12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

20 milyonluq villası olan nazir şəhidləri bataqlığa gömüb – Video

27 Yanvar 2021, 12:05
Cəmiyyət
A A
20 milyonluq villası olan nazir şəhidləri bataqlığa gömüb – Video

Həyatın dəhşətli ironiyasına bax: müdafiə naziri Zakir Həsənov Bakının Yasamal ərazisində 20 milyonluq villa tikdirib.  Amma Yasamaldan və digər yerlərdən olan şəhidlərimiz bu ərazidə yox, Qaradağın çöllüklərində, bataqlığında, urvatsız şəkildə dəfn olunub.

Anaxeber.info-nu buna yazmağa məcbur edən fakt ötən axşam Qaradağdakı bataqlıqda basdırılan Vətən müharibəsi şəhidlərinin qəbirlərini su basması, bu səbəbdən ailələrinin etiraza qalxması, gecə saatlarına qədər gərginliyin davam etməsidir.

Ağılasığmaz, hiddət doğuran mənzərəydi və bütün sosial şəbəkə bu hadisədən danışırdı, məzarlıqdan canlı yayım verilirdi.  Şəhid ailələrinin bir tələbi vardı – məzarlar bu bataqlıqdan köçürülsün, Qarabağ savaşının qəhrəmanları II Fəxri Xiyabanda adlarına layiq dəfn olunsunlar.

Z.Həsənovun özünə villa tikməyə layiq bilmədiyi həmin çöllük-biyabanlığı şəhidləri rəva görməsi qəzəb doğurmaya bilməzdi.

Ona görə də gecə saatlarına qədər vətən üçün canından keçənlərin yaxınları qəbiristanlıqdan çıxmır, üsyan edir, məmurları lənətləyir, harın və milyonçu balalarına alov püskürür, onlara öz aqibətlərini arzulayırdılar.

Bütün bu qandonduran münasibəti və reaksiyaları ifadə etmək son dərəcə ağırdır, video kadrları baxmaq kifayət edir ki, şəhid ailələrinin nə hiss etdiklərini anlayasan.

Ancaq nə məsul şəxslər, nə Müdafiə Nazirliyinin rəsmiləri özlərində bir güc tapıb bu rüsvayçılığa cavab verirlər. Hal bu ki, onlar elə gecəylə şəhidlərin uyuduğu məzarlığa gəlməli, izahat verməliydilər. Görüntülərdən aydın olur ki, qəbirləri su basıb, biabırçı vəziyyət yaranıb, qəbir daşlarını qaldıranda gölməçə ilə qarşılaşırsan.

Bu da səbəbsiz deyil, o qəhrəmanları elə bir bataqlığa, kimsəsiz yerə gömüblər, heç düşmən bəlkə belə etməz. Bununla da şəhid ailələrinin yarasının üstünə sanki duz basıblar.

Hərgah onlar dövlətdən diqqət, ehtiram gözləyir, məhz bu igidlərin sayəsində işğala son qoyulduğu üçün ölkənin ən mötəbər yerində dəfn olunmalarını istədikləri halda şəhidləri zibillikdə dəfn ediblər.  Ən utandırıcı hal odur ki, şəhid ailələri müdafiə nazirinin əraziyə gəlməyini gözlədiyi halda Zakir Həsənov isti kabinetindən çıxmadı.

Şəhid ailələrinin sözlərinə görə, onlara ayrı-ayrı elçilərin diliylə müzakirə getdiyi, müşavirə olduğu xəbər verilib. Amma hələ ki köçürülmə prosesi barədə hər hansı rəsmi qərar yoxdur.

Anaxeber.info bildirir ki, şəhid ailələrinin üsyanı Azərbaycan adına başucalığı gətirmir. Ordusu qalib ölkənin şəhid ailələrinin, qazilərin problemlərinin günbəgün artması, narazılıqların, şikayətlərin çoxalması heç də hakimiyyətə divident qazandırmır.

Əksinə, müharibədəki zəfərdən yığılan xalları xərcləməkdə olan siyasi hakimiyyət tezliklə bu boşluqları aradan qaldırmalıdır.

Gah hərbçilərin maaşları azaldılır, gah şəhid ailələri, qazilər narazı salınır, gah da şəhidlərin plakatları sökülür.
İndi də məlum olur ki, bu azmış kimi şəhidləri Qaradağın künc-bucağında, hansısa palçığın, bataqlığın içində basdırıblar. Z.Həsənov bu faktdan sonra istefa verməliydi!

Ümumiyyətlə, bu “ideya” kimin ağlının məhsuludur? Hansı məntiqlə, şüurla qərara gəlinib ki, şəhidləri belə yerdə dəfn etsinlər?!

Ən dəhşətlisi budur ki, ermənilər Xocavənddə faşist Qaregin Njdeyə abidə ucaldıblar, bizimkilər isə şəhidləri harada torpağa tapşırıblar.
Bu, biveclikdir. Bu, özbaşınalıqdır. Bu, saymazlıq, təhqir, şəhid ailələrini dövlətin və onun rəhbərliyinin üstünə qaldırmaqdır, təxribatdır.

Ölkənin müdafiə naziri Zakir Həsənov həmin ailələri qəbul etmir, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov villasında dincəlir, şəhid ataları, anaları isə gecənin soyuğunda qəbiristanlığı tərk etmirlər, balalarının məzarlarını su basmasına görə hesabat tələb edirlər.
Onlar xüsusi imtiyaz, ev və ya sərvətdən pay istəmir. Onlar övladlarının əbədi olaraq rahat uyumaları üçün normal bir məkan istəyirlər.

Bu, onların ən doğal haqqıdır. Torpaq üçün ölən oğullar bu torpaqda ən gözəl yerdə uyumalıdırlar, yad edilməlidirlər, qarşısında baş əyməliyik, gələcək nəsillərə nümunə göstərməliyik. Ancaq bataqlığa dəfn edilməklə  şəhidə indidən hörmət qoyulmursa…Söz bu yerdə susur!

 

 

Əvvəlki yazı

“Tağı Əhmədov da insandır, daş deyil” – Xanımı

Sonrakı yazı

Bankir Şərurlu İsfəndiyara 10 milyon “atıb”

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.