14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Yarım milyarda bina tikmə, ver aclar yesin deyənlər…” – Mirşahin

05 Fevral 2021, 14:19
Gündəm
A A
“Yarım milyarda bina tikmə, ver aclar yesin deyənlər…” – Mirşahin

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Dağlıq Qarabağ Azərbaycandır deyirdik. İndi isə Dağlıq Qarabağı Azərbaycan edirik”.

Reportyor.info məlumat verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

M.Ağayev bildirib ki, bu, çətin prosesdir, ağır işdir, amma artıq bu mürəkkəblik, 30 ilə yaxın vərdiş etdiyimiz geosiyasi şəraitin, qeyri müəyyənliyin doğurduğu çətinlik deyil: “Daha ləzzətli bir ağırlıqdır. Özümüzü özümüzə qaytarırıq. Ali Baş komandan İlham Əliyevi eyni qətiyyətlə Prezident Əliyev əvəz edir.

Hərbi üstünlüyün mülki üstünlüklə bərkidilməsi prosesini müşahidə edirik. Bu həftə Türkiyə – Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Cəmiyyətimizin çoxdan gözlədiyi bu hadisə münasibətilə Azərbaycan Prezidenti Əliyev həm Türkiyənin prezidenti Ərdoğanı, həm də Rusiya prezidenti Putini təbrik etdi. Biz də öz növbəmizdə Monitorinq mərkəzinin fəaliyyətini sabit diqqət mərkəzində saxlayacağıq.

Xüsusilə Türkiyənin Azərbaycanda bu formatda olmasının regionun arxitekturası baxımından əhəmiyyətini daha dərindən anlamağa və anlatmağa çalışacağıq. Bu monitorinq mərkəzi vasitəsilə Azərbaycanda qardaş Türkiyənin də gözü olacaq. Və bu göz həm də Rusiyanın üzərində olacaq. Cəmiyyətimiz üçün bu mühüm detalın əhəmiyyəti olduqca böyükdür.

Bir qeydim də var. Sosial şəbəkələrdə Türkiyənin proseslərdən guya kənar saxlanıldığı, hətta bəzən aldadıldığı barədə iddialara kiçik bir toxunuşum olacaq. Hadisə münasibəti ilə Rusiya da, Türkiyə də təbrik edilir, cənablar və xanımlar! Təbriki edən Azərbaycandırsa, təbriki məmnunuluqla qəbul edən həm də Türkiyədir!

Məmnun Türkiyə. Razı Türkiyə!!! Gəlin demoqoqiyanı, çənə gimnastikanı, havadan sui-istifadəni dayandıraq! Ümumiyyətlə sosial şəbəkələrlə işin yenidən təşkil edilməsi lazımdır. Daha doğrusu ümumiyyətlə təşkil edilməsi lazımdır.

Çünki hadisələr göstərir ki, biz bu platformada işləməmişik. Debatların sosial mediya müstəvisinə yeni keyfiyyətdə çıxması cəmiyyətin media fəallığı baxımından müsbət əlamətdir.

Amma bu debatlarda bir qayda olaraq qaragüruhun təklif etdiyi mövzular müzakirə edilir, 3-cü dərəcəli mövzular istehlakçının çantasına birinci dərəcəli adına soxuşdurulur. Nəticədə, məsələn COVİD-19 kimi mövzular gündəlikdən çıxarılır, əvəzində Xankəndinə niyə girmədik?

Njdenin heykəli niyə vurulmur kimi-qeyri ciddi, sırf populizmə hesablanan sualların cavab axtarışına vaxt sərf edilir. Hər bir sosial media fərdi hesab edir ki, oturduğu qısıq kabinet dövlətin bir nömrəli ideoloji kafedrasıdır. Peşəkarlıq ən ciddi səviyyədə çatışmır.

Bunu mən Azərbaycan teleməkanında ən geniş miqyaslı siyasi-tok şouların müəllifi olmuş biri kimi deyirəm. Mərkəzi Bankın tender elan etməsi, özünə bina tikməsi, bu məqsədlə yarım milyard manata yaxın vəsait xərcləməyə hazırlaşması əlbəttə maraqlı məsələdir.

Amma o pulu niyə filankəslərə vermirsən sualına görə yox. Məsələn, ciddi tamaşaçını yəqin ki, “YARIM MİLYARD MANATA BİNA TİKMƏ! VER ONU ACLAR YESİN SƏNƏ DUA ELƏSİN!” kimi sırf qaçaqnəbisevənlərə, ondan al mənə ver psixologiyasına hesablanan populist ritorika cəlb etməməlidir.

Məsələn, məndən ötrü bu barədə yəqin ki, Hesablama Palatasının mövqeyi maraqlı olmalıdır. Mərkəzi Bankın bu addımı ilə hansısa qanunun pozulması faktı baş veribmi? Mən də tənqid edə bilərəm Mərkəzi bankı.

Məsələn soruşa bilərəm ki, əziz dostlar, Davos standartlarının az qala toyuğu da rəqəmsal şəkildə yumurtlatdığı bir zamanda bizim yeni əskinaslarımızın üzərində o nə lələyidi elə və biz niyə belə quşlayırıq?

Amma bunu etmirəm, bilirsiz niyə, ona görə ki, Azərbaycanın bu gün daha ciddi problemləri var və biz Böyük Qayıdışın içindəyik. Özümüzə qayıtmasaq heç hara qayıdan deyilik.

Yoxsa, dövlət qurumlarının daxili siyasətini sosial şəbəkələr vasitəsilə şantaj etmək, təhdid etmək və sonda nail olduğu nəticəni ümumxalq zəfəri kimi qəbul etmək səhv addımdır. Bu gün üzərimizdə üç xof var. Bunlardan biri inzibati alətlərin xofu. İkincisi sosial şəbəkələrin qınaq, amma daha çox təhdid və şantaj xofu. Üçüncüsü isə getdikcə arxa plana keçən Qanun xofu.

Bu üçlü təsir altında ənənəvi televiziya kanallarının ictimai yükü azalır. İnternet azadlığının yaratdığı ağzınagələnlik, özbaşınalıq, məsuliyyətisizlik kütləvi-virtual dərəbəyliyə səbəb olur. Məsələn, biz qələbəni biz tədris edirik. Çox pis. Arzu azadlığı plan məsuliyyətini üstələyir. Gün o gün olsun ki, gün bu gün olsun ki… axarında əsas məqsəd elə günə çatmaqla bitir.

Daha bu günün içində nə etməli olduğumuz maraqlı deyil. Bu gün Ermənistan məğlubiyyətə hazır olmamasının böhranını yaşayır. Azərbaycanda da qələbəyə hazır olmamağın böhranını yaratmağa çalışanlar var. Bunu xüsusilə sosial mediada edənlər sürətlə artır.

Ona görə də Kütləvi İnformasiya haqqında Qanunun yenilənməsi lazımdır. Təkrar edirəm: Azərbaycan qalib dövlətdir! İndiyədək qəbul edilən qanunlarımız isə məğlubiyyətin şərtlərinə öyrəşərək yaşayan, inkişaf edən dövlətdə qəbul edilmişdi.

Qalib dövlət özünün lazımsa, bütün Qanunlarına yenidən baxmalıdır. Əks təqdirdə müqəddəs balamızın şəhid qəbri ətrafında hansısa məkrlini, kirlinin dövlətimizə qəbir qazmağa çalışdığını görə bilməyəcəyik. Gəlin vətən adlı anamızı unutmayaq”.

Əvvəlki yazı

Röya peyvənd olundu, nazirlik klinikanın üstünə atdı

Sonrakı yazı

İlqarə sevgilisini göstərdi – Video

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.