23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş redaktor icra başçısından Prezidentə yazdı – Skandal

11 Fevral 2021, 14:32
Uncategorized
A A
Baş redaktor icra başçısından Prezidentə yazdı – Skandal

“Goranboyun icra başçısı Məhərrəm Quliyev rayonda vəziyyəti “kritik hədd”ə çatdırdı və bu gün həm icra başçısının, həm də onun tabeçiliyində çalışan bir-neçə “troll dəstəsi”nin söyüş hücumlarına məruz qalmışıq. Təsəvvür edin ki, rayonda yaşayan yaxın qohumlarıma “Sizi işdən çıxardacam” deyib, açıq-aşkar şəkildə hədə-qorxu​ gəlirlər. Yaxınlarıma qarşı “troll dəstəsi”nə aid olan şəxslərin qərəzli yanaşmaları bir daha onu söyləməyə əsas verir ki, “hücuma keçənlər”in əksəriyyəti, məhz Məhərrəm Quliyev tərəfindən “idarə olunan ünsürlərdirlər””.

Reportyor.info bildirir ki, bu sözlər “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfərinin ölkə rəhbərliyinə müraciətində yer alıb.

Daha sonra narazı baş redaktor fikirlərini belə davam edir: “Heç cür inana blmərik ki, bu cür biabırçılığa ölkənin siyasi rəhbərliyi göz yumsun.

Çünki, icra başçısı Məhərrəm Quliyevin və onun “troll dəstəsi”nin atdığı addımlar olduqca utanc hissi gətirən addımlardır. Hazırda rayonda görüləsi işlər çox olsa da, bu şəxslərin gündəlik işi-gücü sosial şəbəkələrdə mətbuata qarşı söyüş kompaniyası aparmaqdan ibarətdir.

Medianın tənqidi açıqlamalarına rəsmi münasibət bildirmək əvəzinə, görəsən söyüş sözləri söydürməyə adət etmiş bir şəxsin Goranboya rəhbərlik etməsinin nə qədər mənəvi, nə qədər hüquqi ixtiyarı var? Bildirirəm ki, hazırda idarə, müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan yaxın qohumlarıma ciddi təzyiqlər göstərilir və “yoxlamalar” göndəriləcəyi ilə bağlı hədədolu mesajlar da çatdırılır.

Fakt ondan ibarətdir ki, sanki Goranboyda bir “gestaporejim” hökm sürür. Hətta, mənə qarşı söyüş sözləri söyən məmurlardan birini boya-başa çatdığım Qazanbulaq qəsəbəsinə göndərirlər və “Gedin Şirin Cəfərinin təhsil sahəsində və digər sahələrdə çalışan qohumlarının işdən azad olunmaları haqda ərizələrini alın” deyə tapşırıq da verirlər.

Qohumlarım işdən çıxmaları haqda könüllü ərizə yazmaqdan imtina etdikləri üçün, onların təftiş və təqib olunacaqları bildirilir. Heç bir nöqsan tapa bilmədikdə isə, sanki tülkü kimi məktəbin və digər idarə, müəssisə və tşkilatların divarlarının dibində gizlənərək, bir növ “güdükçü” funksiyasını yerinə yetirirlər.

Məqsədləri odur ki, maskasız olsalar şəkillərini çəkib nöqsan tutsunlar və işdən azad etsinlər. Hələ ki, bu gün onlar istədiklərinə nail ola bilmirlər və hər cür cılız hərəkətlərə də qol qoyurlar. Rəhbərlik etdiyim mətbu qurumda dərc olunan faktların qarşısında aciz qalan icra başçısı, məhz “troll dəstəsi”nə tapşırıq verdi ki, təhqirə, şantaja üstünlük verib hücuma başlasınlar.

Səsləndirdikləri şər-böhtanlar əks-səda yaratdı, özlərinə “başağrısı” əmələ gətirdi, ona görə də onlar bu gün hücum taktikasını dəyişdiriblər. Hazırda icra başçısı tabeçiliyində çalışan şöbə müdirinin müavini olan bir “gədəçə”ni göndərir və “Get jurnalistin dövlət müəssisələrində işləyən qohumlarını izlə və onlardan nöqsan tap” deyə tapşırığını verir.

Həmin “gədəçə” də özünə aid olan işləri buraxır və qeyri-qanuni işlərlə məşğul olmağa başlayır. Vallah ayıbdır! Əslində icra başçısı Məhərrəm Quliyev və onun tabeçiliyində çalışıb söyüş sözləri söyən məmur işindən alınmalı və hər iki şəxs məsuliyyətə də cəlb olunmalıdırlar.

Mən “Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri olaraq ölkə başçısı cənab İlham Əliyevə səslənirəm ki, Goranboyun icra başçısının özbaşına hərəkətlərini durdursun! Əks halda Azərbaycan vətəndaşlığından imtina edib, xarici ölkələrdən sığınacaq almaq üçün müraciətlər etmək məcburiyyətində qalacağam”.

Əvvəlki yazı

Mehriban Əliyeva: “Bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”

Sonrakı yazı

Ata qızının boğazını kəsdi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.