06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ən çox medal alan generallar…

30 Dekabr 2020, 19:28
Araşdırma
A A
Ən çox medal alan generallar…

Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra torpaqların işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilər – əsgərdən generala kimi mükafatlandırıldı. Lakin onların arasında cəmiyyətdə nüfuzu olan və tanınmış generallar daha geniş müzakirə olundu.

Bəs müharibə zəfərindən ən çox medal alan hansı generallar olub?

“Qafqazinfo” xəbər verir ki, birlik komandiri Mayis Bərxudarov 7 medalla siyahıya liderlik edir.

General-mayor M.Bərxudarov Şuşanın, Qubadlının, Xocəvəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bərxudarov bundan başqa, “Qarabağ” ordeninə də layiq görülüb.

İkinci ən çox medal alan general isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevdir. Müharibə gedişatında, oktyabrın 17-də general-leytenant rütbəsi alan Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Onun altıncı mükafatı isə “Vətən Müharibəsi Qəhrəmanı” adı olub.

“Aprel döyüşləri”ndəki qəhrəmanlığı ilə tanınan artilleriya qoşunlarının komandanı Ağamir Sultanov Vətən Müharibəsindən sonra 5 medalla qiymətləndirilib. Dekabrın 7-də Prezidentin sərəncamı ilə general-mayor rütbəsi verilən, “Zəfər” ordenli A.Sultanov həmçinin, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasına görə təltif olunub. O, “Zəfər paradı”nda artilleriya silahları sistemlərinin kolonuna rəhbərlik edib.

Polkovnik Balağa Rzayevin oğlu, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Mübariz Rzayev Vətən Müharibəsindən sonra 5 medalla müfakatlandırılıb. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən 6 generaldan biri olub. Bundan başqa, Cəbrayıl, Zəngilan, Xocəvənd və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Müharibə başlamadan iki ay öncə də “Vətən uğrunda” medalı alıb.

1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov “Qarabağ” ordeni ilə yanaşı Suqovuşan, Xocəvənd və Füzulinin azad edilməsinə görə medalları ilə mükafatlandırılıb.

Hikmət Mirzəyevin müavini, noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov da 4 medala layiq görülüb. K.Seyidov “Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev “Zəfər” ordeni ilə mükafatlandırılıb. Bundan başqa Ağdam, Qubadlı və Cəbrayılın azad olunmasına görə təltif edilib.

Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi olan general-mayor Anar Kərimov da “Zəfər” ordeni ilə yanaşı Xocəvənd, Füzuli və Cəbrayılın azad olunmasına görə medallarına layiq görülüb.

Dövlət Sərhəd Xidmətinin qalmaqallı general-leytenantı Əfqan Nağıyev Vətən Müharibəsində iştirakına görə 3 medalla mükafatlandırılıb. O, “Qarabağ” ordeni və Zəngilanla Cəbrayılın alınmasına görə medalları ilə təltif edilib.

Şuşa şəhərinin ilk komendantı, “Zəfər paradı”nda meydanda “Zəfər bayrağı”nı daşıyan general-mayor Zaur Məmmədov da 3 medalla təltif edilib. Dekabrın 7-də general-rütbəsi verilən, Xüsusi Təyinatlı Qüvvələrin komandanlarından biri olan Z.Məmmədov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Pənahəli xanın nəslindən olan Zaur Məmmədov Şuşanın və Füzulinin azad edilməsinə görə də mükafatlandırılıb.

Murad Əhməd

Əvvəlki yazı

Bu ərazilər də Azərbaycanın nəzarətinə keçdi (İDDİA)

Sonrakı yazı

44 günlük “Vətən Müharibəsinin” qürurverici anları – Leyla Məmmədova

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.