26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı

12 Yanvar 2021, 19:02
Seçmə
A A
Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

“Reportyor.info”nun məlumatına görə, fərmanda bildirilir ki, ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

4. Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

5. Müəyyən edilsin ki:

5.1. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

5.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

5.3. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

6. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;

6.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

6.1.5. Agentliyin işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi;

6.1.6. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

6.2. Agentliyə:

6.2.1. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi

şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

7.1. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;

8.5. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Agentlik:

9.1. Agentliyin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 4-cü hissəsində və 5.3-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Əvvəlki yazı

Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz (VİDEO)

Sonrakı yazı

Kremllə Ərdoğanın açıqlaması üst-üstə düşmədi – Ankaradan Moskvaya Qarabağ mesajı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.