10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dövlət kəndliyə inanmır? – “Subsidiyalar məmurlar üçün yeyinti mənbəyidir“

20 Fevral 2021, 13:49
Cəmiyyət
A A
Dövlət kəndliyə inanmır? – “Subsidiyalar məmurlar üçün yeyinti mənbəyidir“

Son illər ölkədə kənd təsərrüfatı sahəsində yenidən canlanma müşahidə olunmağa başlayıb. Dövlət bir sıra müxanizmlər vasitəsi ilə fermerə dəstək olmaq istəyir. Bu məqsədlə fermerlərə subsidiyalar ayrılır. Əvvəllər bu mexanizm kortəbii aparılsa da, artıq 2020-ci ilin yanvarın 1-dən etibarən subsidiyalar fermerlərə vahid mexanizm vasitəsilə çatdırılır. Prezidenti İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Bu Fərmandan irəli gələn bir sıra məsələlər üzərində işlənilib. Lakin problem hələ də qalmaqdadır. Fermer, kəndli alacağı subsidiyanın bir hissəsini nəğdləşdirə bildiyi halda, digər hissəsini isə bu formada ala bilmir. Yəni dövlət qalmış pulun ödənilməsi yerinə ona gübrə, pestisid və digər məhsullarını satır. Hətta pərakəndə satışdan daha baha qiymətə kəndliyə satır.

Reportyor.info xəbər verir ki, məsələ ilə bağlı “regionnews.az”a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, 2007-ci ildən subsidiyaların verilməyə başladığı vaxtan həmin məbləğin bir hissəsinin yanacağa nəzərdə tutulduğu zaman təklif verirdim ki, hökumət sahibkarın işinə qarışmamalıdır:

“Əgər hökumət hansısa subsidiya ayırırsa hansısa məmura aid deyil. Bu dövlət vəsaitidir. Dövlət vəsaiti sahibkara birbaşa ödənilmədir. Verilən subsidiyanın bir hissəsinin manipulyasiya yolu ilə məmurların mənimsəməsinə şərait yaradılmamalıdır. Bütün bu vasitələr kimlərinsə bəhrələnməsi istiqamətinə yönəlib. Məmurlar və məmurlara yaxın olan adamlar üçün yeyinti mənbəyidir. Bu yolverilməzdir. Yəni idxal sahəsində monopoliya var. Bu da oliqarx məmurların əlindədir. Çalışırlar ki, bu yolla ölkəyə gətirilən gübrəni, pestisidi fermərlərə sırımaqla dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsini mənimsəsinlər. Bu da ona gətirib çıxarır ki, fermerlər əldə etdikləri gübrəni baha qiymətə alır”.

Məhərrəmov hesab edir ki, hətta dövlətin fermerə od qiymətinə satdığı gübrə, pestisid belə keyfiyyətsizdir: “Biz on il qabaq o gübrələri İrana göndərdik. Bizə cavab gəldi ki, o gübrələrin təsiredici qüvvəsi iki dəfə aşağıdır. İki dəfə keyfiyyəti aşağı olan gübrəni fermerlər dəyərindən bir neçə dəfə baha alırlar. Kəndlinin təkcə bu problemi yoxdur, o qədər problemi var ki… Dövlət bəyəm kəndliyə inanmır? Bu da ondan irəli gəlir ki, bu sahəyə məhsul olanlar da qeyri-peşəkarlardır. Ölkədə bir nəfər də olsun ki, peşəkar kadr tanımıram ki, Kənd Təsərrüfatı nazirliyində olsun. Normal aqronom yoxdur. Biz özümüzü çörəklə, yumurta ilə, quş, mal, qoyun əti ilə, südlə təmin edə bilmirik”.

Ekspert xarici ölkələrin praktikasına dair fikirlər də bildirib:

“Əksər ölkələrdə subsidiyalar fermerlərin birbaşa hesabına köçürülür. Və fermerlər əldə etdikləri maliyyə hesabına keyfiyyətli mal istehsal edə bilir. Bunun üçün də seçim imkanı olur. Azərbaycanda isə bu seçim imkanı yoxdur”.

Əvvəlki yazı

Azərbaycan vətəndaşları bu şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gedə bilməyəcək

Sonrakı yazı

Azərbaycanda 20 min iş yeri bağlanıb (RƏSMİ)

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.