04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni mənə zəng vurdu ki,gəl sənə ev verək- Abşeron “kraliça”sı əlili erməniyə mohtac elədi-VİDEO

05 Mart 2018, 02:59
Sosial, Manşet
A A
Erməni mənə zəng vurdu ki,gəl sənə ev verək- Abşeron “kraliça”sı əlili erməniyə mohtac elədi-VİDEO

 

Sosial şəbəkələrin gündəmində iki hadisə daha çox müzakirə olunur, şərhlər, rəylər irəli sürülür, fikirlər bildirilir, reaksiyalar verilir.
Onlardan biri apreldə keçiriləcək prezident seçkiləri və növbədənkənar olmasının səbəbləridirsə, digəri Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın müharibə əlilini döydürməsi barədə video çıxışdır.
Reportyor.info xəbər verir ki , Feysbuk istifadəçiləri seçkilərin siyasi aspektlərini və xarici təsirlərini müzakirə edərkən, müharibə qazisinin sosial həyatının ağırlığını, milyonçu məmurun onu incitməsinin dəhşətlərini də qeyd edirlər.
Ölkədə sosial bəlalar, partlayışlar həmişə siyasi kataklizmlərə gətirib çıxarır. Sosial böhranın sonu siyasi böhrana səbəb olur.

Ancaq belə görünür ki, Abşeron rayonuna rəhbərlik edən İ.Gülməmmədova siyasi fəlsəfə tarixini çox zəif mənimsəyib və onun tibbi bilikləri də o qədər güclü deyil ki, bu hesablamaları aparsın.
Yəni, məmur özbaşınalığı və laqeydliyindən bezən vətəndaş sosial partlayışa səbəb olacaq addım ata bilər, yekunda siyasi hərəkata çevrilər.
2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovun vəhşicəsinə döyülməsi isə İ.Gülməmmədova üçün adi hal idi. Ola bilsin ki, bu aktda icra başçısı başağrısı ilə qarşılaşmadı.
Lakin zəmanət verilmir ki, növbəti xoşagəlməz özbaşınalıq nəyə gətirib çıxarar. Necə ki, Quba və İsmayıllı dərsləri yaxın keçmişimizdən bizi hər zaman təqib edir.
Azərbaycanda yenə seçki ilidir və məmurlar məsuliyyətsiz davranaraq, siyasi hakimiyyətin başına oyun gətirəcəklərini fikirləşmədən laqeyd addımlar atırlar.
Onlardan birini Abşeronda “firon”luq edən icra hakimi gerçəkləşdirir və sosial gərginliyə imza atır. Odur ki, sosial şəbəkələrin müzakirəsinə çıxır.
Feysbuk isə indi ən böyük media hesab olunur və hökumət rəsmiləri də virtualdakı müzakirələrə reaksiya verirlər.
Və nəticədə Qarabağ qazisi və əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləyir.
Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.
“Bütün qabırğalarıma zərbələr vurublar. Mənə deyirdilər ki, sənə yerin altında torpaq verəcəyik, üstündə sənə yer yoxdur. Belə insanlıq olarmı?
Bunlar erməniyə yaraşan hərəkətlərdir. Ancaq Qarabağda döyüşən adama belə münasibət göstərirlər. Onıarın istəyi məni aradan götürüb öldürmək olub.
Bunu da Abşeronun icra başçısının əmri ilə ediblər. Mənim müraciətimə cavab olaraq döyülməyimə tapşırıq verib.
Mən vətən uğrunda döyüşəndə Abşeronun icra başçısının xəbəri olmayıb və bu gün bu torpağın üstündə rahat gəzə bilir. Çünki biz bu ölkəni qorumuşuq”.
Qarabağ əlili qeyd edib ki, əgər ona yaşamağa bu ölkədə yer yoxdursa, prezident vətəndaşlıqdan xaric etsin.
Reportyor.info xatırladır ki , İ.Gülməmmədova hər şeydən əvvəl bir anadır, övlad, nəvə sahibidir.
Qadınlar kişilərlə müqayisədə daha humanist, ürəyiyumşaq, xeyirxah və nəzakətli olurlar. Onlar kimsəsiz, səfalət içində, ac-susuz, yuvasız görəndə yardım edirlər. 

Üstəlik, söhbət Qarabağ qazisindən gedirsə…O bu vətən üçün canını verib, sağlamlığını itirib, İradə xanımın və bizim rahat yaşamağımız üçün əlində silah düşmənə qarşı savaşıb.
Amma fikirləşməyib ki, dövlət məmurları qarşılığında ona “mükafat” olaraq yumruq, təpik yedirəcəklər. Dövlət onu yuva, iş, rahatlıqla təmin etməliydi, əlində gəzdirməliydi.
Əfsus ki, xanım icra başçısı Qarabağ əlilinin əlindən tutmaq, ona yardım etmək, isti geyim, yemək, qışın sazağında yaşamağa sığınacaq təşkil etməkdənsə, döyülməsinə əmr verir. Qarabağ əlili video çıxışında qeyd edir ki, artıq ona düşmən ölkə olan ermənistandan təklif gəlib. Belə ki ,öz ölkəsində bir qarın çörəyə onu möhtac qalan Qarabağ əlilini ermənistan söz verib ki, qarşılayacaq üstəlik onu evlə də, təmin etməyə hazırdır.
İ.Gülməmmədova bu cür sosial gərginliyə səbəb olan, Feysbukda müzakirələrə aparan hərəkəti ilə rayonu “barıt çəlləyi”nə döndərməkdədir və heç də yaxşı perspektiv vəd etmir.
Ümumiyyətlə, böyük gözləntilər vardı: xanım icra başçısı kişi həmkarlarından fərqlənəcək, daha humanist, ana və qadın ürəyi ilə Abşerona yanaşacaq, insanların və rayonun problemlərinə isti münasibət sərgiləyəcək.
O, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, gördüyü işlərdən nümunə götürmək əvəzinə Abşeronu “cəhənnəm yuvası”na döndərir.Nəticə isə bərbad artıq məncə həyəcan siqnalı çalınmalı və İradə Gülməmmədova haqqında ciddi tədbir görülməlidir.

Reportyor.info

https://www.youtube.com/watch?v=kLe8FfPJDLE&t=37s

Əvvəlki yazı

Həddən artıq sekslə məşğul olmaq xəstəlik imiş- ARAŞDIRMA

Sonrakı yazı

Moskva nitqi: Putin son kartını açdı və… – Son savaş başladı

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.