12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmar Vəliyev ikinci paytaxtda xunta rejimi qurub – qandonduran faktlar…

06 İyun 2018, 09:43
Uncategorized
A A
Elmar Vəliyev ikinci paytaxtda xunta rejimi qurub – qandonduran faktlar…

Cavad xan sağ olsaydı, Gəncədə idarəçiliyə hansı reaksiyanı verərdi, təxmin etmək olar. Bu günün Gəncəsi nə onun, nə də indi gəncəlilərin görmək istədiyi vəziyyətdədir.
Azərbaycanın paytaxtı olmuş, ölkənin indi də ikinci şəhəri sayılan, ziyalılar, alimlər, görkəmli şəxsiyyətlər yetişdirmiş Gəncə son illərdə ən ağır dövrünü yaşamaqdadır.

Anaxeber.Az yazır ki, hərbi prokuror Xanlar Vəliyevin qardaşı, Gəncəbasar bölgəsinin qubernatoru kimi özünü aparan, xunta generalı üslubunda davranan şəhərin icra başçısı Elmar Vəliyev xof mühiti yaradıb.
Sanki ölkənin ən azad şəhərlərindən olan Gəncədə komendant saatı, xunta rejimi hökm sürür. E.Vəliyevin idarəçilik sistemi kobudluq, qabalıq, təhqir-təhdid üzərində qurulub.
Onun üçün fərqi yoxdur: məmurlar, idarə rəisləri, şikayətçilər, sadə insanlar…Kiminin sözünü kəsir, kiminin sözünü ağzında qoyur, kimini ictimaiyyətin qarşısında təhqir edir, kimini iclasda ayağa qaldırıb pərt edir, kimisini də şapalaqlayır, şil-küt edir.
Gəncənin hörmət və sevgisini qazana bilməyən, bu illər ərzində kobud və ağzısöyüşlü xarakteri ilə ad çıxaran E.Vəliyevin şəhəri abadlaşdırması arxa planda qalıb.
Gəncənin gözəlləşməsi və təmizliyi də əhalinin qəlbinə yol açmayıb. Çünki E.Vəliyevin gördüyü işlərin önündə onun təhqirlə danışması dayanır.
Yerli məmurlar da ondan cana doyublar və istefası üçün dua edirlər. Eldar Əzizova şükür edən gəncəlilərin sözlərinə görə, Elmar Vəliyev gestapo rejimi yaradıb.
Gəncəni Şimali Koreyaya döndərdiyini deyən büdcə təşkilatları boğaza yığılıblar. E.Vəliyevin qeyri-rəsmi tələbləri tükənmək bilmir.
Məktəblərdən flarmoniyaya bilet pulu yığdırmaqdan tutmuş Daşkəsəndə filiz kombinatından dəmirləri mənimsəyib, Gəncədəki oğluna məxsus təzə bazarına dam tikdirməsinə qədər əməllərin sahibidir.
Gəncəlilər arzu edirlər ki, onun Bakı icra hakimiyyəti başçısı postuna gedəcəyi haqda dezinformasiyalar həqiqətə çevrilsin.
Amma Gəncədəki fəaliyyəti mərkəzi hakimiyyətə elə bir dosye olub ki, onu ikinci paytaxtdan birinci paytaxta transferinə əsla razılıq verməzlər.
İqtidarda mühüm bir qanadın təmsilçisi olan və güclü klana bağlılığı hesabına Gəncənin icra baçısı vəzifəsində qalan E.Vəliyevə yalnız prezident bata bilər.
Dövlət başçısı seçkidən sonra bir neçə naziri azad etdiyi, bəzi icra hakimlərini çıxardığı kimi onu da istəsə postundan uzaqlaşdıra bilər.
Çünki kifayət qədər şikayət və faktlar var, Gəncədən tez-tez prezidentə məktublar ünvanlanır.

Anaxeber.az yazır ki, E.Vəliyevin Gəncədə qanunsuz işlərini ört-basdır edən deputat təyin edilmiş Naqif Həmzəyevdir.
N.Həmzəyev millət vəkili yox, E.Vəliyevin köməkçisi funksiyasını yerinə yetirir. Təyinatlı deputatın işi icra hakiminin tapşırıqlarını çatdırmaqdır.
Gəncənin “xuta lideri”nin oğlu isə böyük biznes imkanlarına malik olan, şəhərdə bazar işlədən Elmir Vəliyevdir. Mətbuatda yazırlar ki, başçı oğlu korteclə gəzir.
Gəncədə ilk günlərdə iş adamlarına qoyulan çoxsaylı “haqq”lar və büdcədən ayrılan milyonlarla vəsaitlər hesabına Mixaylovkada özünə nəhəng villalar kompleksi tikdirib.
Bu malikanənin tikintisində istifadə olunan tikinti materialların böyük əksəriyyəti, hətta villaların ərazisində və ətrafında quraşdırılan işıq dirəkləri və yerə döşənən daşlar belə “təsadüfən” Gəncənin abadlaşdırılması üçün ayrılanlarla eynilik təşkil edir.
E.Vəliyev Göygöl, Yevlax, Bərdə, Tərtər, Samux kimi ətraf bölgələrdə da hegemonluq edir. Odur ki, bu zonanın ən gözəl guşələrind, səfalı yerlərində villalar ucaldıb.
Bu pulların bir hissəsi isə “İmamzadə”yə ayrılan pulların mənimsənilməsi hesabına başa gəlib. Yəni, icra başçısı “İmamzadə”nin puluna da əl uzadıb.
Bu məsələnin ortaya çıxmasına görə türbənin axundu Hacı Tahir Abbaszadəyə təzyiüq göstərmişdi. Axundun açıqlamaları media arxivində qalır.
Hacı Tahir bildirmişdi: “Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. “Aşura” günündə “İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə “bütpərəst” deyib və məni hədəfə götürüb.
“İmamzadə”yə Namiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə”.
Kəsəsi, E.Vəliyev vəzifədə olduğu bu müddətdə Gəncədə bütün zümrələrin, təbəqələrin nifrətini qazanıb, narazı salıb, konfliktə gedib.
O, istərsə müəllimlərdən pul yığılması, istərsə iş adamlarının boynuna xərac qoyulması, istərsə idarə müdirlərinin təhqir olunması, döyülməsi, istərsə də inanclı təbəqə və Aşura yürüşü edənlərlə düşmənçilik həddində münasibət yaratması ilə istefasını zəruri edib. Ölkəni ikinci paytaxtına yeni, işləyən, xalqın içində olan və onlarla mehriban davranan bir icra hakiminə ehtiac var…
Anaxeber.Az
Turan

Əvvəlki yazı

Məcburi köçkünlər Nazirlər Kabineti önündə aksiya keçirib -VİDEO

Sonrakı yazı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sahilində əsən küləklər: Yeni nazirin müəmmalı islahatları

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.