30-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Cinayət işi qaldırılacaq

01 İyun 2018, 12:32
Uncategorized
A A
Səhiyyə Nazirliyindən xəbərdarlıq: Cinayət işi qaldırılacaq

Səhiyyə Nazirliyi son zamanlar özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrdə insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı vətəndaşlardan nazirliyə və digər dövlət orqanlarına edilən çoxsaylı müraciətlər əsasında araşdırma aparıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən klinik.az-a verilən xəbərə görə, araşdırma zamanı tibbi təhsili və lisenziyası olmayan müxtəlif şəxslər tərəfindən qanunsuz tibb fəaliyyətinin həyata keçirilməsi, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə almadan tibb fəaliyyəti ilə məşğul olması, özəl tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan kənar işlər üzrə tibbi xidmətlərin göstərilməsi halları müəyyən olunub.

Araşdırma zamanı əmək müqaviləsi və tibbi təhsili təsdiq edən müvafiq sənədləri olmadan bəzi tibb işçilərinin tibb fəaliyyəti ilə məşğul olması, əhaliyə keyfiyyətsiz tibbi xidmət göstərilməsi və tibb işçilərinin etik davranış qaydalarını pozması, heç bir əsas olmadan pasiyentlərdən əlavə ödəniş tələb edilməsi və digər bu kimi xoşagəlməz hallar da aşkarlanıb.

Səhiyyə Nazirliyi bildirir ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ixtisas sənədləri Azərbaycan ərazisində qüvvədə olması müvafiq qaydada təsdiq edilməli, Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na əsasən, həmin şəxslər yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmalıdır:

“Yuxarıda qeyd edilən xoşagəlməz hallarla rastlaşdıqda “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun tələblərinə əsaslanaraq, müraciət etdiyiniz tibb müəssisəsinin özəl tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən lisenziyanın və əlavənin mövcudluğu, sizi müayinə və müalicə edən tibb işçisinin (həkim, tibb bacısı) müvafiq ixtisas sənədlərinin (diplom, sertifikat, ölkə ərazisində işləməyə icazə verən şəhadətnamə) olub-olmaması barədə məlumatları yerində tələb etməyiniz məqsədəmüvafiqdir.

Hüquqlarınız pozulduğu hallarda tibb müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunla müəyyən edilmiş qaydada məhkəməyə, Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə müraciət edə bilərsiniz.

Qanunlara uyğun olaraq, tibb işçisi öz peşə vəzifələrini lazımınca yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə intizam, inzibati və digər məsuliyyətə cəlb oluna bilər”.

Əvvəlki yazı

Bakıda dəhşət: Sevgilisinin evinə elçi göndərdi, güllələdi, qız öldü, anasının vəziyyəti… – RƏSMİ

Sonrakı yazı

“Bu ilin yay aylarında anomal istilər gözlənilir” – Umayra Tağıyeva

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.