17-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vətən Müharibəsində döyüşmüş mayorun ailəsi Mehriban Əliyevaya üz tutdu – Foto

12 Fevral 2021, 12:55
Seçmə, Banner
A A
Vətən Müharibəsində döyüşmüş mayorun ailəsi Mehriban Əliyevaya üz tutdu – Foto

Hazırda günahsız saxlanılan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Unikal.org xəbər verir ki, hərbçinin həyat yoldaşı müraciətində Ziya Kazımovun 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsursuz xidmət ediyini və Ali Baş Komandan və Müdafiə Nazirliyinin yüksək zabit heyətinin əmrlərini layiqincə yerinə yetirdiyini və bu xidmətinə görə təltif olunduğunu bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan hərbçi xanımı Hərbi Prokurorluqda həyat yoldaşının işi ilə bağlı təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib. O, Prezidentə müraciətində Ziya Kazımovun böhtan atılaraq günahsız saxlanıldığını bildirib və bu işi şəxsi nəzarətinə götürməyini rica edib.
Müraciətdə qeyd edilib ki, Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilən mayor  09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün travmalı döyüşçünüz Bakı şəhər Prokurorluğunun əməkdaşı tərəfindən aldadılaraq hospitaldan Hərbi Prokurorluğa aparılıb:
“Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları həyat yoldaşımın xəstəliyindən istifadə edərək, 2017-ci ildə baş verən hansısa cinayət işini onun qarşısına qoyaraq imzalatmaq istəyiblər. Polkovnik-leytenant Ağakişi Acalov onun qol çəkmədiyini gördükdə, ona “Sən yaralısan və müalicəyə ehtiyacın var”, – deyib. Lakin sonra “Amma psixoloji vəziyyətin hospitalda səni saxlamağımıza imkan vermir. Kiməsə ziyan verə bilərsən. Gəl, sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik”, – deyə aldatmağa çalışıb.
Həyat yoldaşımın qol çəkmədiyini gördükdə, onu general-mayor Şəfahət İmanovun yanına aparıblar. Onların nə istədiyini anlamayan həyat yoldaşım heç nəyə qol çəkməyəcəyini deyərək, hospitala göndərilməsini istəyib. Edilən təzyiqlərə baxmayaraq, həyat yoldaşımın imza atmadığını görən adıçəkilən şəxslər ona döyüşdən yayındığını deyiblər. Onun qarşısına “Biz sənə yaxşılıq edirik. Gəl ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at” şərti qoyulub.
Yoldaşım elə həmin gün, yəni 09 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmanovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparılıb. Bakı hərbi Məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə məhkəmə keçirilib. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev həyat yoldaşıma guya dövlət tərəfindən təyin olunmuş vəkil kimi çıxış edib.
Belə ki, Hərbi Prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən Şuşada döyüşlərin getdiyi gün – 09 noyabr 2020-ci il tarixində 2017-ci ilin cinayət işinə görə 3 (üç) il, bundan öncəki işə görə isə hospitala yenicə qəbul edilmiş döyüşçü barəsində ağır və xüsusilə ağır cinayət törədənlərə münasibətdə olduğu kimi 4 (dörd) aylıq həbs qətimkan tədbiri seçilib. Həyat yoldaşım həbsetmənin müddəti 09 noyabr 2020-ci il tarixindən hesablanmaqla, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirilib. Hərbi Prokurorluq tərəfindən xüsusi nəzarətə alınması istənilib, ailəsi ilə görüş və telefon danışıq hüququndan məhrum edilib. Həyat yoldaşımın barəsində həbs qətimkan tədbiri haqqında qərara baxdıqda, hakim Rafiq Abbasovun məhkəmə protokollarında saxtalaşdırma edərək həyat yoldaşımın özünü təqsirkar bildiyini yazdırdığı üzə çıxır”.
Müraciətdə həyat yoldaşının günahsız olduğunu vurğulayan hərbçi xanımı buna əmin olduğunu, iki övladı ilə həyat yoldaşının yolunu gözlədiyini bildirərək, Prezidentdən zabitin azad olunması üçün işin nəzarətə götürülməsini xahiş edib.
Qeyd edək ki, mayor Kazımov Ziya Məhəddin oğlunun hərbi hissəsinin “Lələ-illah” dağının qarşısındakı düşmən qüvvələrini məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolu Cəbrayıl, Hadrut, Fizuli və Şuşayadək uzanıb. Xanımı həyat yoldaşının döyüş yolunu belə təsvir edib:
“60-a yaxın şəhid və 120-dən çox qazisi olan hərbi hissəsi ilə birlikdə “lələ-illah” dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərində yerləşən və ermənilər üçün  xüsusi əhəmiyyətə malik “qırmızı manqa”  adlandırılan  düşmən mövqeyini, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi mövqelərini, həmçinin 2-ci Ordu Korpusu komandirinin əmri ilə Milli qəhrəman, polkovnik Şükür Həmidovun sərəncamı altında digər hərbi hissələrimizin köməyinə gedərək, kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin iki mövqeyini bir günə darmadağın edərək hücumun davam etdirilməsinə şərait yaradıb.
Daha sonra 2-ci Ordu Korpusu komandirinin sərəncamında düşmənin arxasına keçərək Qarakollu, Qarazıllı,Yuxarı Rafadanlı, Aşağı Rafadanlı, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar və digər kəndləri, Şabandağ və başqa yüksəklikləri şəxsən öz hərbi hissəsi ilə birgə düşməndən azad edib. Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.
10-dan çox özüyeriyən top, 10-dan çox zirehli texnika, 20-dən çox avtomobil texnikası, çoxlu silah-sursat, əşya və əmlak, sənəd və sübut, xəritə və 2 erməni əsgəri komandirlik etdiyi hərbi hissə tərəfindən Azərbaycan ordusuna təhvil verilib.
Əgər mənim həyat yoldaşım 2017-ci ildə baş vermiş cinayət işində (4 il bundan öncəki) təqsirli bilinirsə, nə üçün bu müddət ərzində rütbə və vəzifələri artırılıb? Nə üçün hərbi hissə komandiri kimi müqəddəs döyüş tapşırığını yerinə yetirib?”
Zabitin xanımı müraciətinin sonunda prezident İlham Əliyevdən həyat yoldaşının işini şəxsi nəzarətə götürməyini xahiş edir.
Əvvəlki yazı

Şimal-qərb istiqamətində yeni yolun və körpülərin inşasına başlanılıb-Foto

Sonrakı yazı

Prezident iki səfiri geri çağırdı – Sərəncam

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.