“İnstagram” fenomeni, ekstrassens Bayram Nurlu bu dəfə Almaniyada yaşayan və “YouTube”dakı videoları ilə gündəmə gələn Qabil Məmmədovu hədəfə alıb.
Reportyor.info xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan B.Nurlu Qabilin söyüş dolu videolar çəkməsinə sərt reaksiya verib:
“Bir müxalifətçi var, Qabildir kimdir, tanımıram. Ay utanmaz, ay qeyrətsiz, sən belə xalqını istəyən adam idinsə, burada qalardın. Ailə qeyrət verib, amma özü götürməyib. Sən xalqı düşünürsən guya?! Çıxıb söyüş söyürsən. O videolara uşaqlar baxır. Sənin tərbiyəni, mədəniyyətini heç kim qəbul etmir. Dünyanın hər yerində müxalifət var. Müxalifət şou-biznes nümayəndələrinə şər atmır. Çıxıb siyasətdən danışır. Amma bunlar çıxıb müğənniləri, şou nümayəndələrini, dövlət adamlarını təhqir edirlər, böhtan atırlar. Mənim obrazlarım olsa da çıxıb söyüş söymürəm, kimisə şərləmirəm. Allah insanın xaricinə görə yox, daxilinə baxıb o dünyada cəzasını verir. Qabil, məndən sənə məsləhət, çıxıb kiminsə anasını söymə, ana müqəddəs varlıqdır. Anasına, atasına hörmət qoymayan insan heç vaxt vətənini sevə bilməz”.
Qeyd edək ki, hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədov bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın ünvanına əxlaqsız sözlər işlədərək aktrisa olduğunu iddia edən porno video yaymışdı.