziki çəkisi bu dərəcədə azaldığına görə vergihesablama və vergitutma basası da bu dərəcədə daralmalı və Gömrük Komitəsinin 2020-ci ildə vergi yığım göstəricisi bu enmə tempinə uyğun şəkildə azalmalıydı ki, vergi ödəyicilərinin vergi yükü artmasın. Başqa sözlə desək, 2019-cu ildə 13,7 milyard dollarlıq idxal malından 4,4 milyard manat vergi yığan Gömrük Komitəsi 2020-ci ildə 8,8 milyard dollar ekvivalentində, yəni 2,8 milyard manat vergi toplamalı idi (4,4:13,7∙8,8 ≈2,8). Amma Komitə vergi ödəyicilərindən 2,8 milyard manat deyil, 3,9 milyard manat vergi tutub. Aradakı fərq 1,1 milyard manat və ya 39%-dir (3,9-2,8=1,1; 3,9/2,8∙100 ≈39%). Təsəvvür edirsinizmi, eyni həcmdə idxal malından Gömrük Komitəsi 2019-cu ildə 2,8 milyard manat, 2020-ci ildə isə 3,9 milyard manat vergi tutub. Oxuculara aydın olsun deyə, sadə nümunə çəkirəm: “1 ədəd maldan 2019-cu ildə 100 manat vergi alan Gömrük Komitəsi 1 ədəd maldan 2020-ci ildə 139 manat vergi alıb”. Gömrükdə bu şərtlərlə tutulan vergilər ümumi vergi yükünü 2020-ci ildə 39% və ya 1,1 milyard manat artırıb. Yüklü fərqdir! Var-yoxdan çıxaran artımdır! Öz təbii axarı ilə idxal mallarının 2-3% bahalaşa biləcəyini ehtimal etsək, bu, vergi yığımı nəticələrində ən yaxşı halda 100-120 milyon manat səviyyəsində artırıcı təsir yarada bilərdi. Gömrük Komitəsi isə 1,1 milyard manat və ya 39% yükartırıcı təsir yaradıb.

Bəs Gömrük Komitəsi bunu necə və nəyin hesabına edib? Bu sualların cavabı faktiki bazar qiymətləri ilə hesablanmış idxal göstəricisinin mahiyyətində gizlənib. 2020-ci ilin idxal göstəricisi faktiki bazar qiymətləri ilə 10,7 milyard dollar, müqayisəli qiymətlərlə 8,8 milyard dollardır. Aradakı 2 milyarda yaxın fərq 2020-ci ildə idxal mallarının ümumi bahalaşma səviyyəsini göstərir”.

Əvvəlki yazı

Şuşanın azad edildiyi gün çəkilən (FOTO)

Sonrakı yazı

İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.