12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“POKROV MƏHƏRRƏM”LƏ BİRLİKDƏ “BATAN” MƏMURLAR – Onların sırasında DYP polkovniki də var…

01 İyun 2018, 09:52
Seçmə
A A
“POKROV MƏHƏRRƏM”LƏ BİRLİKDƏ “BATAN” MƏMURLAR – Onların sırasında DYP polkovniki də var…

Uzun müdət Rusiyadakı ən varlı və nüfuzlu azərbaycanlılardan biri sayılan və “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Həsənovun Azərbaycandan bir xeyli tanınmış məmur və iş adamına külli miqdarda borcunun olduğu məlum olub. Bu barədə “AzPolitika.info”ya iş dünyasına yaxın mənbələrdən məlumat daxil olub.

İflas etdiyi bildirilən və Rusiyanın hüquq-mühafizə orqanları ilə ciddi problemləri olduğu rəsmən təsdiqlənən şəmkirli biznesmenin bu il martın 31-də Rusiyada SOBR xüsusi təyinatlıları tərəfindən saxlanılaraq, əllərinin qandallanması kadrları yayımlanmışdı. Bundan bir neçə gün sonra isə M.Həsənovun həbsdən azad edildiyi bildirildi. Lakin çox keçmədən “Pokrov Məhərrəm”in Moskva vilayətinin İstra rayon məhkəməsi tərəfindən yenidən ittiham olunaraq, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi məlum oldu.

Maraqlıdır ki, bir vaxtlar çox geniş maliyyə imkanlarına malik olan bu şəxs hazırda hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda ittiham olunur. Və belə görünür ki, bu ittihamın miqyası Rusiya sərhədləri ilə məhdudlaşmır.

pokrov

Belə ki, özəl mənbələrdən daxil olan məlumatlara görə, kifayət qədər geniş imkanlara malik etibarlı iş adamı sayılan M.Həsənov Azərbaycandan bir neçə məmur və iş adamının külli miqdarda vəsaitini öz işlərinə cəlb edərək, onlara qazancdan faiz ödəyəcəyi öhdəliyini götürübmüş. Onunla “işgüzar əlaqələr” quranlar və nəticədə milyonlarla pulu batanlar sırasında bir çox məmurların və onların ətrafındakı iş adamlarının adları keçir.

Sözügedən şəxslər arasında çox maraqlı simalar var ki, onlardan biri də Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin məşhur rəis müavini Müşfiq Rəhimovdur. Mətbuatda daha çox bahalı avtomobil seriyalarının satışı və DYP-dəki digər maxinasiyalar sayəsində milyonlara sahibləndiyi iddia olunan M.Rəhimovun “Pokrov Məhərrəm”də 4 milyon manatının batdığı bildirilir. Bir zaman adı hətta “MTN işi” ilə əlaqədar hallandırılan bu DYP polkovnikinin əsasən kriminal aləmə yaxın şəxs kimi tanınan “Pokrov Məhərrəm”lə necə və kimlər vasitəsilə “işbirliyi”nə getməsi barədə bir şey deyə bilmərik. Ancaq görünən odur ki, M.Həsənovun hazırkı durumu polkovnik Rəhimovun pullarının “gedər-gəlməzə” göndərildiyi ehtimalını gücləndirir.

BDYPI

Məlumata görə M.Rəhimov pulu batanlar sırasında heç də birinci yerdə dayanmır və onların arasında 7 milyon, 10 milyon və daha çox vəsait itirənlər var. Görünür Moskva məhkəməsinin “Pokrov Məhərrəm”ə qarşı məhz dələduzluq maddəsilə cinayət işi açması təsadüfi deyil, ancaq böyük ehtimalla onun “atdığı” rəsmi qaydada təsdiqlənən şəxslər sırasında nə M.Rəhimovun, nə də digər məmurların adı keçmir. Çünki aylıq məvacibi yüz manatlarla ölçülən azərbaycanlı məmurların milyonluq iddialarla çıxış edəcəyi inandırıcı görünmür…

Onu da xatırladaq ki, əsasən Rövşən Lənkəranskinin himayəsindən istifadə edərək, Pokrov bazasına nəzarət edən M.Həsənovun, onun qətlə yetirilməsindən sonra olduqca çətin duruma düşdüyü bildirilir.

“AzPolitika.info”

Əvvəlki yazı

Bakıda evə silahlı hücum – Ana və qızı güllələnib

Sonrakı yazı

“ƏDALƏT, SƏN NƏ QƏDƏR ABIRSIZ, HƏYASIZ ADAMSAN?!” – Aktyor nazir müavinini “yıxıb-sürüdü”

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.