Azərbaycan və Türkiyə ordusu hər növ tapşırığı yerinə yetirəc
Türkiyənin müdafiə naziri bu gün “Qış-2021” Türkiyə-Azərbaycan Birgə Müştərək Tabor Xidmət Gücü Təlimlərini izləyib.
“Reportyor.info” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təlimlərdən sonra Akar bir sıra açıqlamalar verib. O, Azərbaycan və Türk ordularının yüksək döyüş hazırlığı səviyyəsinə sahib olduqlarını vurğulayıb.
“Türkiyə ve Azərbaycan Silahlı Qüvvələri təchizatı, yüksək təcrübəli heyəti ilə onlara veriləcək hər növ tapşırığı quruda, dənizdə, havada yerinə yetirə biləcək gücdə olduğunu göstəriblər”,- deyə nazir qeyd edib.