İşğal altında olan torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən ard-arda azad edilməsi illərdir Vətən həsrəti ilə yaşayan hər kəsi sevindirir.
“Reportyor.info” xəbər verir ki,belə şəxslərdən biri də Bakıda keçirilən Qarabağa azadlıq mitinqində Paşinyanın Zəngilana yol çəkməsinə ürəyinin dözmədiyini deyən Yaşar dayıdır.
Yaşar dayının sevincinin həddi-hüdudu yoxdur. O hazırda Zəngilana dönüb qurban kəsəcəyi günü səbrsizliklə gözləyir.