Masallı rayonuna yeni polis rəisi təyin edilib.
Reportyor.info xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.