08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TƏBİB-dən açıqlama: Yanvarın 18-də karantin qaydaları yumşaldılacaq?

07 Yanvar 2021, 17:44
Gündəm
A A
TƏBİB-dən açıqlama: Yanvarın 18-də karantin qaydaları yumşaldılacaq?

“Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması ilə bağlı heç bir məlumatım yoxdur. Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma statistikasına baxaraq qəbul edə bilir”.
Reportyor.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
“Ölkədə elan olunan karantin rejimi qaydalarından sonra koronavirusla bağlı nəticələr yaxşıdır. Sərtləşdirilmiş karantin rejimi barədə qərar verəndə dörd mindən çox yoluxma sayı var idi və bunun nəticəsi olaraq, xəstəxanalarda yataqların dolması, hətta intensiv terapiya və reanimasiya şöbələrinin dolması çox təhlükəli bir həddə gəlib çıxmışdı” deyə Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, sərtləşdirilmiş karantin nəticəsində yoluxma sayı 1000-dən aşağıdır:
“Yoluxma sayının sağalma sayından az olması o deməkdir ki, xəstəxanalarda yataqların sayı azalır, xəstələrin müalicəsi daha da yaxşılaşır. Yoluxma sayının rəqəmi ilə aparılan testin sayı əlaqəlidir. Biz heç vaxt situasiyanı rəqəmlə qiymətləndirmirik. Burada yoluxmanın faizinə baxmaq lazımdır ki, aparılan testlərin neçə faizində pozitiv nəticə çıxır. Faizdə ciddi enmələr var”.
TƏBİB rəsmisi bildirib ki, yayda ölkədə COVID-19-a yoluxmanın sayında artım olan zaman bu xəstəliyi keçirənlər arasında təkrar yoluxma halları müşahidə edilib:
“Bu gün koronavirusla mübarizədə bütün ümidimiz vaksinasiya ilə əlaqəlidir. Artıq bir ildir ki, bu xəstəliklə yaşayırıq. Yoluxub, heç bir immuniteti yaranmayan insanlar oldu. Buna görə koronavirusa qalib gəlmək üçün vaksin mütləqdir. Biz Türkiyəyə səfər etdikdə, peyvənd vurduran insanlarla görüşdük və ümidlərimiz artdı”.
O qeyd edib ki, vaksinin seçimində əsas xüsusiyyət onun təhlükəsizliyi və effektivliyidir:
“Hazırda hansı peyvənlərin insanlara vurulması müzakirə olunur. Yaxın vaxtlarda bu barədə açıqlama veriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Bununla da əhalimizin 10 faizinə peyvənd vurulması üçün vaksinlər gözləyirik. GAVI tərəfindən Azərbaycana hansı vaksinlərin verilməsi barədə hələlik məlumat yoxdur. Biz onlara necə peyvənd istədiyimizi bildirə bilirik. Təşkilatdan aprel ayına peyvəndi gözləyirik. Artıq qış keçmiş olacaq, bu da bizim üçün zaman itkisi ola bilər. Hazırda Avropada insanlara peyvənd vurulmasına başlanılıb. Biz də bu ölkələrin sırasında olmaq istəyirik. Vaksinlərin vurulması ilk olaraq risk qruplarına şamil olunacaq. Yaxın günlərdə əhaliyə vaksinlər barədə geniş məlumatlar veriləcək. Peyvəndin yarada biləcəyi allergik reaksiya ola bilər. Bundan heç kim sığortalanmayıb. Bu, o demək deyil ki, peyvəndlər təhlükəlidir”.
Əvvəlki yazı

Baş həkim koronavirusdan vəfat etdi (FOTO)

Sonrakı yazı

BNA sədri sahibkarlarla görüşüb: yanacaq, kart, virus müzakirəsi…

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.