05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HAKİMİYYƏTDAXİLİ SAVAŞ, DALANA DİRƏNƏN SİYASƏT… – “Daha sərt şəkildə mübarizə başlayır”

15 İyun 2018, 16:46
Siyasət
A A
HAKİMİYYƏTDAXİLİ SAVAŞ, DALANA DİRƏNƏN SİYASƏT… – “Daha sərt şəkildə mübarizə başlayır”

Georgi Kvirikaşvilinin baş nazir postundan istefa verməsindən cəmi bir gün sonra Gürcüstanın hakim “Gürcü arzusu” partiyası bu posta yeni namizəd irəli sürdü. Bu, maliyyə naziri vəzifələrini icra edən Mamuka Baxtadzedir. Növbəti addım kimi, parlament onun namizədliyini dəstəkləməlidir.Ekspertlər isə bunun baş verəcəyinə şübhə ilə yanaşırlar.

Mamuka Baxtadze kimdir?

Tbilisidə anadan olan Mamuka Baxtadzenin iyunun 9-da 36 yaşı tamam oldu. Tbilisi Dövlət Universitetinin menecment və mikroiqtisadiyyat fakültəsini bitirən Baxtadze daha sonra Moskva Dövlət Universitetində magistr təhsili alıb. Bunun ardından da Fransada biznes məktəbində (INSEAD) təhsilini davam etdirib. Texnki elmlər namizədidir. Subaydır.

– 2010-cu ildən 2012-dək Gürcüstan Beynəlxalq Energetika Şirkətində çalışıb;

– 2013-cü ildən etibarən 4 il ərzində Gürcüstan Dəmir Yollarına rəhbərlik edib;

– 2017-ci ilin noyabrından maliyyə naziri postunu tutur.

Henrix Böl Fondunun Cənubi Qafqaz üzrə regional bürosunun rəhbəri Nino Lejava Baxtadzenin bir siyasətçi kimi populyar olmadığını deyir: “O, nazirlər arasında da ən az tanınanıdır. Bunu Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğu da təsdiqləyir. Baxtadzenin namizədliyinin irəli sürülməsində məqsəd o idi ki, cəmiyyətdəki gərginlik bir qədər azalsın. O çətin ki, müstəqil siyasətçi kimi fəaliyyət göstərə biləcək”.

İvanişvilinin adamı

2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrınadək Gürcüstan baş naziri postunu tutan milyarder Bidzina İvanişvili bir müddət əvvəl siyasətə qayıdıb. Bu ilin mayında onu yenidən “Gürcü arzusu” partiyasına sədr seçiblər. Baxmayaraq ki, hökumətdən gedəndən sonra hüquqi olaraq heç bir dövlət postu tutmamışdı. Çoxları düşünür ki, baş nazir postunu tərk edəndən sonra da İvanaşvilinin ölkədə əsas siyasi qərarların qəbuluna təsir imkanları olub.

Siyasi analitik Gela Vasadzenin sözlərinə görə, Baxtadze İvanişvilinin yaxın adamıdır və onun tam nəzarətindədir: “Baxtadze istefa verən keçmiş baş nazir Georgi Kvirikaşvilidən daha zəif siyasi fiqurdur. Bu o deməkdir ki, kölgədə qalan İvanaşvilinin siyasi təsir imkanları daha da artacaq”.

Əgər Gürcüstan parlamenti Baxtadzenin namizədliyi dəstəkləsə, gənc namizəd iyunun 13-də istefa verən baş nazir Kvirikaşvilini əvəzləyəcək. Bu arada, Kvirikaşvili may və iyun aylarında Tbilisidə hökumət əleyhinə keçirilən səs-küylü etirazların fonunda istefa verib. Küçə nümayişlərində insanlar hökumətin istefasını tələb edirdilər.

Lakin ekspertlər Kvirikaşvilinin gedişinin məlum etirazlarla bağlı olduğunu ehtimal etmir. Onlara görə, əsas səbəb daxili siysətdəki böhran olub. Bu böhran da hakim partiya daxilindəki mübarizədən qaynaqlanıb.

Başçı təzə, problemlər köhnə

Gela Vasadze hökumətin etirazlardan da qorxduğunu deyir. Onun fikrincə, Baxtadzenin baş nazir postuna namizəd irəli sürülməsi cəmiyyəti bir qədər sakitləşdirəcək, lakin böhranı aradan qaldırmayacaq: “Əgər opponenti görmürsənsə, o zaman cəmiyyətlə təması da itirəcəksən. Ona görə də hakimiyyətin öz daxilində qruplaşmalar yaranır və onlar öz aralarında daha sərt şəkildə mübarizə aparmağa başlayırlar”.

“Gürcüstan hökumətinin siyasəti dalana dirənib. Ölkədə ciddi sosial-iqtisadi problemlər var. Yoxsulluğun səviyyəsi artmaqda davam edir. Bu da əhalidə və müxalifətdə ciddi narazılıq yaradır. Baxtadzenin baş nazir postunu tutması sosial-iqtisadi dəyişikliklərə səbəb olmayacaq. Bunun üçün hökumətə strateji yenilənmə lazımdır. Baxtadzenin namizəd kimi irəli sürülməsi isə göstərir ki, hökumətin yeni strategiyası yoxdur. “Gürcü arzusu” həmişə bəyan edirdi ki, sosial-demokratik siyasi platformaya sadiqdir. Halbuki onun sosial-iqtisadi siyasətinin Avropadakı sosial-demokrat baxışlara az aidiyyəti var. Prinsipcə, bir çox sahələrdə onlar Saakaşvili hökumətinin neoliberal siyasətini davam etdirirlər”, – deyə Nino Lejava bildirir. (Strateq.az)

Əvvəlki yazı

YENİ NAZİR DAHA BİR GƏNC XANIMA VƏZİFƏ VERDİ – Dövlət Aqrar Ticarət Şirkəti təsis edildi

Sonrakı yazı

Xalqa şok xəbər: İşığın qiyməti qaldırılır – Tarif Şurası

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.