09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

«ELMİRA AXUNDOVA 200 MİNİ ŞƏXSƏN ÖZÜ QAYTARDI…» – «Həbib Axundov mənə dedi ki, Elnurla biznes yaradıblar»

02 İyun 2018, 10:21
Seçmə, Manşet
A A
«ELMİRA AXUNDOVA 200 MİNİ ŞƏXSƏN ÖZÜ QAYTARDI…» – «Həbib Axundov mənə dedi ki, Elnurla biznes yaradıblar»

«Həbib mənə deyirdi ki, anası Elmira Axundova Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udub, mal çatdıra bilmirlər», – Fərman Məmmədov bunu Milli Məclisin deputatı Elmira Axundova haqqında deyib.

F.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan dələduzluqla bağlı cinayət işində zərərçəkmişdir. Deputatın oğlu Həbib Axundov da həmin işdə zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxs qismində tanınan Elnur İbrahimov isə H.Axundovun dostu olub. O, 2011-ci ildə ofis və dəftərxana ləvazimatları, katric satışıyla məşğul olmaq üçün «E Plus E Company» MMC-ni yaradıb, müxtəlif şirkətlərdən nisyə mal alıb satmağa başlayıb.

Onun sözlərinə görə, zərərçəkmişlərin bəzilərini – Fərman Məmmədovu, Nazir Mirzəyevi bu işə H.Axundov cəlb edib. Onlardan pul alınıb, üstündə qazanc vəd olunub.

735 min manatlıq borc müqaviləsi

E.İbrahimov: «Həbib Axundovu sinif yoldaşım Orxan Xanbabayevə görə tanımışam. 2006-cı ildən aramızda münasibət yaranıb. Məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min istədim, o da verdi. Axşam əlavə 500 manat qazancla pulu qaytardım. Sonra bir günlük 10 min aldım. 1500 artığı ilə qaytardım. Sonra 25 min istədim. Həbib o qədər pulu olmadığını dedi. Fərman Məmmədovdan alıb verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib dedi ki, Fərmanda da yoxdur. Faizə pul verən Nazir adlı şəxsə danışdılar. Onlardan 90 min alıb, 99 min qaytardım. Daha sonra həftəsi 12 min qazanc olmaqla 90 min bir neçə dəfə alıb qaytarmışam. Sonra işlər yaxşı getmədi deyə, pulları qaytara bilmədim…».

Həbib Axundov

Təqsirləndirilən şəxsin sözlərinə görə, H.Axundov 735 min manatlıq borc müqaviləsi imzalamasını istəyib: «Mən onlara bu müddətdə qazanc verdiyimi dedim və heç olmasa, əsas məbləğdən həmin qazancın çıxarılmasını istədim».

Zərərçəkmiş F.Məmmədov iyunun 1-də keçirilən məhkəmədə bildirib ki, o, E.İbrahimovla yox, H.Axundovla iş görüb, pulu da ona verib:

«Həbib Axundov mənə dedi ki, Elnurla biznes yaradıblar, yaxşı qazanc olacaq. Ofis ləvazimatları və katricləri xaricdən gətirib Azərbaycanda satacaqdılar. Həmçinin, gömrükdə müsadirə olunmuş malların da satışını təşkil edəcəklərini deyirdi. Anası Elmira Axundovanın Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udduğunu söyləyirdi. Deyirdi ki, mal çatdıra bilmirlər. Mən də ona inandım. Pulların Elnura verildiyini bilmirdim. Müxtəlif tarixlərdə cəmi 435 min manat vermişəm».

«200 min, daha sonra 50 min manat verdi»

Zərərçəkmişin sözlərinə görə, pullar yoxa çıxandan sonra deputat E.Axundova ilə də bu haqda söhbətləri olub: «Elmira Axundova mənə zəng edib Elnurla danışdığını və digər şəxslərlə razılığa gəldiklərini dedi. Həbiblə görüşdük, mənim 450 min manatımı qaytaracağını bildirdi. Bu razılaşmadan 20 gün sonra Həbib məni evlərinə dəvət elədi. Elmira Axundova 200 mini şəxsən özü verdi. Qalanını da yaxın günlərdə verəcəyini bildirdi. Sonra Elmira Axundova məni çağıraraq 50 min manat da verdi. Lakin sonra Həbib qalan məbləği qaytarmaqdan imtina etdi. Buna görə də mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm».

H.Axundov da istintaqa ifadə verib. O bildirib ki, E.İbrahimov onu və digər tanışlarını aldadaraq «piramida» qurub. Onun sözlərinə görə, Elnur müxtəlif adamların birindən aldığı pulu digərinə qazanc kimi verib. H.Axundov özünün də E.İbrahimova iş görmək üçün pul verdiyini və sonra geri aldığını qeyd edib. Zərərçəkmişlərdən F.Məmmədovun E.İbrahimova verdiyi pullara görə zamin durmasına da münasibət bildirən Axundov qeyd edib ki, həmin pulu özü ödəmək məcburiyyətində qalıb.

H.Axundov qeyd edib ki, F.Məmmədovun verdiyi 450 min manatı ödəmək üçün bankdan 200 min manat kredit götürüb.

Azadliq.org

Əvvəlki yazı

ƏMƏK NAZİRLİYİNDƏ KÜTLƏVİ İŞDƏNÇIXARMA – 20-yə yaxın məmurla bağlı əmr (SİYAHI)

Sonrakı yazı

Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara iyulun 1-dən başlayacaq

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.