15-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: Əmək haqları artırılacaq!

09 Fevral 2021, 12:26
Sosial
A A
Deputat: Əmək haqları artırılacaq!
“Müəyyən məhsulların qiymətində artım var. Amma bu, kütləvi deyil. Hətta kommunal xidmətlər artmasa belə, müxtəlif malların qiyməti həmişə artır”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
O əlavə edib ki, satışda olan malların böyük əksəriyyəti xaricdən gətirilmədir:
“Xarici ölkədə malın maya dəyərinin artması və ya hansısa məhsulun qıtlığı onun qiymətinin dünya bazarında artmasına səbəb olur. Mən özüm gündəlik marketlərdən alış-veriş edirəm, müəyyən mallarda artım müşahidə edirəm. Bu mallar xarici ölkələrdən gətirilir, yerində müəyyən qədər qiyməti artmış olur.
Bu iqtisadi izahın sadə vətəndaş üçün əhəmiyyəti yoxdur. O, birbaşa istehlak səbətində bu və ya digər məhsulun qiymətinin artmasını görür.
Dövlət tərəfindən minimum əmək haqqı və pensiyaların artması üçün böyük işlər görülür. Eyni zamanda iş yerlərinin artması üçün də ciddi addımlar atılır. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan uzun müddət əsas problemi olan işğal altındakı torpaqların azad edilməsi üçün ciddi hazırlıq görüb.
Biz istəsək də, istəməsək də büdcəmizin əhəmiyyətli hissəsi hərbi sahəyə gedib. Bundan sonra qeyri-hərbi sahədə iş yerlərinin açılması və əmək haqlarının artırılmasına diqqət yetiriləcək. Uzun çəkməyən dövrdən sonra minimum əmək haqlarının artmasının xəbərini eşidəcəyik”.
Millət vəkili əlavə edib ki, koronavirus pandemiyası zamanı da insanların güzəranına ciddi olmasa da, əhəmiyyətli təsirləri olub:
“İş yerlərinin məcburi surətdə bağlanması, sərhədlərin qapadılması və bu səbəbdən xaricə mal çıxarılması və alınması da qiymətlərin artması və iş yerlərinin azalmasına səbəb olub.
Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ problemi həll olunub. Hərbi sahəyə cəlb olunan vəsait tədricən mülki sahəyə yönələcək. Koronavirusa yoluxma sayının günü-gündən azalması artıq məhdudiyyətlərin götürülməsi, işçi qüvvəsi və əmtəənin sərbəst hərəkəti ilə nəticələnəcək.
Cənab prezident də müəyyən sahə üzrə rəhbər təyin etdikdə və auditoriya qarşısında çıxış etdikdə hər zaman əməkhaqqı, iş yerlərinin artırılması, insanların sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Müəyyən problemlər var və insanların narahatlığını bölüşürük. Bununla bağlı biz parlamentdə vaxtaşırı müəyyən təkliflər irəli sürmüşük. Şəxsən özüm belə bir təklif etmişəm ki, ölkəmizdə işsizliyin səviyyəsi yüksək olan müəyyən regionlarında vergilər azaldılsın. Bununla sahibkarlar daha çox qazanmağa və iş yerləri yaratmağa maraqlı ola bilər”.
Əvvəlki yazı

General Xankəndindən Şuşaya hücumdan danışdı

Sonrakı yazı

Neftçalada bələdiyyə sədri saxlanıldı

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.