25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sentyabrın 27-dən bu yana düşmən atəşi nəticəsində 8 uşaq həlak olub (RƏSMİ)

21 Oktyabr 2020, 18:28
Uncategorized
A A
Sentyabrın 27-dən bu yana düşmən atəşi nəticəsində 8 uşaq həlak olub (RƏSMİ)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib.
Ombudsman Aparatından Reportyor.info-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki,  Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin 20 noyabr 1989-ci il tarixli Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasından 31 il ötür: “Ölkəmizdə dövlət uşaq siyasətinin əsas istiqamətlərindən birini də məhz uşaqların qayğı ilə əhatə olunması, onların ən ümdə maraqlarının təmin edilməsi, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların layiqli vətəndaş olaraq formalaşması təşkil edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) da fəaliyyətinin əsas istiqamətlərindən biri uşaq hüquqlarının müdafiəsi və təbliğidir.
Ənənəvi olaraq hər il olduğu kimi bu il də  BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Ombudsman tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir.
Təəssüf ki, regional sülhə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə siyasəti həyata keçirməsi insan hüquqlarına təhdid kimi çıxış edir, regionda daimi təhlükənin mövcudluğuna səbəb olur”.
Bildirilib ki, Ermənistanın 30 ildən çoxdur davam edən hərbi təcavüzü Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, bir milyondan artıq soydaşımızın öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunmaqdadır. Bu münaqişədən əziyyət çəkən və fundamental hüquqları pozulan əhali qruplarından biri də uşaqlar olub: “2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulması nəticəsində 8 uşaq həlak olub, 32 uşaq isə yaralanıb. Bir çox  uşaqlar valideynlərini itiriblər.
Bu faktlar və Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə, o cümlədən uşaqlara qarşı mütəmadi olaraq həyata keçirdiyi hərbi təcavüz aktları ilə bağlı tərəfimdən BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoruna müraciət ünvanlayıb.
Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də Cenevrə Konvensiyalarının, BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın müddəalarının kobud şəkildə pozulması faktlarına BMT səviyyəsində, xüsusilə də Uşaq Hüquqları Komitəsində münasibət bildirilməsinə və onların hüquqlarının beynəlxalq hüquqi müdafiəsinə nail olmaq məqsədilə bu istiqamətdə təşəbbüslə çıxış edilməli və Komitə tərəfindən təcili olaraq təcavüzkar Ermənistana qarşı xüsusi prosedurun başladılması təmin edilməlidir”.
Müraciətdə qeyd olunub ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən xüsusi karantin rejimi tətbiq edilib, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir: “Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi də təxirə salınıb. Bununla əlaqədar olaraq, uşaq hüquqları üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlərin canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilməsi zəruridir.
Bu baxımdan, 2020-ci ilin 20 oktyabr – 20 noyabr tarixlərini ölkədə “Uşaq Hüquqları Aylığı” elan edərək dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən QHT-lər və KİV-i təşəbbüsümüzə qoşulmağa dəvət edir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməklə elektron və yazılı mediada, teleradio kanallarında, sosial şəbəkələrdə uşaq hüquqlarının, o cümlədən sağlamlıq, təhsil, sosial təminat və digər hüquqların təbliğinə dəstək verməyi, onlayn görüşlərin, videokonfransların keçirilməsini, bu mövzuda müxtəlif sosial çarxların hazırlanmasını tövsiyə edir, insanların müraciətlərinə, pozulmuş hüquqlarının bərpası məsələlərinə həssaslıqla yanaşmağa çağırıram”.
Əvvəlki yazı

Paşinyan Ermənistan əhalisini silahlanmağa çağırdı

Sonrakı yazı

Füzulinin bu kəndləri də işğaldan azad edildi!

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.