21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İTV polisi sifarişlə tənqid edib?

25 Fevral 2021, 10:45
Cəmiyyət
A A
İTV polisi sifarişlə tənqid edib?

Bir süjetin qurumlar arasında narazılıq yaratdığı deyilir
İctimai Televiziyada polisin fəaliyyəti ilə bağlı gedən tənqidi materialın dövlət qurumları arasında narazılıq yaratdığı bildirilir. Adının açıqlanmasından çəkinən mənbənin Meydan TV-yə verdiyi məlumata görə, İTV xəbər yekunu proqramında maskalarla bağlı cərimələri tənqid edən videomaterial yayımlanıb. Material İctimai-siyasi Proqramlar Departamentinin direktor müavini Nigar Sabir qızı Quliyevanın sifarişi ilə hazırlanıb. Veriliş İTV-nin sosial şəbəkə hesabından da yayımlanıb. Mənbə deyir ki, bundan sonra Daxili İşlər Nazirliyi İTV rəhbərliyinə müraciət edib və materialın silinməsinə nail olub. Lakin sonradan material yenidən işıq üzü görüb:
“Nigar Sabirqızı İTV-nin Baş direktor müavini Murad Hüseynova yaxınlığı ilə tanınır. Buna görə də telekanalda at oynadır. “Diqqət mərkəzi”, İTV xəbər yekunu və s. verilişin aparıcısıdır. Nigarın tələbi ilə veriliş yenidən yayımlandı və bundan sonra məlumat gəldi ki, məsələyə daxili işlər naziri Vilayət Eyvazov qarışıb”.
Yaranmış problemin ölkə rəhbərliyinə qədər gedib çıxdığını deyən başqa bir İTV yetkilisinin sözlərinə görəsə, polisi “vurmaq” üçün sifarişin iqtisadiyyat naziri Mikayıl Cabbarovdan gəldiyi ehtimalı ortaya atılıb. Səbəbsə nazirin İTV-nin Baş direktoru Balaş Qasımovun bibisi oğlu olmasıdır. Mənbə deyir ki, məhz bu qohumluq səbəbindən İTV-də nazirin “kurasiyası”nda olan sahələrdən – iqtisadiyyat və təhsildən tənqidi material hazırlamaq qadağandır.
“Murad Hüseynov isə gömrükdən tənqidi material hazırlamağı qadağan edib. Təhsildə, gömrükdə problemlər olduğu halda heç nə verilmir, amma polis “vurulur”. Bu da istər-istəməz materialın sifarişli olduğu görüntüsünü yaradır. Videomaterialda vəzifəsindən azad edilmiş sahə müvəkkili Camal Qubadovdan söz açılır və deyilir: “Atalar demiş, camal gedər, kamal qalar”. Bu sözlərlə Vilayət Eyvazova söz atıldığı güman edilir. Bundan başqa, Nigar Sabirqızı materialı ironiya ilə səsləndirib. Bu da sifarişli olduğu təəssüratını yaradır”, – deyə mənbə bildirib.
İşini itirmək qorxusu ilə adının açıqlanmasını istəməyən İctimai-siyasi Proqramlar Departamentinin əməkdaşı deyib ki, hadisəni ört-basdır etmək üçün müxbir Leyla Behbudu zərbə altına qoymaq istəyirlər:
“Mətbuata az-çox bələd olan hər kəs bilir ki, müxbir özbaşına material yayımlaya bilməz. Ümumiyyətlə, İTV-də yayımlanan hər bir material üçün öncə redaktor, sonra departament rəhbərinin müavini, sonra rəhbəri, ən sonda da Baş direktorun müavini icazə verməlidir. Onların hamısı da bu materialın yayımlanmasına razılıq verib. Hazırlanan bütün materiallar da yuxarıdan sifariş edilir, müxbir özbaşına material hazırlamır, o, yalnız icraçıdır”.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidməti məsələ ilə bağlı suallarımızı cavablandırıb. Mətbuat xidmətindən bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları sifarişlə hər hansı süjet, reportaj, xəbər hazırlamır və yaymır:
“Gündəmdə olan məsələlərdən asılı olaraq dövlət qurumlarının, o cümlədən sualınızda qeyd etdiyiniz Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Təhsil nazirliklərinin fəaliyyəti, mövcud problemlər və onların həlli yolları ilə bağlı dəfələrlə İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq”, “Diqqət Mərkəzi”, “3D”, “İTV Xəbər” proqramlarında süjetlər, müzakirələr verilib. Həmin müzakirələrdə vətəndaşlara, ekspertlərə və müvafiq dövlət qurumlarının nümayəndələrinə öz fikirlərini bildirmələri üçün bərabər imkanlar yaradılıb. Dövlət orqanlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi təmin edilib. Məsələn, bu yaxınlarda gündəmdə olan və ictimaiyyəti maraqlandıran Tarif Şurası tərəfindən yanacağın və suyun qiymətlərinin qaldırılması, ölkəyə onlayn qaydada sifarişlə idxal olunan mallara görə rüsumların tətbiqi, təhsil sahəsində mövcud problemlər və onların həlli yolları barədə dəfələrlə qeyd etdiyimiz verilişlərdə canlı müzakirələr aparılıb və bütün tərəflərin mövqeləri heç bir dəyişiklik edilmədən efirə verilib”.
Balaş Qasımovla Mikayıl Cabbarovun qohumluq əlaqələrinə gəlincə, Mətbuat xidmətindən bildirilib ki, İctimai Televiziya öz fəaliyyətində hər hansı qohumluq, dostluq əlaqələrini deyil, İctimai yayım xidmətinin müstəqillik, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü prinsiplərini əsas tutur:
“Bizim üçün əsas məsələ ictimai maraq kəsb edən, geniş ictimaiyyəti maraqlandıran problemlərin müzakirəsi, İctimai Teleradio haqqında qanunda əksini tapan normalar və prinsiplərdir. Sonda bir daha diqqətinizə çatdırırıq ki, İctimai Televiziya şəffaflıq prinsiplərinə üstünlük verir və fəaliyyətilə bağlı cəmiyyəti maraqlandıran sualları cavablandırmağa daim hazırdır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bizə məsələdən xəbərsiz olduqlarını bildirib.
Meydan TV

Əvvəlki yazı

Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok – Faktlar

Sonrakı yazı

Bayden Trampın fərmanını ləğv etdi

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.