18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Xocalı, Xocavənd, digər ərazilər də Azərbaycanın tam nəzarəti altına keçəcək”

20 Fevral 2021, 10:29
Siyasət
A A
“Xocalı, Xocavənd, digər ərazilər də Azərbaycanın tam nəzarəti altına keçəcək”

Ermənistanın Sünik bölgəsindən keçən Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq. Bu xəbəri Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumatda bildirilib ki, 2 tərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən 3 il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. 3 ildən sonra isə yolun həmin hissəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Azərbaycanın nəzarətinə başqa bölgələrin – Xankəndi, Xocalı və digər ərazilərimizin də keçəcəyi haqda da vaxtaşırı bilgilər dolaşır. Bu, həmin prosesin başlanğıcı sayıla bilərmi?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, hazırda sərhədlərin demarkasiyası prosesi gedir: “Ermənilər Azərbaycan torpaqlarını işğalda saxladıqları dövrdə mövcud olan sərhədləri bəzi yerlərdə 10 kilometrlərlə Azərbaycanın içinə doğru çəkmişdilər. Bu gün sovet dönəmindən qalma xəritələr əsasında, digər vasitələrlə sərhədlərin işğala qədərki nöqtələrə qaytarılması və dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Bu proses başlayandan təsdiq olunur ki, ermənilər bizim ərazilərimizdə evlər tikib, yolları bizim ərazidən salıblar. İndiki Gorus-David Bek yolunun 21 kilometri də tam Azərbaycan ərazisindən keçir. Artıq bu məsələdə tam olaraq kompromis əldə edilib. Yol Azərbaycan ordusunun nəzarətinə keçir. Ermənilərə də yoldan istifadə etmək hüququ verilir.

Hətta Azərbaycan təklif etmişdi ki, Dağlıq Qarabağa gedən ermənilər Gorus yolu vasitəsi ilə Laçına getsinlər. Yolda yoxlama prosesini Azərbaycan ordusu həyata keçirsin. Hələ ki, bu prosesi tam olaraq həyata keçirmək mümkün olmayıb. Rusiya ilə Laçında Azərbaycanın sərhəd və gömrük buraxılış məntəqələrinin yaradılması haqda danışıqlar gedir. Rusiyanın tələbi odur ki, buraxılış məntəqəsində rus sülhməramlılarının nümayəndəsi olsun. Bu məsələdə də konsensus əldə ediləcək. Tezliklə Laçında da gömrük buraxılış məntəqələri nəzarətimiz altına keçəcək”.

Politoloq deyir ki, elə ərazilər var ki, Azərbaycan üçün müqəddəs anım yeridir: “Həmin yerlər Azərbaycan xalqının Kəbəsidir. Belə yerlərdən başda gələni Şuşa idisə, sonra Xocalıdır. Xocavənd rayonun bir sıra kəndləridir ki, orada ancaq azərbaycanlılar yaşayıb. Hələ ki, ermənilərlə bu məsələləri razılaşdırmağa hacət yoxdur, çünki bu gün onların adından ruslar çıxış edir. Xocalı və ətraf kəndlərdə rus sülhməramlıları nəzarət postları qurublar. Hələlik Azərbaycan ordusu hucum edərək həmin ərazilərə tutmaq planını gerçəkləşdirmir. Danışıqlar yolu ilə bu planı həyata keçirməyə çalışır.

Onu da deyim ki, Azərbaycan antiterror əməliyyatı adı altında Xocalını, Xocəvənd rayonunu, həmçinin bir sıra bölgələrdə desant şəkilində atılmış, erməni başıpozuq dəstələrini sıradan çıxarmaq üçün müəyyən əməliyyatları həyata keçirir. Eyni zamanda, bu əməliyyatların miqyasını genişləndirmək fikrindəyik. Belə olacağı təqdirdə ən mühüm məsələ Laçında sərhəd, gömrük-buraxılış məntəqəsini bərqərar edib Azərbaycan tərəfindən nəzarətin həyata keçirilməsidir. Sonrakı dönəmdə Xocalı da, Xocavənddə və digər ərazilər də Azərbaycanın tam olaraq nəzarəti altına keçəcək. Eyni zamanda, Xankəndinə azərbaycanlıların qayıdışı başlamalıdır. Müharibəyə qədər orada yaşayan azərbaycanlılar öz evlərinə qayıtmağa hazırlaşır.

Xankəndində azərbaycanlıların evləri var və o, evlər bu gün boşdur və ya ermənilər tərəfindən tutularaq istifadə olunur. Xankəndinə azərbaycanlıların qayıdışı təmin olunacaq, ora da digər ərazilərimizdə olduğu kimi Azərbaycan bayrağı dalğalanacaq. Prosesin gedişi belə nikbin danışmağa imkan verir. Ən mühüm cəhət odur ki, bu məsələdə Türkiyə Azərbaycanı dəstəkləyir və bu prosesin tezliklə baş tutması üçün əlindən gələni edir. Eyni zamanda Türkiyə Rusiyadan da bunu tələb edir”.

Politoloq deyir ki, Azərbaycan tolerant dövlətdir, ən müxtəlif millətlər ölkəmizdə mehriban qonşuluq şəraitində yaşayırlar: “Ermənilər müharibəyə qədər Azərbaycanda çox rahat həyat sürüblər. Digər millətlərin nümayəndələri kimi dinc şəkildə yaşayıblar. Azərbaycan torpaqlarının işğalından sonra da ölkə ərazisində 30 min nəfər erməni qalıb yaşayırdı. Halbuki həmin dövrdə Ermənistanda 1 nəfər də olsun belə azərbaycanlı qalmamışdı. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını bütün dünya qəbul edir. BMT-nin qətnamələrində də bu məsələ öz əksini tapıb. Yəni bu məsələ ilə bağlı hər hansı mübahisə yoxdur. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunacaq və bölgəyə azərbaycanlıların qayıdışı gerçəkləşəcək. Bu gün həmin torpaqlarda yaşayan ermənilər üçün yeganə şərt budur ki, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan torpaqlarında dinc yaşasınlar. Bu şərti qəbul etməyənlər Azərbaycan torpaqlarında qala bilməz. Bütün dünya Azərbaycanın ədalətli mövqeyini dəstəkliyir”.

Əvvəlki yazı

Ərdoğan Azərbaycanla sazişi imzaladı

Sonrakı yazı

Üzeyir Hacıbəyli “Arşın mal alan”ı niyə qadağan etmişdi? – Gizlinlər

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.