Son günlər qalmaqallarda adı hallanan aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə onu qınayanlara sərt cavab verib.
Reportyor.info xəbər verir ki, “İnstagram” hesabında canlı yayıma çıxan sənətçi izləyicilərindən birinin yazdığı şərhə qəzəblənib:
“Beyniniz elə iyrənc şeylərə işləyir ki… Burda elə söhbət yoxdur ki, kiminsə puluna görə görüşək, tanış olaq. Burada hər şey təmiz dostluqlar üzərində qurulur. Azərbaycanda sizin kimi psixologiyası olan adamlardan iyrənirəm! Yəni bir adamın kiminləsə təmiz dostluq edəcəyinə, oturub yemək yeməyinə belə inanmırsınız? O qədər iyrəncsiniz ki, özünüzə görə düşünürsünüz. Allah sizin kimi insanların ürəyinə şəffaflıq, saflıq versin. Mən nə qədər məşhur olsam, üstümə o qədər damğa yapışdırmısınız. Amma mənim ürəyim safdır”.